Məhkəmə qərarları › İş №3(014)-601/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-601/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-601/2024 16.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kamran oğlunun, Müdafiəçi Vəkil iştrakları ilə, xx xxxxxx 1996-cı il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Kamran oğlu haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 16 dekabr 2024-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin ibzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Kamran oğlu haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş 16 dekabr 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs Kamran oğlu 16 dekabr 2024-cü il tarixli, Şəxs Kamran oğlu 16 dekabr 2024-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında, Şəxs Kamran oğlu 16 dekabr 2024-cü il tarixli, Şəxs Kamran oğlu 16 dekabr 2024-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin qanuni tələblərinə tabe olmadığına dair Ağdaş rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inspektoru Şahid1 tərəfindən raportla Ağdaş rayon Polis şöbəsinin rəhbərliyinə müraciət edildiyini, tərəfindən inzibatı araşdırma aparıldığını və Şəxs Kamran oğlu haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş 16 dekabr 2024cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Kamran oğlu məhkəmə iclasında izahatında inzibati xəta haqqında protokolda qeyd edilənləri qəbul etmədiyini, polis əməkdaşlarının qanunsuz olaraq ondan idarə etdiyi avtomobilin açarlarını istədiklərini, buna görə də onlara açarı vermədiyini, onun barəsində tərtib edilmiş protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Ağdaş rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inspektoru Şahid1 Elbrus oğlu izahatında 16 dekabr 2024-cü il tarixdə Ağdaş şəhəri X3 xidmətdə olan zaman Şəxs Kamran oğlu idarə etdiyi avtomobillə ötmə əməliyyatını kobud surətdə pozaraq düz xətti keçməklə əks istiqamətə çıxmış və bir neçə avtomobili ötərək keçmişdir. Bundan sonra onun idarə etdiyi avtomobilin saxlanılması üçün onun arxası ilə getmişlər, Şəxs Kamran oğlu idarə etdiyi avtomobili Ağdaş RMX-nın ərazisində saxlayaraq həmin ərazidən uzaqlaşmağa çalışmış, eyni zamanda onun əməlində avtoxuliqanlıq olubolmamasını araşdırmaq üçün Ağdaş rayon Polis şöbəsinə gedilməli olduğu ona bildirilərək, ondan avtomobilin açarlarının təqdim edilməsi bildirilmişdir. Lakin Şəxs Kamran oğlu onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra əraziyə Ağdaş rayon Polis şöbəsinin Post Patrul xidmətinin əməkdaşları dəvət edilmiş və Şəxs Kamran oğlu onların köməkliyi ilə gətrilərək polis şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən Ağdaş rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inspektoru Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 Elbrus oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən səxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün ilk öncə polisin tələbləri qanuni olmalı, bu tələblər ictimai qaydanın mühafizəsi vəzifələrini yerinə yetirərkən irəli sürülməlidir. Məhkəmə araşdırması zamanı Şəxs Kamran oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində təsbit edilən əlamətlər müəyyən edilmədi. Buna görə də Şəxs Kamran oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata qeyd edilən hissədə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Kamran oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, məhkəmə iclasında Ağdaş rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inspektorları Şəxs Kamran oğlunun İXM-nin 327.4-cü maddəsinin tələbini pozduğunu bildirdilər. Eyni zamanda Yol Patrul Xidmətinin inspektorları avtomobilin açarlarının sürücüdən alınmasının əsası kimi Şəxs Kamran oğlunun əməlində İXM-nin 511-ci maddəsinin bəndlərinin tələbinin pozulmasının aydınlaşdırılması üçün avtomobili Ağdaş rayon Polis şöbəsinin duracağına yerləşdirməyin zəruri olduğunu bildirmişlər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 96 və 97-ci maddələrində nəqliyyat vasitələrinin duracağa gətrilməsi və saxlanılması qaydaları açıq-aşkar göstərilmişdir. Belə olan halda Şəxs Kamran oğlunun polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında təsdiq olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs Kamran oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Kamran oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar