Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-550/2021 24.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1964-cü ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 21.11.2021-ci il tarixdə, saat 11:00 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsinin C.Məmmədov küçəsində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 21 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 24.12.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla heç bir ədavət və düşmən münasibəti yoxdur. Zərərçəkmiş şəxs oğlu Ceyhun Məmmədov birinci Qarabağ müharibəsi zamanı, onun oğlu Vüqar Çələbili ikinci Qarabağ müharibəsi dövründə şəhid olmuşlar. Onun yaşayış yeri Ağdaş rayon Nehrəxəlil kəndi olmasına baxmayaraq, yaşadığı yer Ağdaş rayon Ləki qəsəbəsinə bitişik yerdir. O, hər işini Ləki qəsəbəsinə getməklə həll edir. Onun ata evi Ağdaş rayon Ləki qəsəbəsində yerləşir. O, şəhid oğlunun adına Ağdaş rayon Ləki qəsəbəsində yerləşən musiqi məktəbinin qarşısında şəkil lövhəsi qoymuşdur. Həmin şəkilin ətrafında da birinci Qarabağ müharibəsində şəhid olanların şəkilləri yerləşdirilmişdir. Bununla bağlı onunla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, həmin küçə onun oğlunun adınadır və onun oğlunun adına olan küçədə heç bir şəkil lövhəsi yerləşdirilə bilməz. Bununla bağlı mübahisələri olub və o, özü dəmir dirəklə yerə basdırdığı şəkil portreti söküb yeniləmişdir. 21.11.2021-ci il tarixdə təxminən saat 11:00 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsinin C.Məmmədov küçəsində şəhid oğlu ilə birgə digər şəhidlərin şəklini yerləşdirdiyi portreti sökərək yenisi ilə əvəz edən zaman Zərərçəkmiş şəxs onun olduğu yerə gələrək ona maneə törətmişdir. Elektrik cərəyanına taxılmış kabeli çıxartmağa başlamışdır. O, dəfələrlə Tənziləyə oradan çıxıb getməyi və gördüyü işə maneə etməməyi bildirsə də, onun işinə mane olduğundan o da əsəbləşərək həmin elektriklə işləyən cihazın kabelini Zərərçəkmiş şəxs boyun nahiyəsinə atıb bildirmişdir ki, oradan çıxıb getsin. Daha sonra Tənzilə özünü yerə yıxaraq bildirmişdir ki, halı pisləşibdir. Sonradan təcili tibbi yardım gələrək Tənziləni aparmışdır. Qeyd olunanlara əsasən əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 21.11.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumatı o vermişdir. Onun oğlu Ceyhun Məmmədov birinci Qarabağ müharibəsində şəhid olmuşdur. Oğlu şəhid olduqdan sonra Ağdaş rayonunun Ləki qəsəbəsində Ceyhun Məmmədovun adına küçə verilmişdir. Ağdaş rayon Nehrəxəlil kədində qeydiyyatda olan və yaşayan Şəxs oğlu Vüqar Çələbili ikinci Qarabağ müharibəsi dövründə şəhid olmuşdur. Ağdaş rayonunun Ləki qəsəbəsinin C.Məmmədov küçəsində şəhidlərin adına lövhə ucaldaraq Ağdaş rayon Ləki qəsəbəsində oxuyan şəhidlərin şəkilləri də həmin lövhəyə yerləşdirilmişdir ki, şəhidlərimiz unudulmasın və yaşasın. Həmçinin, Fərəcullahın oğlu X10 rayon Ləki qəsəbəsində orta məktəbdə oxumuşdur. Ancaq Ağdaş rayon Nehrəxəlil kəndində qeydiyyatdadır. Təxminən bir ay vaxtdır ki, Şəxs gəlib bildirmişdir ki, o, oğlunun şəklini həmin lövhədən çıxardıb dəyişdirəcəkdir. O da dəfələrlə Şəxs bildirmişdir ki, onun oğlunun şəklini şəhid olduğu üçün və Ağdaş rayonunun Ləki qəsəbəsində yerləşən məktəbdə oxuduğuna görə lövhədə şəhidlərin şəkilinin yanına vurublar. Gedib qeydiyyatda olduğu və yaşadığı Ağdaş rayonunun Nehrəxəlil kəndində şəhid oğlunun şəklini ucaltsın. 21.11.2021-ci il tarixdə yenə də Şəxs və adını bilmədiyi oğlu onun oğlunun adına olan Ağdaş rayonunun Ləki qəsəbəsində C.Məmmədov küçəsində yerləşdirdiyi şəhidlərin şəkili olan lövhəni Fərəcullahın adını bilmədiyi oğlu bellə həmin lövhənin dibini qazmışdır ki, lövhəni söksünlər. O da iradını bildirdiyinə görə Fərəcullahın adını bilmədiyi oğlu ona bildirmişdir ki, onu bellə vurub öldürəcək çıxıb getsin oradan. Həmin vaxt Fərəcullah da laqondanı işlətmək üçün kabeli elektrik cərəyanına taxan zaman o, həmin kabeli elektrik cərəyanından çıxardan zaman Şəxs həmin kabeli onun boğazına və qollarına dolayaraq boğan zaman yumruqla da bir dəfə onun qarın nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt həmkəndlisi X1 gələrək onu Fərəcullahın əlindən almışdır. O, özünü pis hiss etdiyindən öz yaşadıqları evə getmişdir. Şəxs də şəhidlərin şəkil lövhəsini yerindən sökmüşdür. Qeyd olunanlara əsasən Şəxs ciddi tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs 21.11.2021-ci il tarixdə, saat 11:00 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsinin C.Məmmədov küçəsində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 24.12.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 22 dekabr 2021ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 24 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 22 dekabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-550/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-550/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver