Məhkəmə qərarları › İş №3(014)-552/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-552/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-552/2024 27.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1983-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(014)-905/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 1240 manat aliment borcu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi nəzərdə tutulmuş, Şəxs həmin borcu üzrsüz səbəbdən ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(014)-905/2019 saylı icra sənədinə əsasən borclu Şəxs bugünə olan 1240 manat aliment borcu tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs aliment borcunu ödəyəcəyini ayın sonuna söz vermişdir. Protokol məhkəməyə verildikdən sonra tələbkar ərizə vermiş və borclunun ona 280 manat pul məbləğində aliment borcu qaldığını bildirmişdir. Bundan sonra tələbkarla əlaqə saxlanılaraq borcun məbləği dəqiqləşdirilmiş və həqiqətən də 280 manat borc qaldığı müəyyən olunmuşdur. Borclu heç vaxt vaxtıvaxtında çağırışlara gəlməyib. Daha sonra polis tərəfindən axtarışa verilmiş və gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(014)-905/2019 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment ödəməlidir, sadəcə olaraq maddi vəziyyəti ağır olduğu üçün ödəniş edə bilməmişdir və borcu yığılmışdır, lakin onun aliment borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Belə ki, fəhlə işləyir. Hazırda onun 280 manat aliment borcu var. Ona borcu ödəmək üçün vaxt verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcun ödənilməsi üçün vaxt verildikdən sonra Şəxs 280 manat məbləğində borcunu ödəyərək ödəniş qəbzini məhkəməyə təqdim etdi və barəsində icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 26 noyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, tələbkar borclu Şəxs Zərərçəkmiş şəxs 280 manat borcu var. İş materiallarında olan qəbzin surətindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs 27 noyabr 2024-cü ildə “Million” elektron ödəmə sistemi vasitəsi ilə cəmi 280 manat ödəniş olunmuşdur. Tələbkar Zərərçəkmiş şəxs 27 noyabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək borclu Şəxs qətnamədə göstərilən alimenti tam olaraq aldığını bildirərək, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə iclasında müvafiq icra sənədini icra etdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar