Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-611/2022 30.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan X6 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə xx.xx.1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən “Kosmetik mallar” satışı mağazasının fasadında müvafiq icazə olmadan reklam yerləşdirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ndə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində X6 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs izahatında bildirdi ki, X6 İdarəsinin əməkdaşları Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən ona məxsus olan “Kosmetik mallar” satışı mağazasına yaxınlaşmışlar. Ona məxsus olan “Kosmetik mallar” satışı mağazasın içərisini çəkmək istəmişlər. X6 İdarəsinin əməkdaşlarına çəkiliş aparmağa icazə verməmişdir. Mağazasının fasadında müvafiq icazə olmadan reklam yerləşdirmişdir. Həmin reklamı qısa müddət ərzində dəyişdirəcəyindən, bundan sonra X6 İdarəsindən icazə alacaqdı. Hazırda tərtib edilmiş protokoldan narazıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X6 İdarəsinin nümayəndəsi X2 bildirdi ki, X6 İdarəsinin əməkdaşları Ağdaş rayonunda növbəti xidməti reyddə olan zaman, Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən və Şəxs məxsus olan “Kosmetik mallar” satışı mağazasının qarşısında açıq məkanda icazəsiz reklam qurğusunun yerləşdirilməsi faktını aşkar etmişlər. Əməkdaşlar reklam qurğusunun yayımlanmasına görə icazə sənədinin alınmasının zəruriliyini obyekt rəhbərliyinin diqqətinə çatdırsalar da, qanunun tələbinə məhəl qoyulmamış, müvafiq sənədin alınmasından imtina edilmişdir. Şəxs mövcud qanun pozuntusunu aradan qaldırmaq üçün 5 gün vaxt müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə barəsində “icrası məcburi göstəriş” yazılaraq ona təqdim edilmiş, lakin o, sənədi götürməkdən və sənədin təqdim edilməsinə dair müvafiq imzanı etməkdən imtina etmişdir. Buna görə də “icrası məcburi göstəriş” blankı Şəxs ünvanına poçt vasitəsi ilə çatdırılmış, sonuncu şəxsən həmin sənədi almasına dair poçt qəbzinə imza etmişdir. Həmin qəbz iş materiallarına əlavə edilmişdir. Qanunla müəyyən edilmiş güzəşt müddəti başa çatdıqdan sonra əməkdaşlar təkrar olaraq Şəxs məxsus olan “Kosmetik malların satışı” mağazasına yaxınlaşmışlar. Şəxs qanunun tələbinə məhəl qoymadığını, yəni qanunsuz reklam yayımını davam etdirməsi faktını aşkar etmişlər. Buna görə də xx.xx.2022-ci il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs (VÖEN: **********) barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, Şəxs (VÖEN: **********) Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən “Kosmetik mallar” satışı mağazasının fasadında müvafiq icazə olmadan reklam yerləşdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə - görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs (VÖEN: **********) həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1500 manat (min beş yüz manat) məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-611/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-611/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver