Məhkəmə qərarları › İş №3(014)-577/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-577/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-577/2025 04.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və barəsində inzibati xəta haqqında icraat aparılan Ağdaş rayon 375 saylı aptekin nümayəndəsi Nümayəndə iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ağdaş rayon 375 saylı aptekin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X5 Xidmətinin X8 şöbəsi tərəfindən inzibati protokola və ona əlavə olunmuş materiallara Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidməti X8 Şöbəsi (bundan sonra X5 Xidməti X8 Şöbəsi) tərəfindən Ağdaş rayon 375 saylı aptekdə işəgötürən Nümayəndə tərəfindən 13 noyabr 2025-ci il tarixdək işçi X1 əmək müqaviləsində münimum əmək haqqına düzəliş edilməsi ilə bağlı regional şöbəsinin 15 oktyabr 2025-ci il tarixli, 3-17-5/2-94360/2025 nömrəli icrası məcburi olan göstəriş yerinə yetirilmədiyinə görə sonuncu tərəfindən Ağdaş rayon 375 saylı aptek barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə 13 noyabr 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Nümayəndə izahatında göstərdi ki, Ağdaş şəhəri, M.Rəsulzadə küçəsi 40 ünvanında ünvan 1mişdir. 2015-ci il tarixdən etibarən həmin ünvanda "xxxx" MMC-nin nəzdində olan ünvan 2 Onlara məhkəmə bildirişi gəldikdən sonra Ağdaş rayon 375 saylı aptek barəsində inzibati xəta haqqında protokol tərtib olunmasından məlumatı olmuşdur. X5 Xidməti X8 Şöbəsi tərəfindən onlara 15 oktyabr 2025-ci il və 30 oktyabr 2025-ci il tarixli X1 əmək müqaviləsinə düzəlişin edilməsi barədə icrası məcburi olan göstərişlər gəlməmişdir. Həmin göstəriş X5 Xidməti X8 Şöbəsi tərəfindən onların ünvanına daxil olsaydı, vaxtında qeyd olunan məsələnin aradan qalırılması üçün müəyyən hərəkətlər edilərdi. Bundan başqa, vaxtilə Ağdaş rayon 375 saylı aptekdə “Aptekçi” vəzifəsində işləmiş və əmək müqaviləsinə düzəlişin edilməsi tələb olunan X2 təxminən 6 il bundan əvvəl ölmüşdür. Odur ki, qeyd olunanları nəzərə alıb inzibati xəta haqqında iş üzrə icraa xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq X5 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən X5 Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X5 Xidməti X8 şöbəsi tərəfindən ünvan 3 ünvanlanmış 15 oktyabr 2025-ci il tarixli, 3-12-5/2-94360/2025 saylı məktubun surətindən görünür ki, Ağdaş rayon 375 saylı aptek tərəfindən əsas iş yeri və tam iş vaxtı rejmi üzrə işləyən və əmək müqaviləsinə 400 manatdan aşağı əmək haqqı daxil edilən işçinin (X2, FİN: 152NJVA) əmək haqqı məbləğinə “Əmək və məşğulluq” altsistemində düzəliş edilməsi və görülmüş tədbirlər barədə 10 (on) iş günü ərzində X5 Xidmətinin X8 şöbəsinə yazılı məlumat verilməsi tələb edilmişdir. X5 Xidməti X8 şöbəsi tərəfindən ünvan 3 ünvanlanmış 30 oktyabr 2025-ci il tarixli, 3-17-5/2-100597/2025 saylı məktubun surətindən görünür ki, Ağdaş rayon 375 saylı aptek tərəfindən əsas iş yeri və tam iş vaxtı rejmi üzrə işləyən və əmək müqaviləsinə 400 manatdan aşağı əmək haqqı daxil edilən işçinin (X2, FİN: 152NJVA) əmək haqqı məbləğinə “Əmək və məşğulluq” altsistemində düzəliş edilməsi və görülmüş tədbirlər barədə 10 (on) iş günü ərzində X5 Xidmətinin X8 şöbəsinə yazılı məlumat verilməsi ilə bağlı 15 oktyabr 2025-ci il tarixli, 3-12-5/2-94360/2025 saylı icrası məcburi göstəriş göndərilmişdir. Lakin icrası məcburi göstərişlə bağlı Ağdaş rayon 375 saylı aptekdən regional şöbəyə məlumat daxil olmamış və X1 əmək müqaviləsində əmək haqqı məbləğinə düzəliş edilməmişdir. "xxxx" tərəfindən X5 Xidməti X8 Şöbəsinə ünvanlanmış 24 noyabr 2025-ci il tarixli, 1873/11 saylı məktubdan görünür ki, Ağdaş şəhəri, M.Rəsulzadə küçəsi 40 ünvanında əvvəl Səhiyyə Nazirliyi tabeliyində olan 375 saylı aptek qeydiyyatda olmuş, hazırda həmin ünvanda adı qeyd olunan aptek işləmir. ünvan 415-ci il tarixdən etibarən "xxxx" MMC-nin nəzdində olan ünvan 2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş məktubbdan görünür ki, Ağdaş rayon 375 saylı aptek 12 noyabr 2004-cü il tarixdə ********** nömrəli VÖEN vergi ödəyicisi kimi 9 saylı Əazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti 25 iyul 2012-ci il tarixdən 25 iyul 2017-ci il tarixədək, 26 iyul 2017-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək və yenidən müraciət əsasında 27 iyul 2022-ci il tarixdən 27 iyul 2032-ci il tarixədək dayandırılmışdır. Məhkəmənin sorğusuna əsasən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 dekabr 2025-ci il tarixli, 3-16-5/8-13-571/2025 nömrəli məktubdan görünür ki, Ağdaş şəhəri, Çapayev ¼ ünvanında qeydiyyatda olan 04 dekabr 1942-ci il təvəllüdlü X2 07 may 2019-cu il tarixdə Ağdaş rayonunda ölmüş və 20 may 2019-cu il tarixli, 220 nömrəli akt qeydi ilə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindn ölümü qeydə alınmışdır. Nümayəndə tərəfindən tərtib edilmiş 24 noyabr 2025-ci il tarixli, 01 nömrəli əmrdən çıxarışdan görünür ki, “aptekçi” bölməsində “Aptekçi” vəzifəsində işləyən X3 ilə bağlanmış 152NJVA000100 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən 24 noyabr 2025ci il tarixdə xitam verilmişdir. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Ağdaş rayon 375 saylı aptek tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan və inzibati xəta haqqında protokolda qeyd olunan 15 oktyabr 2025-ci il tarixli, 3-17-5/2-94360/2025 nömrəli və 30 oktyabr 2025-ci il tarixli, 3-17- 5/2-100597/2025 saylı icrası məcburi olan bildirişlərin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Ağdaş rayon 375 saylı aptekə göndərilməsi barədə heç bir məlumat yoxdur. X5 Xidmətinin X8 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, nümayəndənin iştirakının təmin edilməsi üçün məhkəmə iclasının növbəti tarixə təxirə salınmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və icrası məcburi olan bildirişlərin Ağdaş rayon 375 saylı aptekə göndərilməsini təsdiq edən sübutu təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə sadalanan xüsusatlara əsasən vurğulayır ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, X5 Xidmətinin X8 Şöbəsinin səlahiyyətli şəxsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları, yəni icrası məcburi olan bildirişlərin Ağdaş rayon 375 saylı aptekə (Ağdaş rayon 375 saylı aptek 24 iyul 2015-ci il tarixədək fəaliyyət göstərmişdir) çatıb-çatmamasını müəyyənləşdirmədən və bununla bağlı hər hansı bir sübuta istinad etmədən inzibati xəta haqqında protokol tərtib etmiş, Ağdaş rayon 375 saylı apteki təmsil edən şəxs, Nümayəndə isə qeyd edilən bildirişlərin ona çatdırılmamasını bildirmişdir. Göründüyü kimi Nümayəndə irəli sürdüyü dəlilləri təkzib edən sübut səlahiyyətli şəxs tərəfindən məhkəməyə təqdim edilən iş materiallarına əlavə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ağdaş rayon 375 saylı Aptek barəsində 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə (təqsirliliyi sübuta yetirilmədiyinə görə) əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon 375 saylı Aptek barəsində 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə (təqsirliliyi sübuta yetirilmədiyinə görə) əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar