Məhkəmə qərarları › İş №3(014)-559/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-559/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-559/2025 04.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X14, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçisi X3 iştirakları ilə xx xxxx 1998-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X14 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 04 noyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs 04 noyabr 2025-ci il tarixdə saat 13 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində barəsində aparılan araşdırma ilə bağlı rayon Polis Şöbəsinə dəvət olunan zaman uca səslə ünvansız söyüşlər söyüb xırda xuliqanlıq etmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, əl-qol hərəkətləri ilə müqavimət göstərmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X14 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs DİN-nin “102” Xidməti-Zəng mərkəzinə zəng edərək, zəngi qəbul edən operatorun ünvanına təhqiredici ifadələr söyləməsi ilə bağlı rayon X6 inspeksiya qrupunun baş inspektoru Mahir Məmmədovun 03 noaybr 2025-ci il tarixli raportunun icrası ilə bağlı Şəxs gətirilməsi üçün Ağdaş rayon Polis Şöbəsinin X1 sahə rəisi Pəvin Kərimli ilə polis nəfəri Şahid1 04 noyabr 2025-ci il tarixdə saat 13 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində Şəxs yerini müəyyən edib ona yaxınlaşmışlar. Barəsində aparılan araşdırma ilə bağlı izahatının alınması zərurətinin yaranmasını bildirərək Şəxs Ağdaş rayon Polis Şöbəsinə dəvət edərkən Şəxs Ağdaş rayon Polis Şöbəsinə gəlib izahat vermək istəmədiyini bildirmiş, daha sonra Şəxs uca səslə qışqıraraq səs-küy salmağa və ünvansız söyüşlər söyməyə başlamış, Şəxs nizam-intizama dəvət edib, ictimai qaydanı pozmamasını tələb etsələr də, Şəxs onların qanuni tələblərinə məhəl qoymamışdır. Bundan sonra polis əməkdaşları Şəxs gətirərək rayon X12 Hissəsinə təhvil vermişlər. Bununla bağlı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 18 oktyabr 2025-ci il tarixdə saat 22:00 radələrində evdə olarkən tanışı Tural adlı şəxs yaşadığı ünvana gələrək onunla mübahisə etməyə başlamışdır. O da DİN-nin “102” Xidməti-Zəng mərkəzinə zəng edərək mübahisə barədə məlumat vermişdir. Polis əməkdaşların gec gəldiyini düşünüb təkrar DİN-nin “102” Xidməti- Zəng mərkəzinə zəng edib əsəbi olduğu üçün operator ilə nalayiq ifadələr işlədərək danışmışdır. 04 noyabr 2025-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq barəsində aparılan araşdırma ilə bağlı Polis Şöbəsinə gəlməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına şöbəyə getməyəcəyini bildirmiş, daha sonra yüksək səslə danışmağa başlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq sakit olmasını bildirsələr də, o, polis əməkdaşlarının göstərişinə tabe olmamış və polisin qanuni tələblərini pozmuşdur. Əməlindən peşmandır. Odur ki, qeyd olunanların nəzərə alınıb barəsində həbslə əlaqəli olmayan tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, Şəxs DİN-nin “102” Xidməti-Zəng mərkəzinə zəng edərək, zəngi qəbul edən operatorun ünvanına təhqiredici ifadələr söyləməsi ilə bağlı rayon X6 inspeksiya qrupunun baş inspektoru Mahir Məmmədovun 03 noaybr 2025-ci il tarixli raportunun icrası ilə bağlı Şəxs gətirilməsi üçün Ağdaş rayon Polis Şöbəsinin X1 polis nəfəri Şahid1 ilə birlikdə 04 noyabr 2025-ci il tarixdə saat 13 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində Şəxs yerini müəyyən edib ona yaxınlaşmışlar. Barəsində aparılan araşdırma ilə bağlı izahatının alınması zərurətinin yaranmasını bildirərək onu Ağdaş rayon Polis Şöbəsinə dəvət edərkən Şəxs Ağdaş rayon Polis Şöbəsinə gəlib izahat vermək istəmədiyini bildirmiş, daha sonra Şəxs uca səslə qışqıraraq səs-küy salmağa və ünvansız söyüşlər söyməyə başlamış, Şəxs nizam-intizama dəvət edib, ictimai qaydanı pozmamasını tələb etsələr də, Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq əl-qol hərəkətləri ilə müqavimət göstərməyə və öz hərəkətlərini davam etdirərək qəsdən tabesizlik göstərməyə başlamışdır. Bundan sonra Şəxs gətirərək rayon X12 Hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi Şahid2 tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 04 noyabr 2025-ci il tarixli raportdan görünür ki, Ağdaş rayon X6 inspeksiya qrupunun baş inspektoru Mahir Məmmədovun 03 noaybr 2025-ci il tarixli raportunun icrası ilə bağlı Şəxs gətirilməsi üçün Ağdaş rayon Polis Şöbəsinin X1 polis nəfəri Şahid1 ilə birlikdə 04 noyabr 2025-ci il tarixdə saat 13 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində Şəxs yerini müəyyən edib ona yaxınlaşmışlar. Barəsində aparılan araşdırma ilə bağlı izahatının alınması zərurətinin yaranmasını bildirərək onu Ağdaş rayon Polis Şöbəsinə dəvət edərkən Şəxs Ağdaş rayon Polis Şöbəsinə gəlib izahat vermək istəmədiyini bildirmiş, daha sonra Şəxs uca səslə qışqıraraq səs-küy salmağa və ünvansız söyüşlər söyməyə başlamış, Şəxs nizam-intizama dəvət edib, ictimai qaydanı pozmamasını tələb etsələr də, Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etmişdir. “AZEMİS” X2 əldə edilmiş çıxarışdan və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Şəxs himayəsində 04 iyun 2017-ci il təvəllüdlü X8 və 11 mart 2019-cu il təvəllüdlü X9 vardır. Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli, 239 nömrəli əmrinə əsasən rayon X12 Hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekası yoxlanılan zaman müəyyən edilmişdir ki, vətəndaş Şəxs barəsində 09 fevral 2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi və 11 noyabr 2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 5-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları, şahid ifadələri, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində barəsində aparılan araşdırma ilə bağlı rayon Polis Şöbəsinə dəvət olunan zaman uca səslə danışıb səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, eyni zamanda polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 34.3 maddəsi nəzərə alınmaqla ona daha ciddi xətaya görə, yəni İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, 32.1.3-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati araşdırma aparılan şəxs Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 03 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128- 130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində həmin Məcəllənin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar