Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-6/2022 06.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi R.Allahverdiyevin iştirakı ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 15 dekabr 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN seriyalı ******* nömrəli, 15 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini əsas gətirilərək 1500 manat məbləğində inzibati cərimə tətbiq edildiyini, həmin qərarı əsassız və qanunsuz hesab etdiyini bildirərək qərarın ləğv edilməsi, həmin qərar əsasında ona tətbiq olunmuş 1500 manat məbləğində cərimənin silinməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X8 şikayətini onunla əsaslandırmışdır ki, “X3” MMC ilə sığortaçı arasında sığorta müqaviləsi bağlanmış, lakin sığorta ödənişinin olunması gecikmişdir. Ona xəbərdarlıq məktubu göndərildikdən bir gün sonra, yəni 07.12.2021-ci il tarixdə sığorta ödənişi olaraq 3474.72 manat sığortaçıya ödənilmişdir. Bununla da inzibati xətanın baş verəcəyinə əsas olan hal aradan qaldırılmışdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən bu hal nəzərə alınmamış və ödəniş olunduqdan 8 gün sonra, 15.12.2021-ci il tarixdə protokol tərtib olunmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN seriyalı ******* nömrəli, 15 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv ediməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, “X3” MMC-nin icraçı derektoru olan X5 şikayəti tamamilə əsassızdır. Belə ki, işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Əmək Müqaviləsi bildirişi Alt Sistemi vasitəsilə icbari sığorta başlamayan işəgötürənlərə, o cümlədən “X3” MMC-də dəfələrlə müvafiq xəbərdarlıq edilmişdir. X7 Xidmətinə daxil olmuş müaciətlərin araşdırılması və “Əmək müqaviləsi bildirişləri” təhlil altsisteminə baxış keçirən zaman tərəfimizdən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və inzibati xəta əlamətlərinin olması müəyyən edilmiş və həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən 24.11.2021-ci il tarixli **********5 saylı məktubla “X3” MMC-yə müraciət edilərək rəhbərliyin və ya səlahiyyətli nümayəndəsinin aşkar olunmuş faktlarla bağlı bütün sübutlarını, izahat və mülahizələrini təqdim etməklə 06 dekabr 2021-ci il tarixdə saat 15:30-da X7 Xidmətində olması təklif olunmuşdur. Lakin təəssüf olsun ki, “X3” MMC tərəfindən X7 Xidmətinə nümayəndə gəlməmiş və heç bir sənəd-sübut təqdim edilməmişdir. Buna görə də 06.12.2021-ci il tarixdə “X3” MMC və onun icraçı direktoru X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilməklə, protokolların surətləri və inzibati xəta haqqında işə baxılma barədə bildiriş “X3” MMC-yə və onun icraçı direktoru barədə X6 göndərilmişdir. Bildirir ki, X5 özünün şikayətində qeyd etdiyi kimi, tərəfindən sığorta ödənişi olaraq 3474.72 manat 07.12.2021-ci il tarixdə, yəni artıq inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün təyin edildikdən sonra ödənilmişdir. Əmək Məcəlləsinin tələbinə görə işəgötürüən işəgötürülənlə əmək müqaviləsi bağlayarkən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq hesab edir ki, X5 şikayəti əsassızdır, inzibati tənbeh vermə haqqında qərar tam qanunidir. Buna görə də şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN seriyalı ******* nömrəli, 15 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq qərardan şikayət verən şəxs X8 və ya nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Qərarından şikayət olunan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vəzifəli şəxs X3” MMC-nin icraçı direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən işəgötürülənlə əmək müqaviləsi bağlayarkən Əmək Məcəlləsinin tələblərini pozması, yəni işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olmasının müəyyən edilməsi barədə məlumat verilmiş, qeyd edilən faktın araşdırılması üçün Əmək Müfəttişliyi Xidmətinə dəvət olunmuş, lakin şikayət verən şəxs Əmək Müfəttişliyi Xidmətinə getməmiş və tərəfindən göstərilən faktı təkzib edən heç bir sənəd təqdim etməmiş, buna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, bu barədə də ona rəsmi məlumat verilmiş, yalnız bundan sonra 07.12.2021-ci il tarixdə icbari sığorta ödənişini həyata keçirmişdir. X3” MMC-nin icraçı direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 15 dekabr 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 225-ci maddəsinə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması mütləq göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş “X3” MMC-in icraçı direktoru X8 tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərardan şikayət edən şəxs “X3” MMC-in icraçı direktoru X8 məhkəmə iclasına gəlməmiş, şikayətinə əlavə etdiyi sığorta ödənişi barədə qəbzdən başqa qeyd olunan inzibati xətanın törədilməsini təkzib edəcək məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 3474.72 manat məbləğdə sığorta ödənişi artıq inzibati xəta törədiləndən sonra həyata keşirilmişdir. Odur ki, hesab edirəm ki, “X3” MMC-nin icraçı direktoru X5 şikatəyi əsassız olduğuna görə təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbeh vermə haqqında 15 dekabr 2021-ci il tarixli, ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan şikayət verilməsi müddəti buraxılmışdır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “X3” MMC-in icraçı direktoru X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbeh vermə haqqında 15 dekabr 2021-ci il tarixli, ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-6/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-6/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver