Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-6/2021 03.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxx 2020-ci il tarixdə gecə saat 01:00 radələrində Ağdaş rayonu, Cardam kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan tövləni yandırmış və bunun nəticəsində 2352 manat maddi ziyan dəymişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Ağdaş rayon RPŞ təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı H.Əliyevin xx xxxxxx 2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Ağdaş rayon RPŞ İTB-nin sahə rəisi polis leytenantı S.Süleymanovun həmin qərarı rəhbər tutaraq, Şəxsnın barəsində xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək Zərərçəkmiş şəxs və onun oğlu Sulduz Saleh oğlunu tanıdığını, zərərçəkmişlə heç bir ədavət və düşmənçiliyi olmadığını, həmkəndlisi Sulduzla təxminən il yarım öncə aralarında olan mübahisə səbəbindən bir-birini danışdırmadıqlarını, xx.xx.2020-ci il tarixdə özü və həmkəndlisi Sulduz Salehovun kəndin mərkəzində olan çayxanada ayrı-ayrı stollarda əyləşdiklərini, Sulduzun stolda çay içdiyini, özü də həmin vaxt bir bakal spirtli içki olan piyvə içərək təxminən saat 00:30 radələrində kəndin çayxanasından çıxaraq yaşadığı evə getdiyini, evə çatdıqdan təxminən yarım saat sonra kəndin mərkəzindən tüstü çıxmasını görüb tüstü olan yerə tərəf gedən zaman həmkəndlisi Sulduz Salehovun həyətində olan mal tövləsinin yanmasını gördüyünü, həmin vaxt orada kənd camaatının toplaşdığını, az keçmədən FHN-in yanğınsöndürmə briqadasının gələrək Sulduza məxsus mal tövləsini söndürdüklərini, oradan ayrılaraq yaşadığı evə getdiyini, xx.xx.2020-ci il tarixdə və digər vaxtlarda kənddə camaatdan guya Sulduza məxsus mal tövləsini onun qəsdən yandırdığını eşitdiyini, yaşadığı evə gedən yolun həmkəndlisi Sulduz Salehovun yaşadığı evin qarşısından keçdiyini, onunla Sulduzun yaşadığı evin arası təxminən 500 metr məsafədə olduğunu, xx.xx.2020-ci il tarixdə təxminən saat 01:15 radələrində yaşadığı evin həyətində olan zaman kəndin mərkəzində alovu gördüyünü və alov olan yerə getdiyini, zərərçəkmiş və onun oğlunun onu şərlədiklərini, həmkəndlisi Sulduza heç bir söz demədiyini, onu hədələmədiyini, həmkəndlisi Sulduz və anası Limona məxsus mal tövləsini yandırmadığını və kimlərin yandırması barədə heç bir məlumatının olmadığını bildirərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında yaşadığı evin həyətində 2020-ci ilin yanvar ayının axırlarından başlayaraq aprel ayının axırlarınadək eni 7 metr, uzunluğu 16 metr olan mişar daşlarından mal tövləsi tikdiklərini, həmin tikdikləri mal tövləsinin üst hissəsini yəni damını hündür düzəltdirərək dəmir şiferin arasına bir presi 3 manatdan 150 pres yonca otu alaraq yığdıqlarını, tövlənin içərisinə təsərrüfatlarında olan 9 baş iri buynuzlu heyvanlarını saqldıqlarını, xx.xx.2020-ci il tarixdə oğlu Sulduzla təsərrüfatlarında olan mal-qaranı təxminən 20:00 radələrində həyətdə olan tövləyə saldıqdan sonra oğlu Sulduzun yaşadıqları kəndin çayxanasına getdiyini, xx.xx.2020-ci il tarixdə gecə təxminən saat 01:20 radələrində yaşadığı evdə olan zaman yaşadığı evin həyətində dəmir səsi eşitdiyini, evin pəncərəsindən həyətə baxan zaman həyətdə olan tövlənin ban hissəsində olan ot presləri yanmağa başladığını gördüyünü, həmin vaxt səs-küy edib qışqıraraq həmin vaxt yaşadıqları evdə oğlu Sulduzun olmadığından Sulduzun mobil telefonuna zəng edərək mal tövləsinin yandığını bildirdiyini, oğlu Sulduzun yaşadıqları kəndin çayxanasında olduğundan qaçaraq yaşadıqları evin həyətinə gələnə kimi artıq tövlənin yandığını, tövlədə olan heyvanları yanmaması üçün çölə çıxartmağa çalışdığını, təsərrüfatında olan 9 baş iri buynuzlu heyvanın 8 başını çıxarsa da, yadından çıxaraq bir baş 7-8 yaşlarında qiyməti 700 manat olan heyvanın tövlədə qalaraq tələf olduğunu, onun səsinə qonşuluqda yaşayan şəxslərin gələrək nə qədər kömək etsələr də tövlənin ban hissəsində ot presləri olduğundan ot presləri, tövləsi və bir baş iri buynuzlu inək heyvanının tələf olaraq ona ümumilikdə 4538 manat maddi ziyan dəydiyini, ona məxsus mal tövləsi xx.xx.2020-ci il tarixdə gecə təxminən saat 01:20 radələrində yanan zaman ətrafda heç bir kəsi görmədiyini, ona məxsus yaşadığı evin həyətində olan mal tövləsini və içərisində olan bir baş 7-8 yaşlı inək heyvanını yanmasında həmkəndlisi Şəxs şübhələndiyini, şübhələnməyinin səbəbinin oğlu Sulduzun kəndin çayxanasında olan zaman həmkəndlisi İlahirin Sulduza “gör sənin başına nə oyun açacam” sözləri dediyini, əvvəllər həmkəndlisi İlahirin oğlu Sulduzu heç bir əsas olamadan hədələdiyini, bu səbəbdən də aralarındakı narazılıq səbəbindən bir-birilərini danışdırmadıqlarını, oğlu Sulduzun xx.xx.2020-ci il tarixdə axşam vaxtlarında İlahirin kəndin çayxanasından sərxoş vəziyyətdə çıxaraq öz-özünə danışa-danışa getdiyini və İlahirin kənddə mağaza işlədən Pəhlivan Əliyevdən xx.xx.2020-ci il tarixdə ayağına geymək üçün şəpit aldığını və yanğından sonrakı günü İlahirin yenə də Pəhlivanın işlətdiyi mağazadan özünə yeni şəpit aldığını, şübhələrinin İlahirin iz itirmək üçün ayağında olan şəpitini yenilədiyini, xx.xx.2020ci il tarixdə yaşadığı evin həyətində yerləşən mal tövləsinin yanması nəticəsində ona ümumilikdə 4538 manat maddi ziyan dəydiyini,tövləsinin Şəxs tərəfindən yandırıldığını bildirərək, hazırda Şəxs şikayətçi olduğunu və onunla barışmadığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir.Belə ki,cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilir. İş materiallarına əlavə olunmuş Ağdaş rayonu Cardam kənd sakini Zərərçəkmiş şəxs məxsus mal tövləsində mal tövləsinin kimin tərəfindən yandırılması, tövləni yandıran şəxs və ya şəxslərin müəyyən edilməsi üçün Ağdaş RPŞ-nin CAB-nə məktub göndərilmiş və alınmış xx.xx.2020-ci il tarixli 23/132-14148-1120 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus tövlədə yanğın hadisəsini Şəxs törətmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/2264 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus tikiliyə(mal tövləsi) baş vermiş yanğın nəticəsində tikinti üzrə dəymiş ziyanın məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq 2352 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanları nəzərə almaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş ziyanın bir misli məbləğində, yəni 2352 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1985-ci ildə Ağdaş rayonu, Cardam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Cardam kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib ziyanın bir misli məbləğində, yəni 2352 (iki min üç yüz əlli iki) manat cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-6/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-6/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver