Məhkəmə qərarları › İş №3(014)-598/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-598/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-598/2025 26.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Müdafiəçi Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Ağdaş rayonunun Şəmsəbad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonunun Şəmsəbad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Şəxs Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1747/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 11898.83 manat borc və ödənilmiş 125.70 manat məbləğində dövlət rüsumunun Kapital Bank ASC-nin xeyrinə ödənilməsi barədə icra məmurunun qanuni tələbini yerinə yetirməyib həmin borcu ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borclu Şəxs Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1747/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 11898.83 manat borc və ödənilmiş 125.70 manat məbləğində dövlət rüsumunun Kapital Bank ASC-nin xeyrinə ödənilməsi barədə icra məmurunun qanuni tələbini yerinə yetirməyib həmin borcu ödəməmişdir. 14 mart 2024-cü il tarixdə icra vərəqəsi icraatına daxil olduqdan sonra borcunun ödənilməsi ilə bağlı ona dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır. Borclu axtarış nəticəsində şöbəyə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, o, xəstəliyi ilə bağlı çağırışlara vaxtı-vaxtında gələ bilməmiş, xəstəliyinə dair hər hansı sənəd təqdim edə bilmir. Borcunun ödənilməsi ilə bağlı olaraq bir il vaxt istəmişdir. Sağlamlığı ilə əlaqədər olaraq işləyə bilmir, borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Hazırda həmin məbləği ödəmək iqtidarında deyil. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1747/2023 saylı icra vərəqəsindən görünür ki, 22 fevral 2023-cü il tarixli, RTGK9850151A160 saylı kredit müqaviləsinə əsasən 10662.98 AZN əsas, 1235.85 AZN faiz, cəmi 11898.83 AZN və ödənilmiş 125.70 AZN məbləğində dövlət rüsumu Şəxs alınaraq Zərərçəkmiş şəxs ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 14 mart 2024-cü il tarixli “İcraata başlama haqqında” qərardan görünür ki, 14 mart 2024-cü il tarixdə icraata başlanılmışdır. İş materiallarında olan 14 mart 2024-cü il tarixli № e-58751/2024-71-1-004 saylı “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan 31 oktyabr 2025-ci il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Ağdaş rayon, Şəmsəbad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş 26 noyabr 2025-ci il tarixli № 3-1362/2-26725/2025 saylı məktubundan görünür ki, Ağdaş rayonu, Şəmsabad kəndində qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Şəxs tapıralaq Ağdaş rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən axtarış nəticəsində gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs etmənin əvvəli 26 noyabr 2025ci il tarixdən saat 17:55-dən hesablanmalıdır. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 4 (dörd) iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından (Zərərçəkmiş şəxs ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 26 noyabr 2025-ci il tarixdən saat 17:55-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından (Zərərçəkmiş şəxs ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar