Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-579/2025 17.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1979-cu il tarixdə Ağdaş rayonu, Qarağan-Sədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Qarağan-Sədi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş rayonu İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-737/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi ilə əlaqədar borclu Şəxs icra məmurunun qanuni tələblərini icra etmir, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş və borcun ödənilməsi tələb edilmiş, lakin Şəxs 9447,3 manat borcu üzürsüz səbəbdən ödəmir. Bununla da inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahat verərək Şəxs barəsində tərtib etdiyi protokolda onun yol verdiyi xətanı göstərdiyini və buna görə də inzibati məsuliyyətə cəlb edilməli olduğunu bildirdi. Həmçinin göstərdi ki, Şəxs icra vərəqəsi ilə xx.xx.2025-ci ildə tanış olmaqla, tələbin könüllü icrasına dair müvafiq bildiriş ona həmin tarixdə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bakı Kommersiya Məhkəməsində keçirilən mülki proseslə bağlı məlumatı olmamış, həmin məhkəmənin qətnamə ona verilməmiş, eləcə də icra işinindən xəbəri olmamış, yalnız barəsində inzibati xəta haqqında protokol tərtib edilən gün, yəni xx.xx.2025-ci il tarixdə icra şöbəsinə gəldikdə barəsində qətnamə olduğunu, həmin qətnamə üzrə pul ödəməli olduğunu öyrənmişdir. Odur ki, borcu qısa vaxtda ödəyəcək, barəsində başlanılmış inzibati xıta haqqında icraata da xitam verilməsini xahiş etdi. Tələbkar (zərərçəkmiş şəxs) “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Məhkəməyə ərizə ünvanlayaraq, ərizədə Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-737/2025 saylı icra sənədi üzrə ümumi borcunun 9447,3 manat təşkil etdiyini, qətnamənin xx.xx.2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq borclunun indiyədək heç bir ödəniş etmədiyi göstərilmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-737/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs aldığı sement məhsullarına görə 8899,98 (səkkiz min səkkiz yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) əsas borc, geri qaytarmadığı taxta altlığa görə 28,32 manat (iyirmi səkkiz manat otuz iki qəpik), 450 (dörd yüz əlli) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 (altmış doqquz) manat olmaqla, ümumilikdə 9447,3 manat məbləğində pul vəsaiti iddiaçı “Holcim(Azərbaycan)”Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcu könüllü ödəməsi barədə Şəxs 10 gün vaxt verilmişdir, həmin bildirişi borclu xx.xx.2025-ci il tarixdə almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb edilmək barəsində xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, borclu xx.xx.1979-cu il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs tapılaraq Ağdaş Rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Şəxs borcu ödəməklə bağlı zaman verilməsini xahiş edərək, borcu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qətnamə üzrə xx.xx.2025-ci il tarixdə icra şöbəsində icraata başlanılmış, tələbin könüllü icrasına dair bildirişlə borclu xx.xx.2025-ci il tarixdə tanış olmaqla həmin bildirişdə tələbi icra etmək üçün 10 gün vaxt verilsə də, heç bir müddət gözlənilmədən elə həmin gün dərhal borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə göndərilmişdir. Göründüyü kimi, borclunun borcunu könüllü ödəməsi üçün verilmiş müddət gözlənilməmiş, onun ödəməkdən üzrsüz səbəbdən yayınması və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi xüsusatı üzrə məhkəməyə yetərli sübutlar təqdim edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxsnın əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №3(014)-579/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-579/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver