Məhkəmə qərarları › İş №3(014)-598/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-598/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-598/2022 16.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Ağdaş rayonu Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində dörd azyaşlı uşağı olan, işləməyən, Ağdaş şəhəri M.hüseynzadə küçəsi 3/1 nömrəli evdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Ağdaş rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında icraatın başlanılması haqqında qərara və iş üzrə materiala 16 noyabr 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Ağdaş rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında icraatın başlanılması haqqında qərar qəbul edilmiş ondan ötrü ki, o, 14 may 2022-ci il tarixdə saat 16:00 radələrində etibarnamə olmadan idarə etdiyi “VAZ 21010” markalı, H 5** YX *** Rusiya dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində Ağdaş şəhəri Babək küçəsi istiqamətində idarə edərkən sol zolaqla onunla eyni istiqamətdə hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs spitrli içkilərin qəbulundan yaranmış sərxoşluq vəziyyətində idarə etdiyi velosipedlə sağa doğru istiqamətlənərək Şəxs idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmış, avtomobilin hərəkət zolağında nəqliyyat vasitələri toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sağ qaşın bayır ucu nahiyyəsinin, sol əlin baş barmağının üst səthinin, sağ çiyin nahiyyəsinin, sağ baldırırn yuxarı 1/3-nin bayır səthinin sıyrıqları, qarnın sağ aşağı nahiyyəsinin, sol budun orta 1/3-nin iş səthinin, sol budun aşağı 1/3-nin ön səthinin qançırları, sağ əlin baş barmağının və daraq-falanqa oynağının və falanqa arası oynağının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsatərlər almaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 14 may 2022-ci il tarixdə saat 16:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla etibarnamə olmadan idarə etdiyi “VAZ 21010” markalı, H 5** YX *** Rusiya dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri M.Ə.Rəsulzadən küçəsində Ağdaş şəhəri Babək küçəsi istiqamətində idarə edərkən sol zolaqla onunla eyni istiqamətdə hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs vurduğunu, nəticədə Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vuran xəsatərlər almaqla yol nəqliyyat hadisəsi törətdiyini, əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu, buna görə də ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında 14 may 2022-ci il tarixdə saat 16:00 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində velosipedlə hərəkətdə olan zaman Şəxs idarə etdiyi “VAZ 21010” markalı, H 5** YX *** Rusiya dövlət qeydiyyat nişanlı avtomobillə onu vurduğunu, nəticədə müxtəlif bədən xəsarətləri aldığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini, lakin Şəxs şikayətçi olmadığını bildirdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat başlaması haqqında qəraradan görünür ki, Şəxs 14 may 2022-ci il tarixdə saat 16:00 radələrində etibarnamə olmadan idarə etdiyi “VAZ 21010” markalı, H 5** YX *** Rusiya dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən Ağdaş şəhəri Babək küçəsi istiqamətində idarə edərkən sol zolaqla onunla eyni istiqamətdə hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs spitrli içkilərin qəbulundan yaranmış sərxoşluq vəziyyətində idarə etdiyi velosipedlə sağa doğru istiqamətlənərək Şəxs idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmış, avtomobilin hərəkət zolağında nəqliyyat vasitələri toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sağ qaşın bayır ucu nahiyyəsinin, sol əlin baş barmağının üst səthinin, sağ çiyin nahiyyəsinin, sağ baldırırn yuxarı 1/3-nin bayır səthinin sıyrıqları, qarnın sağ aşağı nahiyyəsinin, sol budun orta 1/3-nin iş səthinin, sol budun aşağı 1/3-nin ön səthinin qançırları, sağ əlin baş barmağının və daraq-falanqa oynağının və falanqa arası oynağının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsatərlər almaqla yol nəqliyyat hadisəsi törətdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 332.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşman olmasını bildirməsi və himayəsində iki azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli özünün və zərərçəkmiş şəxsin ifadələri və iş materialları ilə Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən rayon məhkəməsinə aidiyyəti olmadığından, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsir dərəcəsini, əmlak vəziyyətini, ha belə əməlində məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar