Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-603/2025 01.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X3, Müdafiəçi Ağdaş rayon Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonunun Tatlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 29 noyabr 2025-ci il tarixdə saat 17:00-da barəsində İB-də olan araşdırma ilə bağlı PŞ-nə dəvət olunan zaman polis əməkdaşlarına qəsdən əl-qol hərəkətləri ilə tabesizlik etmiş, izahat vermək və polis şöbəsinə getmək istəmədiyini söyləyib həm Ağdaş rayon Yuxarı Nemətabad kəndində, həmdə RPŞ-nin inzibati inzibati bınasının qarşısında öz əməllərinə davam edərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs 29 noyabr 2025-ci il tarixdə saat 17-də barəsində İB-də olan araşdırma ilə bağlı PŞ-nə dəvət olunan zaman polis əməkdaşlarına qəsdən əl-qol hərəkətləri ilə tabesizlik etmiş, izahat vermək və polis şöbəsinə getmək istəmədiyini söyləyib həm Ağdaş rayon Yuxarı Nemətabad kəndində, həmdə RPŞ-nin inzibati inzibati bınasının qarşısında öz əməllərinə davam edərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 29 noyabr 2025-ci il tarixdə saat 17:00-da polis əməkdaşları onun yaşadığı evə gəlmişlər. həmin vaxt o, oğlu və qardaşı ilə birlikdə yemək yemişdir. Ona polis şöbəsinə getməli olduğunu bildirmişlər, o, etiraz etməyib onlarla birgə getmişdir. Heç kimə əl qol atmamış, qanunsuz hərəkətlər etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nun polis nəfəri X11 izahatında bildirdi ki, istintaq bölməsindən daxil olmuş məlumat əsasında 29 noyabr 2025-ci tarixdə saat 17:00-da Ağdaş rayonu Yuxarı Nemətabad kəndində Şəxs yaşadığı evin qarşısında ona yaxınlaşıb, izahat vermək üçün onu polis şöbəsinə dəvət etmişlər, Şəxs heç yerə getməyəcəyini bildirib əl-qol hərəkətləri ilə onlara tabesizlik göstərmiş, onlar Kənanı nizam-intizama dəvət edib avtomobilə əyləşdirmişlər və polis şöbəsinə gətirmişlər. Ağdaş RPŞ-nin qarşısında Kənan öz qanunsuz hərəkətlərini davam etdirərək tabesizlik göstərmişdir. Daha sonra həmin şəxsi Ağdaş RPŞ-ə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1 Sabir Elnur oğlu ilə eyni məzmunda izahat verdi. İş materiallarında olan raportdan görünür ki, Ağdaş RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı, Davud Şıxməmmədov HK-1/1232 nömrəli material üzrə yaranmış zərurətlə əlaqədar olaraq xx.xx.1986-cı il təvəllüdlü, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində qeydiyyatda olan Şəxs izahatının alınmasından ötrü təxirəsalınmadan Ağdaş RPŞ-nin İstintaq bölməsinə gətirilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs 29 noyabr 2025-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Ağdaş RPŞ-nin CAB-in əməliyyat müvəkkili, Raufzadə Rauf tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində xx.xx.2025-ci il tarixli 3-13-62/1-26970/2025 nömrəi raportun icrası ilə əlaqədar olaraq PPXB-nin polis nəfəri, polis serjantı Sabir Məmmədli ilə birlikdə Ağdaş rayon Tatlar kəndində qeydiyyatda olmaqla Ağdaş rayonu Yuxarı Nemətabad kəndində yaşayan xx.xx.1986-ci il təvəllüdlü Şəxs yaşadığı evin qarşısındakı küçədə yerini müəyyən edib ona yaxınlaşmışlar və özlərini ona təqdim etdikdən sonra Ağdaş RPŞ-nin İB-də aparılan araşdırma ilə bağlı izahatının alınması zərurətinin yaranmasını bildirərək onu Ağdaş RPŞ-yə dəvət etmişlər. Şəxs Ağdaş RPŞ-yə gəlib izahat vermək istəmədiyini və Ağdaş RPŞ-yə getmək istəmədiyini söyləyərək əl-qol hərəkətləri ilə müqavimət göstərməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət edib avtomobilə əyləşdirmişlər. Bundan sonra Şəxs avtomobildə Ağdaş RPŞ-yə gələn zaman öz sözlərini təkrarlayaraq yenədə izahat vermək istəmədiyini söyləyib avtomobili təpikləməyə, uca səslə qışqıraraq yol boyu onların “sakit ol, sakitləş” qanuni tələblərinə məhəl qoymayıb ünvansız söyüşlər söyməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Ağdaş RPŞ-nin inzibati binasının qarşısına çatdıqdan sonra Şəxs inzibati binanın qarşısında izahat vermək istəmədiyini söyləyib əl-qol hərəkətləri ilə müqavimət göstərməyə, qaçmağa cəhd edib öz hərəkətlərini davam etdirərək qəsdən tabesizlik göstərməyə başlamışdır. Onlar Şəxs Ağdaş RPŞ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Beləliklə, məhkəmə proses iştirakçısının izahatını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, müstəntiqin xx.xx.2025-ci il tarixli raportu əsasında Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı evdən polis əməkdaşları tərəfindən məcburi qaydada Ağdaş RPŞ-nə aparılmış, bu zaman onun vəkilinin iştirakı təmin edilməmiş, hüquqları izah edilməmiş və izahat verməkdən imtina hüququna hörmət olunmamışdır. Ağdaş RPŞ-nin müstəntiqi tərəfindən verilmiş “təxirəsalınmaz gətirilmə” tapşırığı qanunsuz olmuşdur. Cinayət Prosessual Məcəlləsinin 177 və 178-ci maddələrinə əsasən, şəxsin məcburi qaydada gətirilməsi yalnız onun çağırışlara müvafiq qaydada cavab vermədiyi və çağırışın ona düzgün çatdırıldığı hallarda mümkündür. Həmin iş üzrə təqdim edilmiş protokolda zənglərin aparılması faktı sübuta yetirilməmiş, çağırış vərəqi tərtib edilməmiş və şəxsin izahat verməkdən imtina etdiyi barədə rəsmi qeyd yoxdur. Şəxs azadlıq hüququna qanunsuz müdaxilə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə və İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 5-ci maddəsinə əsasən, şəxsin azadlıqdan məhrum edilməsi yalnız qanunla müəyyən edilmiş əsaslarla mümkündür. Şəxs hər hansı cinayət təqibi və ya inzibati məsuliyyət tədbiri olmadan, sadəcə izahat alınması məqsədi ilə “təxirəsalınmaz” qaydada şöbəyə aparılmışdır ki, bu da azadlıqdan qanunsuz məhrumetmə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin müstəntiqi Davud Şıxməmmədov tərəfindən “təxirəsalınmaz gətirilmə” barədə raport tərtib edilmiş, bu raport əsasında xx.xx.2025-ci il tarixdə saat 17:00-da Şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq tutulmuş və iradəsinə zidd şəkildə Ağdaş RPŞ-yə aparılmışdır. Azərbaycan Respublikası CPM-nin 178.1-ci maddəsinə əsasən məcburi gətirmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 178.2-ci maddəsinə əsasən məcburi gətirmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər: 178.2.1. cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə; 178.2.2. cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda; 178.2.3. cinayət prosesini həyata keçirən orqandan gizləndikdə; 178.2.4. daimi yaşayış yeri olmadıqda. Azərbaycan Respublikası CPM-nin 178.4-cü maddəsinə əsasən məcburi gətirmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 178.5-ci maddəsinə əsasən məcburi gətirmə barədə qərar təhqiqat orqanı və ya qanunla üzərinə bu vəzifə qoyulmuş digər orqan tərəfindən icra olunur. İş materiallarından görünür ki, Şəxs Ağdaş Rayon Polis Şöbəsinə 29 noyabr 2025ci il tarixdə və ya digər tarixdə məcburi gətirilməsi barədə cinayət prosesini həyata keçirən orqanın, o cümlədən Ağdaş RPŞ-nin İB-nin müstəntiqinin qərarı və ya məhkəmənin qərarı olmamışdır. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində şəxsin polis əməkdaşının və ya polis müstəntiqinin raportu əsasında tutulması və polis şöbəsinə gətirilməsi nəzərdə tutulmamışdır. Yəni polis əməkdaşının raportu əsasında hər hansı şəxsin tutulması qanunda nəzərdə tutulmamışdır və belə tutulma qanunda nəzərdə tutulmayan həbs sayılmaqla həmin tutulmaqla qanunsuz sayılmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları rəhbər tutub hesab edir ki, Ağdaş RPŞ-nin əməkdaşları Rauf Raufzadənin və Sabir Məmmədlinin tələbləri qanunsuz olduğundan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin tərkibi yoxdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, yəni əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadıqda xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə onun hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili X12 həyata keçirmişdir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 2 (iki) iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 22 (iyirmi iki) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X6 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 22 (iyirmi iki) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X6 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-603/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-603/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver