Məhkəmə qərarları › İş №3(014)-576/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-576/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-576/2023 13.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1959-cu ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 15:15 radələrində sürücülük vəsiqəsi olmadan Ağdaş rayonu, Qolqəti kəndi yolunda “VAZ 2106 MİNİK” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydasını pozduğu üçün yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “OPEL ASTRA MİNİK” markalı, **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzilməklə, zərər çəkmiş şəxsə maddi zərər vurulması ilə nəticələnən inzibati xətanı törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Lakin, buna baxmayaraq “VAZ 2106 MİNİK” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili lazım olduqda etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15:15 radələrində Ağdaş rayonu, Qolqəti kəndi yolunda əks istiqamətli hərəkət zolağına çıxarkən arxadan gələn “OPEL ASTRA MİNİK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur. Heç bir bədən xəsarəti almamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ehtiyatsızlığı səbəbindən olmuşdur. Buna görə də barəsində həbslə əlaqəsi olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, onun etibarnamə əsasında idarə etdiyi “OPEL ASTRA MİNİK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə təxminən saat 15:15 radələrində Ağdaş rayonu, Qolqəti kəndi ərazisində hərəkətdə olarkən yolun sağında dayanmış “VAZ 2106 MİNİK” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı yolda əks istiqamətdə hərəkət zolağına çıxaraq manevr qaydalarını pozaraq onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur və heç bir bədən xəsarəti almamışdır. Lakin avtomobilinə maddi ziyan dəymişdir. Hazırda Şəxs avtomobilinə dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin inspektoru polis baş serjantı X2 protokolun məzmununa uyğun izahat verərək müvafiq qanuna uyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar