Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-573/2024 17.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Ağdaş rayonu, Güvəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hazırda heç yerdə işləməyən, Ağdaş rayonunun Güvəkənd kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 13 noyabr 2024-cü il tarixdə Ağdaş rayonunun Güvəkənd kəndində Zərərçəkmiş şəxs məxsus 75 (yetmiş beş) manat dəyərində kameranı sındırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə Şəxs barəsində 30 noyabr 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, X6 onun əmisi oğludur, onunla eyni həyətdə yaşayır, yaşadığı məhlə əmisioğlu Zərərçəkmiş şəxs adınadır. Yaşadığı evin giriş qapısında Zərərçəkmiş şəxs tərəfindən kamera quraşdırılmış, həmin kameranın quraşdırılmasına narazı olmuş və həmin kamera onun ailəsini və evinin içərisini çəkir. 13 noyabr 2024-cü il tarixdə qəsdən həmin kameranı qırmış, 16 noyabr 2024-cü il tarixdə isə əmisioğlu Zərərçəkmiş şəxs onun barəsində Ağdaş RPŞ-yə şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmadığını, məhkəmə iclasında iştirak edə bilmədiyini və iştirakı olmadan baxıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşin materiallarında olan 25 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Ağdaş rayonu, Güvəkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan 25 noyabr 2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Qoşqar Bəkirovun qərarı əsasında inzibati iş üzrə icraatın başlanılması qərara alınmışdır. İşin materiallarında olan 25 noyabr 2024-cü il tarixli, "xxxx" MMC-nin rəyindən görünür ki, Ağdaş rayonunda 23 noyabr 2024-cü il tarixinə Ağdaş rayonu, Güvəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan Vifi işləyən kamera qırılaraq yararsız düşmüşdür. Wifi kameranın hazırki bazar satışı 75 manat dəyərində olmuşdur. İşin materiallarında olan 26 noyabr 2024-cü il tarixli Ağdaş rayon Polis şöbəsinin məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Ağdaş rayon Güvəkənd kənd sakini Zərərçəkmiş şəxs Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə əmisioğlu X2 yaşadığı evin kamerasını qəsdən qırdığını, baş vermiş hadisə nəticəsində ona 170 manat maddi ziyan vurulması barədə məlumat vermişdir. Ağdaş RPŞ-nin TB-nin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, xx.xx.2024-cü il tarixdə Ağdaş rayon Güvəkənd kənd sakini Zərərçəkmiş şəxs məxsus 75 manat dəyərində yaşadığı evin müşahidə kamerasını qırılaraq yararsız hala salmış Ağdaş rayon Güvəkənd kənd sakini X2 barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə İnzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşin materiallarında olan portaldan əldə olunmuş məlumatdan görünür ki, Şəxs himayəsində 10 oktyabr 2018-ci il təvəllüdlü X3 və X4, 23 yanvar 2020-ci il təvəllüdlü X5 adlı üç azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, bar’sind’ inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə təqsirli olması sübuta yetirildi. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tövsif edilmiş və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 232-1-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-573/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-573/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver