Məhkəmə qərarları › İş №3(014)-613/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-613/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-613/2023 16.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi ilə xx.xx.1979-cü ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu Şəmsabad bələdiyyəsinin sədri vəzifəsində işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdaş rayonu Şəmsabad bələdiyyəsinin sədri Şəxs tərəfindən bələdiyyənin xx.xx.2023-cü il tarixli, 11 saylı iclas protokolları qanunla müəyyən edilmiş vaxt ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarında olan 23 avqust 2023-cü il tarixli, 11 saylı iclas protokolundan görünür ki, Ağdaş rayonu Kotavan bələdiyyəsi iclas keçirərək:

1. Ağdaş rayonu, Əmirmahmud kənd sakini X2 14 iyun 2022-ci il tarixli ərizəsinin nəzərə alınması;

2. Şəmsabad bələdiyyəsinin inzibati ərazisin də yerləşən fərdi yaşayış məntəqələrinin 0,12 ha “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası” qanunun 9.1-ci maddəsinə uyğun olaraq Ağdaş rayonu, Əmirmahmud kənd sakini X2 mülkiyyətinə ayrılması;

3. Əmirmahmud kənd sakini X4 ünvan 2i ünvanında yerləşən torpaq sahəsi fərdi ev tikintisi məqsədi ilə satılması (torpağın 0,01 hektarının müvafiq kadastr qiyməti olan 100 manat kəndin inzibati son torpaq hərracı və ya müsabiqəsi vasitəsi ilə satılan torpağın 0,01 ha görə ödənilən qiymətdən az olmamaq şərti ilə);

4. X5 normativ qiymətindən az olmamaq şərti ilə onun dəyərini Şəmsabad bələdiyyəsinin kapital bankdakı ******************** saylı hesabına və yaxud Azərpoçt MMCnin Ağdaş rayon filialındakı AZ24AZPO******************** saylı hesabına ödənilməsini təmin etməsi;

5. X1, Əmirmahmud kəndində yerləşən, torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmək Məsələləri yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsindən xahiş edilməsi;

6. Qərarın icrasına nəzarətin Şəmsabad bələdiyyəsinin sədrinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsin əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ :

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar