Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-60/2023 24.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Ağdaş rayonu Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu Yenicə kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid tərəfindən 24 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmiş ondan ötrü ki, o, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1487/2020 saylı 28 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən borclu olduğu 1840 manat aliment borcunu X3 ödəməmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid məhkəmə iclasında göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1487/2020 saylı 28 sentyabr 2020-ci il tarixli icra vərəqəsinin icraatına daxil olmuşdur, icra sənədi icraatına daxil olduqdan sonra tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, bundan sonra borclunun Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırılmış, icra sənədinin icrası ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edilmiş, izahatı alınmış, lakin Şəxs qətnaməni icra etməmiş, buna görə də tərəfindən 24 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1487/2020 saylı 28 sentyabr 2020-ci il tarixli icra vərəqəsi üzrə aliment borcunu hissə-hissə icra etmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş ona təqdim edilmiş və bundan sonra ödənişlər etməyə başlamışdır. Lakin sonradan X1 rayon İcra Hakimiyyətində ərizə yazaraq, alimentdən imtina etdiyini bildirmiş, buna görə də alimenti ödəməmişdir. Bundan bir müddət sonra icra məmuru tərəfindən 1480 manat borcunun yaranmasına dair bildirilmiş, maddi imkanı olmadığına və heç bir yerdə işləmədiyinə görə borcunu tam olaraq ödəyə bilməmişdir. O, icra sənədinin icrasından yayınmamış və qaçıb gizlənməmişdir. Belə olan halda isə Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi əsassızdır. Ötən müddət ərzində yaranmış aliment borcunu da ödəməkdən boyun qaçırmır, lakin həmin borcunu bir dəfəyə ödəmək iqtiradında deyildir. Bununla belə, hal-hazırda tələbkara olan 1480 manat borcdan 500 manat ödəmiş, qalan borcu qısa müddətə ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 mobil telefon vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin X4 əvvəllər Şəxs ilə razılığa gəlməyinə dair Ağdaş rayon İcra Hakimiyyətində ərizə yazdığını, buna görə də ondan həmin dövr üzrə aliment tələb etmədiyini, bu səbəbdən də Şəxs aliment borcu yarandığını, hazırda alimentini tələb etdiyini və həmin aliment borcunun ödənilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştrakı olmadan məhkəmə iclasının keçrilməsini mümkün hesab etmişdir. Məhkəmə, təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1487/2020 saylı 28 sentyabr 2020-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməsi və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetməmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1487/2020 saylı 28 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci ildə anadan olmuş X5 18 yaşına çatana qədər onun saxlanılması üçün X2 xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment verilməlidir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1487/2020 saylı 28 sentyabr 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya təqdim edilmiş və bundan sonra Şəxs icra sənədi üzrə ödənişlər etməyə başlamışdır. Şəxs tərəfindən ödənişlər edilmişdir. Lakin sonradan X4 ilə Şəxs arasında alimentlə bağlı razılıq olduğundan alimenti ödəməmişdir. Bundan bir müddət sonra icra məmuru tərəfindən 1480 manat borcunun yaranması bildirilmiş, lakin maddi imkanı olmadığına və heç bir yerdə işləmədiyinə görə borcunu tam olaraq ödəyə bilməmişdir. O, icra sənədinin icrasından yayınmamış və qaçıb gizlənməmişdir. Belə olan halda isə Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi əsassızdır. Ötən müddət ərzində yaranmış aliment borcunu da ödəməkdən boyun qaçırmır, lakin həmin borcunu bir dəfəyə ödəmək iqtiradında deyildir. Bununla belə, halhazırda tələbkara olan 1480 manat borcdan 500 manat ödəmişdir. Göründüyü kimi borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzürsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra məmurunun icra vərəqəsinin icrası barədə tələblərini pozmamışdır. Onun məhkəmənin icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 84, 112, 114, 115, 117, 128-130ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 24 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-60/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-60/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver