Məhkəmə qərarları › İş №3(014)-60/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-60/2025

29.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-60/2025 29.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin Yol Patrul xidməti tərəfindən tərtib edilmiş 28 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs idarə etdiyi **-SC-*** dövlət qeydiyyat nişanlı, AZSAMAND MİNİK markalı avtomobillə Ağdaş şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman yol ayrıcı keçmə qaydalarını pozduğu üçün yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Zərərçəkmiş şəxs1 məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, VAZ 21015 MİNİK markalı avtomobillə və Zərərçəkmiş şəxs2 məxsus **-RD-*** dövlət qeydiyyat nişanlı, VAZ 2109 MİNİK markalı avtomobillərə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi yaranmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilərək barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 28 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş X3 izahatında sürücü Şəxs Ağdaş şəhəri, Heydər Əliyev prospektində yol ayrıcı keçmə qaydalarını pozduğu üçün yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Zərərçəkmiş şəxs1 məxsus **- BJ-*** dövlət qeydiyyat nişanlı, VAZ 21015 MİNİK markalı avtomobillə və Zərərçəkmiş şəxs2 məxsus **-RD-*** dövlət qeydiyyat nişanlı, VAZ 2109 MİNİK markalı avtomobillərə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi yaranmışdır. Bundan sonra tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilərək Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 28 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını, 28 yanvar 2025-ci il tarixdə, saat 18:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi **-SC-*** dövlət qeydiyyat nişanlı, AZSAMAND MİNİK markalı avtomobillə Ağdaş şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman yol ayrıcı keçmə qaydalarını pozduğu üçün yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Zərərçəkmiş şəxs1 məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, VAZ 21015 MİNİK markalı avtomobillə və Zərərçəkmiş şəxs2 məxsus **- RD-*** dövlət qeydiyyat nişanlı, VAZ 2109 MİNİK markalı avtomobillərə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi yaranmışdır. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, ona məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, VAZ 21015 MİNİK markalı avtomobil olduğunu, 28 yanvar 2025-ci il tarixdə, saat 18:00 radələrində Şəxs idarə etdiyi **-SC-*** dövlət qeydiyyat nişanlı, AZSAMAND MİNİK markalı avtomobillə Ağdaş şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman yol ayrıcı keçmə qaydalarını pozduğu üçün yol nəqliyyat hadisəsi törətdiyini, nəticədə ona məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, VAZ 21015 MİNİK markalı avtomobillə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Avtomobilinə dəymiş zərər sığorta şirkəti tərəfindən ödəniləcəyi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, ona məxsus **-RD-*** dövlət qeydiyyat nişanlı, VAZ 2109 MİNİK markalı avtomobil olduğunu, 28 yanvar 2025-ci il tarixdə, saat 18:00 radələrində Şəxs idarə etdiyi **-SC-*** dövlət qeydiyyat nişanlı, AZSAMAND MİNİK markalı avtomobillə Ağdaş şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman yol ayrıcı keçmə qaydalarını pozduğu üçün yol nəqliyyat hadisəsi törətdiyini, nəticədə ona məxsus **-RD-*** dövlət qeydiyyat nişanlı, VAZ 2109 MİNİK markalı avtomobillə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Avtomobilinə dəymiş zərər sığorta şirkəti tərəfindən ödəniləcəyi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin Yol Patrul xidməti tərəfindən tərtib edilmiş 28 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs idarə etdiyi **-SC-*** dövlət qeydiyyat nişanlı, AZSAMAND MİNİK markalı avtomobillə Ağdaş şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman yol ayrıcı keçmə qaydalarını pozduğu üçün yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Zərərçəkmiş şəxs1 məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, VAZ 21015 MİNİK markalı avtomobillə və Zərərçəkmiş şəxs2 məxsus **-RD-*** dövlət qeydiyyat nişanlı, VAZ 2109 MİNİK markalı avtomobillərə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi yaranmışdır. İşin materiallarında olan sərxoşluq vəziyyətinin yoxlanılması haqqında qəbzdən görünür ki, sürücü Şəxs spirtli içkinin təsiri altındadır. İşin materiallarında olan sərxoşluq vəziyyətinin yoxlanılması haqqında qəbzlərdən görünür ki, sürücülər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sərxoş deyillər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 28 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxslərin məhkəməyə verdiyi izahatları və işin digər materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, inzibati xətanın sərxoş olan şəxs tərəfindən törədilməsi maddənin özündə nəzərdə tutulduğundan, əlavə olaraq məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 29 yanvar 2025-ci il tarixindən, saat 17:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar