Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-61/2024 01.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fəhlə işləyən, Ağdaş rayonu, Qülbəndə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-942/2020 saylı 09 iyul 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay 130 manat aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir və Şəxs 3770 manat alimenti üzürsüz səbəbdən ödəmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-942/2020 saylı 09 iyul 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay 130 manat aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 2020-ci ilin iyul ayında icraatına daxil olmuş və xx.xx.2020-ci il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs bildiriş verilməklə icra sənədində olan tələb və alimenti vaxtı-vaxtında ödəməsi ona izah edilmişdir. Lakin Şəxs icra sənədi üzrə olan alimenti heç vaxt vaxtında və tələb olunan məbləğdə ödəməmişdir. Onun barəsində inzibati cəlb edilmə və müxtəlif tədbirlər görülməsinə baxmayaraq Şəxs tələb olunan alimenti qərəzli olaraq ödəmir. Bu səbəbdən Şəxs bugünə Zərərçəkmiş şəxs 3770 manat aliment borcu yaranmışdır. Şəxs aliment borcunu ödəməsi tələb olunsa da, borclu 3770 manat borcu üzrsüz səbəbdən ödəmir. Tələbkar Zərərçəkmiş şəxs aliment borcunun hamısının birdəfəlik ödənilməsini tələb edir. Şəxs isə borcu birdəfəlik ödəməkdən boyun qaçırır. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Şəxs hətta çağırışlara gəlmədiyinə görə barəsində məcburi gətirilmə haqqında qərar da qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tələb olunan aliment borcunun ödənilməsinə yönəldiləcək hər hansı əmlakı aşkar edilməmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında sualları cavablandıran inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 ay bundan qabaq 500 manat ödədiyini və imkanı çatmadığını, usta yanında işlədiyini, tək qaldığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 3 ay bundan qabaq 500 manat aliment ödəmişdir. O, bir uşaq üçün hər ay cəmi 130 manat aliment ödəməlidir. Maddi imkanı zəif olduğu üçün o, alimenti tam olaraq ödəyə bilməmiş və borcu yığılmışdır. Onun heç cür borcunu ödəməyə imkanı yoxdur, ailəsi spirtli içkiyə qurşandığı üçün ondan imtina etmiş, aliment borcunu ödəmək üçün kömək istəyəsi adamı da yoxdur. Borcunu nə vaxt ödəyəcəyini bilmir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs ilə birgə nikahdan bir övladı var, hal-hazırda anasıgildə qalır. 2022-ci ildən Roman aliment vermir. Övladının gözü görmür və eynək taxır, eynəyi mütəmadi dəyişməlidir. Oğlu hazırlığa gedir və onun bunların hamısını qarşılamağa gücü çatmır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs alkoqol içki içdiyinə görə dəfələrlə işdən kənarlandırılmışdır. Hətta bu hərəkətlərinə görə ailəsi də ondan imtina etmişdir. Şəxs hər dəfə pul ödəməkdən boyun qaçırır, onun verdiyi heç bir sözə inanmır. Şəxs inzibati tənbeh verilməsini xahiş edir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinə 09 iyul 2020-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxx 1981-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş rayon, Qülbəndə kəndində yaşayan Şəxs 11 iyun 2020-ci il tarixdən başlayaraq, 18 oktyabr 2009-cu il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-139/2022 saylı 24 may 2022-ci il tarixli qərardına əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-942/2020 saylı 09 iyul 2020-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1981-ci il tarixdə anadan olmuş, Ağdaş rayonu Qülbəndə kəndində qeydiyyatda olan Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-138/2022 saylı 24 may 2022-ci il tarixli qərardına əsasən xx.xx.1981-ci il tarixdə anadan olmuş, Ağdaş rayonu Qülbəndə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən məcburi qaydada gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 01 fevral 2024-cü il tarixdən saat 17:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 01 fevral 2024-cü il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-61/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-61/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver