Məhkəmə qərarları › İş №3(014)-562/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-562/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-562/2025 21.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 11 avqust 2025-ci il tarixli, EQ 29886549 saylı inzibati xəta haqqında elektron qərardan X1 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 11 avqust 2025-ci il tarixli, EQ 29886549 saylı inzibati xəta haqqında elektron qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinb, 1200 manat inzibati cərimə edilmişdir. Həmin qərardan X1 tərəfindən verilmiş şikayət baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Həmin şikayət 12 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə ki, 11 avqust 2025-ci il tarixli, EQ 29886549 saylı inzibati xəta haqqında elektron qərarından görünür ki, X1 “X3” qanunun tələbini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinb, 1200 manat inzibati cərimə edilmişdir. İnzibati xətа haqqında işin materiallarında olan Daxili İşlər Nazirliyinin elektron sistemdən çıxarışından görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 həmin qərarı “ASAN SMS” vasitəsi ilə 11 avqust 2025-ci il tarixdə almışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Həmin Məcəllənin 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 11 avqust 2025-ci il tarixli, EQ 29886549 saylı inzibati xəta haqqında elektron qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2025-ci tarixli qərardadı ilə təmin edilmədiyindən, şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 11 avqust 2025-ci il tarixli, EQ 29886549 saylı inzibati xəta haqqında elektron qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2025-ci tarixli qərardadı ilə təmin edilmədiyindən, şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılsın. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar