Məhkəmə qərarları › İş №3(014)-576/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-576/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-576/2022 05.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, xx.xx.1970-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş şəhəri Vaqif küçəsi 20 nömrəli evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala 05 noyabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 19 oktyabr 2022-ci il tarixli, İXP4972995 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 maddəsi ilə tərtib edilmiş 30 iyun 2022-ci il tarixli, EQ10434137 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 40 manat inzibati qaydada cərimə edilmiş, həmin qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət kecməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim edilmiş qəbzdən görünür ki, Şəxs həmin cərimə və dəbbə pulu ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq, Azərbaycan Respublikası DİN Ağdaş rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 19 oktyabr 2022-ci il tarixli, İXP4972995 nömrəli inzibati təhbeh vermə haqqında qərar üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cəriməni ödədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 maddəsi ilə tərtib edilmiş 30 iyun 2022-ci il tarixli, EQ10434137 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu ödədiyindən, Azərbaycan Respublikası DİN Ağdaş rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 19 oktyabr 2022-ci il tarixli, İXP4972995 nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar