Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-564/2022 18.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin hüquq və kadr işləri üzrə mütəxəssisi Nümayəndə iştirakı ilə xx.xx.1995-ci il tarixdə Ağdaş rayonu Yuxarı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu Yuxarı kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala 18 noyabr 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin ENŞ-nin Böyük müfəttişi X5 tərəfindən Şəxs barəsində 14 oktyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 14 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonu Yuxarə Ləki kəndi ərazisində yerləşən X3 fasadına müvafiq icazə olmadan reklam yerləşdirməklə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin hüquq və kadr işləri üzrə mütəxəsisi Nümayəndə izahatında Şəxs məxsus Ağdaş rayonu Yuxarə Ləki kəndi ərazisində yerləşən Ləki-X2, xx.xx.2022-ci il tarixdə həmin restorana baxış keçrildiyini və restoranın fasadına müvafiq icazə olmadan reklam yerləşdirilməsi aşkar edildiyini, buna dair “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” akt tərtib edildiyini, həmin “AKT” əsasında həmin tarixdə Şəxs İcrası məcburi olan “Göstəriş” verildiyini, lakin Şəxs həmin göstərişi imza etməkdən imtina etdiyini, bundan sonra həmin “Göstəriş” Şəxs yaşadığ ünvana poçt vasitəsi ilə göndərildiyini, təkrarən 14 oktyabr 2022ci il tarixdə qeyd edilən obyektə baxış keçrildiyini və yenidən həmin Restoranın fasadına müvafiq icazə olmadan reklam yerləşdirildiyi aşkar edildiyindən bu barədə “AKT” tərtib edildiyini və həmin tarixdə müvafiq protokol tərtib edildiyini, lakin Şəxs həmin “AKT” və protokola imza etməkdən imtina etdiyindən həmin “AKT” və protokol xx.xx.2022-ci il tarixdə 99-08/26 nömrəli məktubla Şəxs yaşadığ ünvana poçt vasitəsi ilə göndərildiyini, buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati təhbeh növü olan inzibati cərimə təyin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Nəbiyev neymət Həmid oğluna məhkəmə baxışının yeri barədə məhkəmə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” aktdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə özünə məxsus Ağdaş rayonu Yuxarə Ləki kəndi ərazisində yerləşən X1 fasadına müvafiq icazə olmadan reklam yerləşdirmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “AKT”dan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə özünə məxsus Ağdaş rayonu Yuxarə Ləki kəndi ərazisində yerləşən X1 fasadına müvafiq icazə olmadan reklam yerləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. 2.9. İcazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. 2.10. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. 3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin ifadəsi və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin qeyd hissəsində qeyd edirlir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta haqqında materiala əlavə edilmiş Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs ********** VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, şəxsiyyətini, əmlak vəziyyətini, əməlində yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-564/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-564/2022
18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver