Məhkəmə qərarları › İş №3(014)-550/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-550/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-550/2024 16.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ağdaş rayon prokurorunun köməkçisi X16 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon prokurorluğunun 22 noyabr 2024-cü il tarixli qərarına əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, hüquqi şəxs "NK Senaye MMC-ni təmsil etmək və onun adından qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - hüquqi şəxsin direktoru Nümayəndə MMC- nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq X4, X22, X17, X12, X28, X23, X18 ilə əmək müqavilələri bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək sonuncuları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2024 - xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu Cardam kəndi ərazisində internet xətlərinin çəkilməsi və dirəklərinin basdırılması işlərinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, NK Senaye MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu. Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarış, xx.xx.2024-cü ıl tarixli 001 nömrəli podrat müqaviləsi, xx.xx.2024-cü il tarixli 04 nömrəli razılaşma protokolu, Şəxs MMC-nin nümayəndəsi X24, X2, X13, X7. X5, X21, X14, X8 izahatları ilə təsdiq edilir. Belə ki, iş materiallarında olan X4 izahatında bildirmişdir ki, o, təqribən xx.xx.2024cü il tarixdən Azəronline şirkətinin podratçısı olan Azinvest şirkətinin subpodratçısı adını bilmədiyi şirkətdə fəhlə olaraq işləmişdir. Onunla həmin şirkət arasında rəsmi əmək müqaviləsi bağlanmamış, əmək haqqı ödənilməmişdir. İşin həcminə görə şirkət rəhbəri ona və digər işçilərə əmək haqqı ödəməli idi. İş materiallarında olan X23, X22, X17, X12, X28, X1 Səfdərxan Həsənxan oğlunun izahatında göstərilən xüsusatları təsdiq edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək NK Senaye MMC-də işlədiklərini, onlarla əmək müqaviləsi bağlanmadığını, əmək haqlarının ödənilmədiyini bildirmişlər. İş materiallarında olan “NK Sənaye" MMC-nin nümayəndəsi X32 izahatında bildirmişdir ki, Azəronline şirkətinin iştirakı ilə keçirilən tender əsasında Gemini Studio MMC həmin tenderin qalibi olmuş, həmin şirkətin podratçısı kimi işləri NK Senaye MMC yerinə yetirmişdir. NK Senaye MMC-nin direktoru Nümayəndədur. Təxminən 3-4 ay əvvəl Nadir Ağayev adlı şəxsə həmin kənddə internet xətlərinin çəkilməsi üçün onun tərəfindən ilkin olaraq 4100 manat pul vəsaiti verilmiş, işləri 1 ay müddətində bitirərək NK Senaye MMC-yə təhvil verməli idi X25, X19, X20, X3, X9, X10 tanımır. Adları çəkilən şəxslərlə NK Senaye MMC və ya Gemini Studio MMC arasında hər hansı əmək və ya xidməti (mülkihüquqi) müqavilə bağlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan müəyyən olunur ki, “NK Senaye" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu X.Dadaşov küçəsi ev 207, VÖEN ********** nömrəli, direktoru isə Nümayəndədur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X21 və qeydlərinin adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək və məşğulluq" altsisteminə “NK Senaye" MMC tərəfindən əmək müqaviləsi bildirişi daxil edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 001 nömrəli podrat müqaviləsinin surətindən müəyyən olunur ki, podratçı "xxxx" MMC sifarişçi "xxxx" MMC-nin tapşırığı ilə dövlət standardlarının tələblərinə, müqavilə şərtlərinə uyğun işləri yerinə yetirməyi öhdəsinə götürür, sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə muzd ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 04 nömrəli razılaşma protokolunun surətindən müəyyən olunur ki, podratçı "xxxx" MMC işlərin xüsusiyyətləri tərəflər arasında razılaşdırıldıqdan sonra 30 iş günü ərzində sifarişçi Gemini Studio MMC-nin müəyyən etdiyi Ağdaş rayonu Cardam kəndində müəyyən edilən işlərin görülməsini və həmin işlərin nəticələrinin en geci 5 gün ərzində sifarişçiyə təhvil verilməsini öz öhdəsinə götürür. İş materiallarında olan 10 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Şəxs MMCnin direktoru Nümayəndə 3000 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Ağdaş rayon prokurorunun köməkçisi X35 oğlu qərarda qeyd edilənlərə uyğun izahat verərək, başlanmış inzibati icraat əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş şahidlər X4, X22, X17, X12, X18 və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir, odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdəvəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin “Qeyd”inə əsasən İXM-nin 192.1-ci maddəsi, həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla Şəxs MMC -nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini,əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 22 000 (iyirmi iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar