Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-60/2022 25.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 iştirakı ilə xx.xx.1966-cı il tarixdə Ağdaş rayonu Nehrəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Ağdaş rayonu Hapıtlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs və bacısı X4 ilə birlikdə 11 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Ağdaş rayonu Ləki qəsəbəsi H.Aslanov küçəsi 1 saylı evin qarşısında Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döymüşdür. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X1 09 yanvar 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 11 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Ağdaş rayonu Ləki qəsəbəsi H.Aslanov küçəsi 1 saylı evin qarşısında Zərərçəkmiş şəxs ilə Şəxs və onun bacısı X4 ilə birlikdə arasında şəxsi münasibətlər zəminində mübahisə və davadalaş baş vermiş, dava-dalaş zamanı Şəxs və onun bacısı X4 ilə birlikdə Zərərçəkmiş şəxs döyərək, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X2 09 yanvar 2022-ci il tarixli qərarı ilə, Ağdaş rayonu Hapıtlı kəndində yaşayan xx.xx.1966-cı il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis baş leytenantı X6 izah etdi ki, Şəxs və bacısı X4 ilə birlikdə 11 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Ağdaş rayonu Ləki qəsəbəsi H.Aslanov küçəsi 1 saylı evin qarşısında Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyərək ona sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, bununla da İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs onun bacısı Sehranə Cəfəfrovanın keçmiş qaynanası olduğunu, 11 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Ağdaş rayonu Ləki qəsəbəsi H.Aslanov küçəsi 1 saylı evin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında söz mübahisəsi baş verdiyini, həmin vaxt Zərərçəkmiş şəxs vurmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında, Şəxs onun keçmiş gəlininin bacısı olduğunu, 11 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Ağdaş rayonu Ləki qəsəbəsi H.Aslanov küçəsi 1 saylı evin qarşısında Şəxs və onun bacısı X4 onun saçını dartdıqlarını və onun baş nahiyyəsindən yumruqla vuraraq ona sağlamlığına zərər vurmayan xəsarətlər yetirdiklərini bildirdi. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs ilə barışmadığını, onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında, Zərərçəkmiş şəxs onun bacısı olduğunu, 11 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Ağdaş rayonu Ləki qəsəbəsi H.Aslanov küçəsi 1 saylı evin qarşısında Şəxs və onun bacısı X4 bacısı Zərərçəkmiş şəxs saçını dartdıqlarını və onun baş nahiyyəsindən yumruqla vuraraq ona xəsarətlər yetirdiklərini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin və sahə rəisinin izahatlarını dinləyib, ekspert rəyini, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, zərərçəkmiş şəxsin izahatı, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomoiya Birliyinin, Ağdaş MTE və PA şöbəsinin 13 dekabr 2021-ci il tarixli 759 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – başın təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törəmə müddəti 11 dekabr 2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici və ağırladıran hallarının olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Ağdaş rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-60/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-60/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver