Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-550/2022 11.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şahid iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Ağdaş şəhər Vaqif küçəsi 41 nömrəli evdə qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala 11 oktyabr 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şahid tərəfindən Şəxs barəsində 11 oktyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir ona görə ki, Ağdaş rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(014)-2091/2021 saylı qətnaməsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, nəticədə 1100 manat aliment borcu yaranmışdır. Bununla da Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şahid izah etdi ki, Ağdaş rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(014)-2091/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin onun icraatına daxil olduğunu, icra sənədi icraatına daxil olduqdan sonra tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyini, bundan sonra borclunun, yəni barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, icra sənədinin icrası ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edildiyini, izahatının alındığını, lakin Şəxs icra sənədi üzrə tələbkara, yəni zərərçəkmiş şəxsə olan aliment borcunun ödəməsinin tələb olunduğunu və aliment borcunu ödəməsi barədə ona dəfələrlə rəsmi xəbərdarlıq edildiyini, lakin Şəxs onun qanuni tələbini yerinə yetirmədiyini, tələbkara olan 1100 manat borcunu ödəmədiyini, tələbkar isə borcunun ödənilməsini tələb etdiyini, borcun ödənilməsi ilə bağlı tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan bütün tədbirlərin görüldüyünü, borclunun adına borcun ödənilməsi üçün hər hansı bir əmlakının aşkar edilmədiyini, buna görə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, Ağdaş rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(014)-2091/2021 saylı qətnaməsinə əsasında olan aliment borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Zərərçəkmiş şəxsə borclu olduğu 1100 manat aliment borcundan 300 manatını ödəmişdir. Qalan borcunu hər ay alimenti ödədikcə hissə-hissə ödəyəcəkdir. Buna görə də onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsin xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştrakı olmadan məhkəmə iclasının keçrilməsini mümkün hesab etmişdir. Məhkəmə, təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-2091/2021 nömrəli 30 noyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədini üzürsüz səbəbdən icra etməməsi və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində müəyyən olunmuş müddətdə borcun üzrsüz səbəbdən icra etmədiyinə dair sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 84, 112, 114, 115, 117, 128-130ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 11 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-550/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-550/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver