Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-576/2024 10.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Baş Dövlət Yol Polis İdarəsinin İV Tağım Baş yol patrul xidməti inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Ağdaş rayonu, Kotavan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində müdir işləyən, Ağdaş rayonunun Ağzıbir kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 07 dekabr 2024-cü il tarixdə, saat 13:50 radələrində sürücü Şəxs idarə etdiyi “VAZ 21154” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıq cihazlarından istifadə qaydalarının pozulması, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini narkotik vasitəsinin təsiri altında idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Dövlət Yol Polis İdarəsinin İV Tağım Baş yol patrul xidməti inspektoru X3 bildirdi ki, 07 dekabr 2024cü il tarixdə günorta saatlarında Ağdaş şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında xidmətdə olarkən “VAZ 21154” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Sürücünün hərəkətləri şübhə doğurduğundan sürücünün barəsində portaldan məlumatlara baxarkən sürücünün 5 bal nəzərədə tutulmuş narkotik vasitədən istifadə etməsinə dair protokol tərtib olunduğu müəyyən edilmişdir. Sürücüdən həmin protokolun nə ilə əlaqədar olduğunu soruşduqda içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini bildirmişdir. Daha sonra məlum olmuşdur ki, sürücü Şəxs 15 noyabr 2024-cü il tarixdə narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və cəriməsini də ödəmişdir. O, sürücünü tibbi müayinədən keçirilməsi üçün Mingəçevir şəhər Narkoloji Dispanserinə aparmış və sürücünün narkotik vasitə olan THC-marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. Buna dair həmin Dispanserdə 07 dekabr 2024-cü il tarixli, 2956 nömrəli akt tərtib edilmişdir. Bundan sonra sürücü Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333- 1.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Hazırda sürücünün idarə etdiyi avtomobil Ağdaş rayon polis Şöbəsinin müvvəqəti dayancağındadır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 07 dekabr 2024-cü il tarixdə yanacaqdoldurma məntəqəsinin yanında polis əməkdaşı onu saxladaraq maşında əlavə konstruksiya dəyişikliyinin olub-olmamasını soruşmuşdur. O, isə hər hansı bir dəyişikliyin olmadığını bildirmişdir. Daha sonra sürücülük vəsiqəsini istəmiş və o, da təqdim etmişdir. Bundan sonra Kamal Hacıyev ondan maşınla birlikdə Polis Şöbəsinə gedərək orada yoxlanılmalı olduğunu bildirdikdə o, etiraz etməyərək maşına əyləşərək Polis Şöbəsinə gəlmiş və maşınını şöbənin qarşısında saxlamışdır. Ona maşına əyləşməsinə dair göstəriş verilmiş və o, maşına əyləşərək Mingəçevir şəhər Narkoloji Dispanserə sürmüşdür. Orada analiz vermiş, lakin test onun yanında açılmamışdır. O, əvvəl narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyindən cərimə edilmişdir. Hətta buna görə ailəsində də problem olduğundan o, narkotik vasitədən istifadə etməyi dayandırmışdır. Analizin nəticəsindən şübhələnmiş və bugün, yəni 09 dekabr 2024-cü ildə yenidən analiz vermişdir. Birinci dəfə analiz verdikdə pozitiv çıxmışdır, lakin ikinci analizi neqativ çıxmışdır. Hazırda həmin testin cavabları da onda var. O, narkotik vasitədən istifadə etməmişdir, özünü təqsirli bilmir. İstənilən yerdə analiz verməyə hazırdır. Əgər yenidən onda narkotik vasitə aşkar olunsa o, qanunvericilikdə nəzərdə tutulmuş cəzanı çəkməyə hazırdır. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs verilən sualı cavablandırarkən bildirdi ki, həmin aktda olan xətt ona məxsus deyil, həmin rəy saxtadır. Daha sonra inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 İsmayılovun izahatına münasibətdə bildirdi ki, Şəxs Narkoloji Dispanserdə analiz verərkən testin açılmadığını bildirmişdir. Lakin onun izahatı doğru deyildir. Belə ki, analiz alınarkən videoçəkiliş aparılmış və gedişat videoçəkilişdə əks olunmuşdur. Həmin görüntülər diskə yazılaraq məhkəməyə təqdim olunacaqdır. Bundan başqa Şəxs yenidən analiz verdiyini bildirir. Lakin narkoloji müayinədən keçirildikdə mütləq şəxsin yanında mühafizə orqanlarının əməkdaşları olmalıdır. Lakin Şəxs analiz verərkən yanında heç bir əməkdaş olmamışdır. Onun təqdim etdiyi rəyin hansı yolla alınması məlum deyildir. Şəxs izahatında narkotik vasitədən 20-25 gün əvvəl istifadə etdiyini bildirmişdir. Narkotik vasitənin təsiri qanda 50 gün müddətində qala bilir. 10 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kamal Hacıyev tərəfindən sürücünün tibbi müayinə zamanı yoxlanışı, həkimin Şəxs verdiyi izahı, testin Şəxs yanında açılması və protokolda qeydin Şəxs tərəfindən aparılmasına dair, eyni zamanda testin pozitiv çıxmasına dair fotoşəkilin əks olunduğu disk məhkəməyə təqdim edilir. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs tərəfindən iki həkimin nəzarəti altında vermiş olduğu analizin və nəticəsinin elan olunmasına dair videogörüntülərin əks olunduğu disk məhkəmə təqdim edilir. Şəxs verilən sualları cavablandırarkən bildirdi ki, hazırki iş üzrə ilk dəfə 07 dekabr 2024-cü il tarixdə narkoloji müayinədən keçirilmişdir. 08 dekabr 2024-cü il tarixdə həmin dispanserə gedərək yenidən müayinə olunmaq istədikdə ona yalnız polisin nəzarəti ilə müayinədən keçə biləcəyi bildirildiyindən həmin gün müayinədən keçə bilməmişdir. 09 dekabr 2024-cü il tarixdə sözügedən müayindən keçmək üçün Mingəçevir şəhərində yerləşən Regional Hospitaldan müayinədən keçmişdir. Onun həmin analizin rəyindən şübhələnməsinə səbəb həm narkotik vasitədən istifadə etməməsi, həm də Kamal Hacıyevin həkimə “kartını atarsan pulu vuraram” deməsi olmuşdur. Həmin vaxt ona qarşı qanunsuz hərəkət edən olmamışdır. Daha sonra X6 İsmayılovun iddiasına münasibətdə bildirdi ki, vətəndaşı analizə aparakən sidiyin alınması üçün xüsusi ağzı qapaqlı qablar verilir. Analizə kənar müdaxilələrin qarşısının alınması məqsədi ilə özləri vətəndaşın yanında olur və nəzarət edirlər. Şəxs analiz üçün qabı sellofan paketdən özü açır və sidik topladıqdan sonra gətirərək həkimə təqdim edir və həmin qabda olan mayenin özünə məxsus olmasını yazır. Bütün bünlar videogörüntülərdə də əks olunmuşdur. Müayinə zamanı Şəxs heç bir təzyiq olmamışdır. Analizin nəticəsində marixuanadan istifadə etməsi aşkar olunmuşdur. Pula münasibətdə isə həkim sözügedən testi özü aldığından o, həmin testin pulunu ödəmək istəmişdir. Həkimə əlavə hər hansı bir məqsəd üçün pul ödənilməmişdir. Kamal Hacıyev tərəfindən məhkəməyə təqdim edilmiş diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Kamal Hacıyev və həkim müşaiyəti ilə Şəxs müayinədən keçirilir. Şəxs özünə məxsus sidik olan qabı gətirərək həkimə təhvil verir. Bundan sonra İsmayılovun yanında test açılır və müayinə üçün istifadə edilir. Həmçinin həkim tərəfindən hansı halda pozitiv və neqativ olması izah olunur. Müayinənin nəticəsində Şəxs sidiyində tək xətt olması və THC marixuana olmasının müəyyən olduğu ona izah olunur. Buna dair akt tərtib edilir və Şəxs həmin aktı yazısı və imzası ilə təsdiq edir. Şəxs ilkin izahatında testin yanında açılmadığını və aktda adının qarşısında olan imzanın özünə məxsus olmadığını bildirsə də, diskə baxışdan sonra akta imza etməsini və akt olan yazının ona məxsus olmasını etiraf edir, həmçinin testin yanında açılmamasını həyəcanladığından yalnış dediyini bildirir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs mühafizə orqanın əməkdaşının müşaiyəti ilə deyil, həkim müşaiyəti ilə sidikdən analiz vermişdir və həmin analizin nəticəsi neqativ çıxmışdır. İş materiallarında olan 07 dekabr 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2956 saylı aktdan görünür ki, Şəxs sidiyində THC marixuana aşkar edilmişdir. İş materiallarında olan 15 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 noyabr 2024-cü il tarixdə saat 01:55 radələrində idarə etdiyi “VAZ 21154 minik” markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333-1.1-ci maddələrinin tələblərini pozmuşdur. İş materiallarında olan 15 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 15 noyabr 2024-cü il tarixdə idarə etdiyi “VAZ 21154 minik” markalı, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333-1.1-ci maddələrinin tələblərini pozduğuna görə 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixli, 220 saylı narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixiatrop maddələrinin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, ekspresstest üsulun nəticəsində müvafiq olaraq müayinə zamanı Şəxs sidiyində THC (marixuana), COC (kakain), OPİ (opoid), BZO (benzadiazefin), AMP (amfetamin) aşkar edilməmişdir. İş materiallarında olan DİN BDYPİ Yevlax RQİ TBŞ tərəfindn verilmiş BD208656 seriya nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. Məhkəmə, Şəxs saxlanılan zaman və avtomobil idarə edərkən narkotik vasitədən istifadə etməməsi bağlı verdiyi izahatına, həmçinin məhkəmə iclası zamanı fərqli izahatlar verməsinə tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat kimi qiymətləndirir. Belə ki, onun izahatı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 07 dekabr 2024-cü il tarixli akt, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Dövlət Yol Polis İdarəsinin İV Tağım Baş yol patrul xidməti inspektoru X2 izahatı və Kamal Hacıyev tərəfindən təqdim olunmuş disk ilə təkzib olunur. Eyni zamanda, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim etdiyi 09 dekabr 2024-cü il tarixli 220 saylı akta və müayinədən keçməsinə dair diskə münasibətdə qeyd edir ki, Şəxs ilkin müayinə aktı ilə razılaşmadıqda həmin gün təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edərək, təkrar tibbi müayinənin həkimnarkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada müayinədən keçə bilərdi, lakin o, bunu etməyərək, özü tibb müəssisəsinin rəhbərini də aldadaraq həmin rəyin ona iş düzəlmək üçün lazım olduğunu bildirmiş, bu hal da onun tərəfindən təqdim olunmuş diskə baxış zamanı öz təsdiqini tapmışdır. Belə ki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarına əsasən müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs təqsirinin müəyyən edilməsi zamanı 09 dekabr 2024-cü il tarixli, 220 saylı narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixiatrop maddələrinin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında akt sübut kimi qəbul edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyərək, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitəsinin təsiri altında idarə edilməsi və inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar inzibati xətaya yol verilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci sanksiyası həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmalıdır. Belə ki, o, əvvəl törətdiyi inzibati xətaya görə ona verilmiş tənbehdən heç bir nəticə çıxarmayaraq təkrar nəqliyyat vasitəsinin narkotik vasitəsinin təsiri altında idarə etmişdir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Həbsetmənin əvvəli 10 dekabr 2024-cü il tarixdən saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona nəqliyyat vasitələrini idarəetmə hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 10 dekabr 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın həbs növündə tənbeh tədbirinə dair icrası Ağdaş rayon Polis Şöbəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-576/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-576/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver