Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-580/2025 17.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1993-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsinin) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-da Ağdaş şəhəri, H.Əliyev prospektində H.Əliyev parkının yaxınlığında barəsində aparılan araşdırma ilə bağlı RPŞ-yə dəvət olunan zaman Ağdaş RPŞ-yə getməyəcəyini söyləyib polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabesizlik göstərib əlqol hərəkətləri etmişdir. Eyni əməlləri Ağdaş RPŞ-nin inzibati binasının qarşısında təkrarlamışdır. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahat verərək Şəxs barəsində tərtib etdiyi protokolda onun yol verdiyi xətaları göstərdiyini və buna görə də inzibati məsuliyyətə cəlb edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, özünü qeyd edilən inzibati xəta ilə bağlı təqsirli bilir, hadisə baş verərkən əsəbi olduğundan və polis şöbəsinə getmək istəmədiyindən polisə qarşı xoşagəlməz hərəkətlərə yol vermişdir. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 şahid qismində verdiyi izahatında bildirmişdir ki, Ağdaş RPŞ-də aparılan araşdırma ilə əlaqədar verilən raportun icrası ilə bağlı digər polis əməkdaşları ilə birlikdə xx.xx.2025-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Bələdiyyə çayxanası” adlanan yəni H.Əliyev parkının yaxınlığındakı ərazidə Şəxs yerini müyyən edib ona yaxınlaşmaqla izahatının alınması üçün polis şöbəsinə dəvət etdikdə o, getmək istəmədiyini və izahat verməyəcəyini söyləyərək əl-qol hərəkətləri ilə polisə müqavimət göstərmiş, onu nizam-intizama dəvət edib avtomobilə əyləşdirdikdən sonra Şəxs avtomobildə və Ağdaş RPŞ-yə gələn zamanı öz hərəkətlərini davam etdirmiş, saat 10:20 radələrində Ağdaş RPŞ-nin inzibati binasının qarşısına çatdıqda uca səslə qışqıraraq ünvansız söyüşlər söymüş, polisin “sakitləş, sakit ol “ qanuni tələblərinə məhəl qoymamış, buna görə də onu Ağdaş RPŞ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında Şahid3 , X1 Xəyal Nəbi oğlunun izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü və xx.xx.2024-ci il təvəllüdlü.2 nəfər azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində 2 nəfər azyaşlı uşağının olmasıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov X5 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati həbs tənbeh növü tətbiq edilməli, cəzasının əvvəli inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə olunsun. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №3(014)-580/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-580/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver