Məhkəmə qərarları › İş №3(014)-601/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-601/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-601/2025 11.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdaş rayonu, Şəkili kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə 11 saylı X6 Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: 14 noyabr 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Ağdaş rayonu, Ərəb kəndi ərazisində Şirvan kanalının muhafizə zolağında Şəxs **-BA-*** dövlət nömrəli nişanlı ekskovatorla bir ədəd yük maşınına torpağın yüklənməsi faktı müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində SİMDNX-nin 11 saylı MARB-nin məsləhətçi müfəttişi X4 tərəfindən, 26 noyabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib orqanın nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 11 saylı X6 bölməsinin əməkdaşları tərəfindən su və su təsərrüfatı obyektlərinin monitorinq cədvəlinə uyğun nəzarət tədbirləri həyata keçirilən zaman X3 Ağdaş rayonu, Ərəb kəndi ərazisindən keçən hissəsində ekskovatorla 1 ədəd yük maşınına torpağın yüklənməsi müşahidə edilmişdir. Həmin ekskovatorun sahibi Ağdaş rayonu, Şəkili kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və inzibati protokol tərtib edilmişdir. Həmin vətəndaşın məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatda göstərdi ki, 14 noyabr 2025-ci il tarixdə 15:40 radələrində X3 30-35 metriliyindən yaxın yoldaşının xahişi ilə ona məxsus **-BA-*** dövlət nömrəli nişanlı ekskovator ilə **-XM-*** dövlət nömrəli nişanlı kamaza torpağı yükləmişdir. Etdiyi əmələ görə peşmandır. Bir daha belə hallara yol vermiyəcəkdir. İşsizliyini nəzəə alıb yüngül tənbeh verilməsini xahiş etdi. İşin materiallarında olan foto şəkillərdən görünür ki, Şəxs **-XM-*** dövlət nömrəli nişanlı kamaza torpağı yükləmişdir. İş materiallarında olan 14 noyabr 2025-ci tarixli № 0009 saylı qərardaddan görünür ki, xx.xx.2025-ci il tarixli akt və toplanmış material üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan 26 noyabr 2025-ci tarixli № 002272 saylı aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 11 saylı X6 bölməsinin əməkdaşları tərəfindən su və su təsərrüfatı obyektlərinin monitorinq cədvəlinə uyğun nəzarət tədbirləri həyata keçirilən zaman X3 Ağdaş rayonu, Ərəb kəndi ərazisindən keçən hissəsində ekskavatorla 1 ədəd yük maşınına torpağın yüklənməsi müşahidə edilmişdir. Həmin ekskavatorun sahibi Ağdaş rayonu, Şəkili kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan 18 noyabr 2025-ci tarixli məktubdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi və X2 Xidmətinin 11 saylı X6 bölməsinin əməkdaşları tərəfindən su və su təsərrüfatı obyektlərinin monitorinq cədvəlinə uyğun olaraq xidməti ərazimizdə nəzarət tədbirləri həyata keçirilən zaman Şirvan kanalın Ağdaş rayon, Ərəb kəndi ərazisindən keçən hissəsində sağ hisəsində 40.666293 47.588634 koordinantında inert materialı (gil) daşınması müəyyən edilmişdir. İş materiallarında olan 27 noyabr 2025-ci tarixli məktubdan görünür ki, 18 noyabr 2025-ci il 3-53-1-11/2-534-2025 nömrəli X3 Ağdaş rayonu Ərəb kəndi ərazisindən keçən hissəsində (kordinat 40.666293 47.588634) mühafizə zonasının ölçüləri həmin ərazidə kanalın maksimum su aparma qabiliyəti 54m3/san-dir. Bu həcmə görə mühafizə zonasının ölçüləri sağ sahildə 100m, sol şahidə 70m müəyənləşdirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirilən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: 264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə; 264.0.2. su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə; 264.0.3. su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə; 264.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına; 264.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə; 264.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb olmasına; 264.0.7. su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görəfiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar