Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-582/2022 25.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: MN ******* №-li inzibati xəta haqqında protokola görə Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-4267/2016 saylı, 25 oktyabr 2022-ci il tarixli icra sənədinə icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, "xxxx" QSC-yə olan 1730.35 manat borcunu üzürsüz səbəbdən ödəməmişdir. Buna görə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən onun barəsində 25 oktyabr 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 4267/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən 04 avqust 1985-ci ildə Ağdaş rayonu, Qobu-Üstü kəndində anadan olmuş, Ağdaş rayonu, Qobu-Üstü kəndində yaşayan Şəxs və xx.xx.1981-ci ildə Şuşa şəhərində anadan olmuş, Şuşa rayonu, Qaybalı kəndində qeydiyyatda olmaqla, Ağdaş rayonu, Qobu-Üstü kəndində məskunlaşmış X2 müştərək qaydada Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3, məhəllə 1033-də yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1150.88 manat məbləğində əsas borcu, 444.39 manat məbləğində faiz borcu və 115.09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1710 manat 35 qəpik məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Lakin tərəfimdən bununla bağlı İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bütün tədbirlərin görülməsinə baxmayaraq icra sənədi üzrə borclu Şəxs tərəfindən icra vərəqəsində göstərilən məbləğdən ödəniş edilməmiş, İcra və Probasiya şöbəsinin çağırışlarına gəlməmiş, yaşadığı ünvanda tapılmamışdır. Buna görə onun barəsində axtarış verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tələb olunan borcu ödəməkdən yayınmış, borcun ödənilməsi ilə bağlı onun əmlakı yoxlanılmış, adına hər hansı bir gəlirinin, daşınar və daşınmaz əmlakının olub-olmaması ilə bağlı müxtəlif idarələrə sorğular göndərilmiş, lakin onun adına borcun ödənilməsinə yönəldilə bilinəcəyi hər hansı əmlakı aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs borcun ödənilməsi tələb edilsə də o, bundan qərəzli şəkildə imtina etmiş, bundan sonra hər ay 30 manat olmaqla "xxxx" QSC-yə olan borcunu ödəyəcəyini bildirmişdir, buna görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi və Ağdaş Rayon Məhkəməsinin 2(014)-4267/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən məlumatının olmadığını, qətnamənin ona verilmədiyini, "xxxx" QSC-yə borcu ilə bağlı icra məmuru tərəfindən ona hələ bu gün məlumat verildiyini və izahatının alındığını, Ağdaş rayonu, Qobu-Üstü kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşadığını, Bakı şəhərində fəhlə işlədiyini, başqa heç bir gəlir yerinin olmadığını, maddi vəziyyəti imkan vermədiyinə görə tələb olunan borcu hazırda ödəyə bilmədiyini, lakin bundan sonra "xxxx" QSC-yə olan borcundan hər ay ödəniş edəcəyini bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Kərimovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati xəta haqqında işin materialları ilə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-4267/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 04 avqust 1985-ci ildə Ağdaş rayonu, Qobu-Üstü kəndində anadan olmuş, Ağdaş rayonu, Qobu-Üstü kəndində yaşayan Şəxs və xx.xx.1981-ci ildə Şuşa şəhərində anadan olmuş, Şuşa rayonu, Qaybalı kəndində qeydiyyatda olmaqla, Ağdaş rayonu, Qobu-Üstü kəndində məskunlaşmış X2 müştərək qaydada Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3, məhəllə 1033-də yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1150.88 manat məbləğində əsas borcu, 444.39 manat məbləğində faiz borcu və 115.09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1710 manat 35 qəpik məbləğində borc (min yeddi yüz on manat otuz beş qəpik) borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Belə ki, işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, yaranmış aliment borcu ilə bağlı icra məmuru tərəfindən Şəxs izahatı yalnız bu gün alınmış, banka olan borcunun ödənilməsi ilə əlaqədar icra sənədi üzrə borcluya heç bir rəsmi xəbərdarlıq edilməmiş, icra məmuru tərəfindən qanunda nəzərdə tutulan bütün tədbirlər görülməmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında hər ay ödəniş edəcəyini bildirmiş, eyni zamanda bunu İcra və Probasiya şöbəsində verdiyi izahatında da qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanun qarşısında bərabərlik, təqsirsizilik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-582/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-582/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver