Məhkəmə qərarları › İş №3(014)-574/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-574/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-574/2024 19.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə icılas katibi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDi: Şəxs 27 oktyabr 2024-cü il tarixdə saat 21:00 radələrində idarə etdiyi “KAMAZ 53212” yük markalı 44CB518 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Ağdaş-Ləki yolunun 1-ci km hərəkətdə olarkən sola manevr etmiş, bu zaman arxadan gələn Vaz 2109 markalı 10BC513 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 06 noyabr 2024-cü il tarixli qərarına əsasən yol-nəqliyyat hadisəsi əsasında toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati tədbir görülməsi üçün qərarın surəti Ağdaş rayon Polis şöbəsinin DYPB-nə göndərilmişdir. Bununla əlaqədar 27 noyabr 2024-cü il tarixdə Ağdaş rayon Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilməyərək göstərdi ki, onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. “Kamaz 53212 yük” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün B1, В, C1, C kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində idarə etdiyi “Kamaz 53212 yük” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 30 km/saat sürətlə Ağdaş rayonu, Ləki kəndi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt həmin ərazidə yerləşən yolun sol kənarında olan daş bazarına dönmək üçün sürətini 10 km/saat sürətə endirib sola dönmək istəyərkən arxadan gələn “VAZ 2109” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sol tərəfindən ötmə əməliyyatı hərəkətə keçirərkən idarə etdiyi yük avtomobilinin sol qabaq hissəsinə dəyərək toqquşma baş vermişdir. Həmin vaxt dönmə əməliyyatı yerinə yetirərəkən yük avtomobilinin xarici işıq siqnalları işləməmişdir. Toqquşma nəticəsində “VAZ 2109” minik markalı avtomobil yolun kənarında olan ağaca dəyərək dayanmışdır. Özü də yolu bağlamaması üçün avtomobili ilə sola dönmə əməliyyatı həyata keçirib avtomobilini daş bazarının içərisində saxlayıb hadisə yerinə gəlmişdir. Həmin vaxt “VAZ 2109” minik markalı avtomobilin təxminən 110-20/saat sürəti olardı və o ötmə əməliyyatı yerinə yetirərkən dönmə işığını yandırmamış və həmin yol düz xətli yoldur. Həmin avtomobilə yaxınlaşdıqda o avtomobildən enərək ağrıları olduğu üçün təxminən 40 dəqiqə sonra dostları ilə müayinə olunmaq üçün xəstəxanaya getmişdir. Hadisə konkret olaraq xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Ağdaş rayonu, Ləki kəndi istiqamətində Ağdaş şəhəri ərazisində yerləşən “Daş bazarı” adlanan bazarın qarşısında baş vermişdir. Daha sonra Şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, hadisəyə səbəb “VAZ 2109” minik markalı avtomobilin düz xəttdə ötmə əməliyyatı həyata keçirməsi, onun avtomobilinin isə xarici işıq siqnallarının işlək vəziyyətdə olmaması olmuşdur. Hadisədən əvvəl avtomobili təxminən 30 km/saat sürətlə idarə etmişdir. Həmin avtomobili həmin yol dik olduğu üçün görə bilməmiş və bu səbəbdən yol-nəqliyyat hadisəninin qarşısını ala bilməmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı hər hansı bir xəsarət almamışdır. Digər avtomobilin sürücüsü yüngül xəsarət almış, lakin avtomobildən özü düşdüyündən ona yaxınlaşıb halını soruşmaq zərurəti duymamış, xəstəxanaya yanına getməmiş, evlərində onu ziyarət etməmişdir. Bir dəfə telefonda Zərərçəkmiş şəxs atası ilə danışmışdır, lakin razılığa gələ bilməmişlər. təqsir onda olmadığından ziyanı da ödəməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, “VAZ 21093” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X4 məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün В və C kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində idarə etdiyi “Vaz 21093” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş şəhərində yaşadığı Ağdaş rayonu, Pirəyir kəndinə gedən zaman Ağdaş rayonu, Ləki dördyolu adlanan yerin yaxınlığında olan “Bir İnci” adlanan marketdən alış veriş edib avtomobilinə əyləşib yaşadığı kənd istiqamətində yola düşmüşdür. Təxminən 50-60 km/saat sürətlə Ağdaş rayonu, Ləki kəndi istiqamətində hərəkətdə olarkən “Daş bazarı” adlanan bazarın önündə anidən aralarındakı məsafə 5-10 metr qalmış yük avtomobilinin arxasında heç bir işıq yanmadığı üçün önündə olduğunu görmüş və arxadan ona avtomobilinin dəyməməsi üçün avtomobilini əks istiqamətə çıxaraq sola çəkmişdir. Həmin vaxt həmin yük avtomobilinin sürücüsü sola dönmə əməliyyatı keçirdiyi üçün onun avtomobilinin sağ tərəfi yük avtomobilinin qabaq hissəsinə dəyərək toqquşma baş vermiş və idarə etdiyi avtomobil yoldan çıxaraq yolun kənarında olan ağaca dəyərək dayanmışdır. Daha sonra avtomobildən düşərək kənarda olan şəxslərin köməyi ilə avtomobilini kənara çəkmişlər və xəsarəti olduğu üçün xəstəxanaya müraciət etmişdir. Hadisənin baş verməsinə səbəb yük avtomobilinin arxa işıqlarının və xarici işıq siqnallarının yanmaması həmin sürücünün ehtiyatsız davranması olmuşdur. Hadisədən əvvəl avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, həmin yük avtomobilinin arxa işıqları və xarici işıq siqnalları yanmadığı üçün təxminən 5-10 metr qalmış görmüş və bu səbəbdən yol-nəqliyyat hadisəninin qarşısını ala bilməmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Ağrıları olduğu üçün avtomobilndən düşərək atası ilə birlikdə xəstəxanaya getmişdir. Hadisə zamanı yüngül xəsarət almasına baxmayaraq Şəxs, ona yaxınlaşıb halını soruşmamış, nə xəstəxanada, nə də evində olarkən onunla maraqlanmamış, ona dəymiş ziyanı ödəməmişdir. Hətta sığorta pulu alması üçün tələb olunan sənədləri belə təqdim etməmişdir. Hazırda Şəxs şikayətçi olmaqla ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizasının 30 oktyabr 2024-cü il tarixli 576 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər başın yumşaq toxumalarının, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi, boyun fəqərələrinin kapsul bağ apparatının gərilməsi, dilin üst səthinin yarası, küt alət təsirindən törənmiş, törənmə müddətləri 27 oktyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 06 noyabr 2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında » qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati tədbir görülməsi üçün qərarın surəti Ağdaş rayon Polis şöbəsinin DYPB-nə göndərilmişdir. İş materiallarında olan “X8 Xidmət Stansiyası” MMC-nin aktından görünür ki, ümumilikdə avtomobilə dəyən ziyanlıq 4356.00 (dörd min yüz əlli altı) manat təşkil edir. İş materiallarında olan portaldan əldə olunmuş məlumatdan görünür ki, Şəxs himayəsində 18 sentyabr 2014-cü il təvəllüdlü nəbiyeva Nəzakət Tural qızı və 30 dekabr 2015-ci il təvəllüdlü X6 adlı iki azyazlı uşağı vardır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də məhkəmə hesab edir ki, o, özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə bu cür izahat verir və onun izahatı ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 06 noyabr 2024-cü il tarixli « Cinayət işinin başlanmasının rədd edilməsi haqqında » qərarı ilə təqzib olunur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsndə nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Buna görə Şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, zərərçəkmiş çəxslə barışmadığı və ona dəymiş ziyanı ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar