Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-615/2023 02.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1971-ci ildə ünvan 1nında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1nında qeydiyyatda olan və Ağdaş şəhəri, H.Əliyev prospekti 67 ünvanında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşadığı evdə şəxsi münasibətlər zəminində arvadı Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X2 28 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 02 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs ilə 23 ildir ki, evləndiyini, birgə nigahlarından 2 övladlarının doğulduğunu, buna görə də, Gülnarə ilə yaşadıqları evdə tez-tez mübahisələrinin baş verdiyini, son zamanlar isə Gülnarənin ona “sən başqa xanımlarla yaşayırsan” sözünü bildirdiyini, onun isə dəfələrlə arvadı Gülnarəyə “mən sənə xəyanət etmirəm” sözünü bildirdiyini, xx.xx.2023-cü il tarixdə, saat 17:50 radələrində yaşadığı evdə otaqda oturub işi ilə bağlı yazı işləri görən zaman arvadı Gülnarənin onu hər dəfə olduğu kimi nəlayiq ifadələrlə təhqir etdiyini, onun isə arvadı Gülnarənin onu nəlayiq ifadələrlə təhqir etməsinə görə öz iradını bildirdiyini, daha sonra qonşulardan ayıb olduğunu Gülnarəyə bildirərək, Gülnarəyə uca səslə danışmamasını bildirdiyini, lakin Gülnarənin onun üstünə gələrək onu yaşadıqları evdən çıxmasını ona bildirdiyini, həmin vaxt Gülnarənin onun üstünə gələrkən, Gülnarəni özündən kənarlaşdırmaq üçün boğaz nahiyyəsindən tutaraq itələdiyini, daha sonra Gülnarənin bu barədə polisə məlumat verdiyini, xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə arvadı Gülnarə ilə dava-dalaşın baş verdiyi vaxt Gülnarəni özündən qəsdən kənarlaşdıran zaman Gülnarənin boğaz və sifət nahiyyəsindən xəsarət aldığını, lakin Gülnarənin xəsarət almasını qəsdən etmədiyini, həmin vaxt səs-küyə oğlu X3 oraya gəldiyini, lakin sonradan dava-dalaş zamanı Rəsulun evdən bayıra çıxaraq oradan uzaqlaşdığını, oğlu Rəsulun dava-dalaşı görmədiyini bildirmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Şəxs onun əri olduğunu, Şəxsla 23 ildir ki, evləndiklərini, birgə nikahlarından 2 övladlarının doğulduğunu, son zamanlar Şəxsla birgə yaşadıqları evdə notebook vasitəsi ilə sosial şəbəkələrdə görüntülü danışaraq, başqa qadınlarla əlaqədə olduğunu, yaşadıqları evdə sanitar qovşaqdan istifadə etdikdən sonra qəsdən təmizliyə riayət etmədiyini və Namiqin onu əsəbləşdirmək üçün, evin təmiz qalmasına mane olduğunu, buna görə də, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Namiqə bu barədə öz iradını bildirdikdə, Namiqin ona “öz evimdi özüm bilərəm” sözünü bildirdiyini, onunda Namiqin başqa qadınlarla münasibətdə olmasına və evi qəsdən çirki saxlamasına əsəbləşərək, Namiqə “evdən çıx, bu evdə normal yaşayaq” sözünü bildirdiyini, buna görə də, Namiqin onun üzərinə gələrək, boğaz nahiyyəsindən tutaraq onu itələdiyini, daha sonra əli ilə onun baş və sifət nahiyyəsinə yumruqla bir neçə dəfə vuraraq xəsarət yetirdiyini, onunda həmin vaxt özünü müdafiə etmək məqsədilə Namiqi özündən uzaqlaşdırdığını, Namiqin ona və uşaqlarına baxmadığını, başqa qadınla gedib yaşadığını, hətta o qadından övladının olduğunu, xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Namiqin onun boğaz nahiyyəsindən tutaraq itələdiyini, daha sonra onun sifət və baş nahiyyəsinə bir neçə dəfə yumruqla vuraraq ona xəsarət yetirdiyini, Namiqlə yaşadıqları evdə mübahisə edən zaman, yanlarında oğlu X4 olduğunu, lakin, Namiqin onu döyən zaman, oğlu Rəsulun yanlarında olmadığını və oğlu Rəsulun səs-küyə görə əsəbləşərək bayıra çıxdığını bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşadığı evdə şəxsi münasibətlər zəminində arvadı Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirdiyini, Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X2 28 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyini, Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 02 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 02 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-615/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-615/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver