Məhkəmə qərarları › İş №3(014)-560/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-560/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-560/2025 17.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis Şöbəsinin X1 sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1988-ci ildə Ağdaş rayonu, Aşağı Qəsil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonu, Aşağı Qəsil kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 04 noyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Ağdaş rayonu, Aşağı Qəsil kənd sakini Şəxs 2025-ci ilin yanvar ayının ortalarında həmkəndlisi Zərərçəkmiş şəxs məxsus, Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı küçədə uzunluğu 50 metr, 1985-ci il istehsalı, 25 mm-lik dəmirdən olan qaz borusunun üzərini qəsdən torpaqlayaraq Zərərçəkmiş şəxs 41 (qırx bir) manat məbləğində maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 25 mart 2025-cü il tarixdə Ağdaş rayonu, Aşağı Qəsil kənd sakini Zərərçəkmiş şəxs Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, onun sərəncamında olmuş 50 metrlik qaz xəttini qonşusu Şəxs Nəriman oğlu yararsız hala salınması, ona maddi ziyan vurulmasını bildirib, sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şikayətlə bağlı Ağdaş rayon X6 Bölməsində araşdırma aparılmış və araşdırma zamanı Ağdaş rayonu, Aşağı Qəsil kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən uzunluğu 50 metr, 1985-ci il istehsalı 25 mm-lik dəmirdən olan qaz borusunu 2025-ci ilin yanvar ayın ortalarında Ağdaş rayonu, Aşağı Qəsil kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs qəsdən torpaqladığına görə və qaz borusunu yararsız hala saldığına görə Zərərçəkmiş şəxs 41 (qırx bir) manat dəyərində ziyan vurması müəyyən olunmuşdur. Bununla da, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi yarandığından 04 noyabr 2025-ci il tarixdə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarın surəti Ağdaş rayon X9 Təhlükəsizlik Bölməsinə göndərilmiş və Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndində yaşadığı evin qarşısında bir il əvvəl qaz idarəsinin əməkdaşları tərəfindən qaz borusunun yenilənməsi ilə bağlı işlər aparılmışdır. Həmin küçədə Zərərçəkmiş şəxs məxsus şirə kanalının yanı ilə keçən və istifadə olunmayan qaz xətti olmuşdur. Yağış yağan zaman şirə kanalı daşıb yolu pis günə qoyduğuna görə 2025-ci ilin yanvar ayın ortalarında texnika gətizdirib şirə kanalını torpaqlamışdır. Küçədə olan şirə kanalını torpaqlayan zaman Zərərçəkmiş şəxs məxsus qaz borusunun bir qismi təxminən 10 metr hissəsi torpağın altında qalmışdır. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət əsassız və yalandır. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus qaz borusunu zədələməmişdir. Həmin qaz borusu torpaqlanmadan əvvəl də 1985-ci ildən istifadə edildiyinə görə korroziyaya məruz qalmışdır. Zərərçəkmiş şəxs onunla ədavət apardığına görə ondan əsassız şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Ağdaş rayonu, Aşağı Qəsil kəndində yaşadığı evə qaz çəkmək üçün 1990-ci ildə 25 mm diametri olan yeni dəmir borunu şirə kanalının 1 metr üzərindən küçənin sol hissəsi ilə özü çəkmişdir. 2015-ci ildən sonra o, Mingəçevir şəhərində yaşamış və buna görə həmin evdə qazdan istifadə olunmamışdır. Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən evinə 1990-cı ildə çəkdiyi və istifadə olunmayan qaz borusu heç bir korrozoyaya uğramamışdır. 2025-ci ilin fevral ayında o, yaşadığı evə gəlmiş və çəkdirdiyi qaz borusunu yerində görməmişdir. Şirə kanalı torpaqla düzləndiyinə görə həmin qaz borusunun torpağın altında olduğunu düşünmüş və polis əməkdaşı tərəfindən bel ilə yer qazılıb ona məxsus qaz borusu torpağın altından çıxarılmışdır. Həmin qaz borusu həmkəndlisi Şəxs tərəfindən torpağın altında basdırıldığına görə korroziyaya uğrayıb və yararsız hala düşmüşdür. O, Şəxs ona dəymiş ziyanı geri istəmiş, lakin Şəxs ona vurduğu ziyanı ödəməkdən imtina etmişdir. Bundan sonra o, Ağdaş rayon Polis Şöbəsinə müraciət etmişdir. Ona Şəxs tərəfindən 500 manat məbləğində ziyan dəymişdir. Hazırda dəymiş ziyanın Şəxs tərəfindən ödənilməsini, əks halda uzunluğu 50 metr, diametri 25 mm olan qaz borusunun yenisini alıb verilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon X6 Bölməsinin təhqiqatçısı X2 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 oktyabr 2025-ci il tarixli qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən uzunluğu 50 metr, 1985-ci il SSRİ istehsalı, 40 illik 25 mm-lik olan qaz borusunu 2025-ci ilin yanvar ayın ortalarında Ağdaş rayonu, Aşağı Qəsil kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən qəsdən torpaqladığına görə Zərərçəkmiş şəxs 41 (qırx bir) manat dəyərində ziyanın vurulması müəyyən edilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsinin tərkibi yarandığından toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Ağdaş rayon X6 Bölməsində araşdırma zamanı əldə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, 01 ədəd 1985-ci il SSRİ istehsalı olan, 40 illik, 25 mm-lik diametrdə, 50 metr uzunluğunda qaz borusu nəzəri qaydadaqiymətləndirməyə təqdim edilməklə 2025-ci ilin mart ayına orta bazar dəyəri 41 (qırx bir) manat təşkil edimişdir. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 5-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati məsuliyyət nəzərdə tutulur. Yəni qanun normasında özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi nəticəsində yaranacaq məsuliyyətdən bəhs edilir. Bu maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementləri kimi şəxsin hərəkətinin özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə yönəlməsi, bu nəticənin baş verməsi və özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsində ifadə olunan nəticə ilə şəxsin əməli arasında səbəbli əlaqənin olması və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. İş materiallarından görünür ki, Şəxs 2025-ci ilin yanvar ayının ortalarında Ağdaş rayonu, Aşağı Qəsil kənd sakini Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu, Aşağı Qəsil kəndində yerləşən 41 (qırx bir) manat məbləğində 01 ədəd 1985-ci il SSRİ istehsalı olan, 40 illik, 25 mm-lik diametrdə, 50 metr uzunluğunda qaz borusunun üzərini qəsdən torpaqlayaraq maddi ziyan vurmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə tətbiq olunur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Əhmədov X5 Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində qərar qəbul edilən Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş miqdarda cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əhmədov X5 Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın 1,5 misli məbləğində (61,50 (altmış bir manat, əlli qəpik) manat) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar