Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-617/2024 25.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil oğlunun iştirakları ilə xx xxxx 1991-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 dekabr 2024-cü il tarixdə Ağdaş şəhəri, Karvan yolu küçəsində özünə məxsus evdə arvadı Zərərçəkmiş şəxs sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməklə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 24 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün həmin tarixdə qərar qəbul edilərək aidiyyatı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 bildirdi ki, 15 dekabr 2024-cü il tarixdə Şəxs Ağdaş şəhəri, Karvan yolu küçəsində yerləşən yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Ağdaş rayon Mərkəzi xəstəxanasına, daha sonra isə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müarciət etmişdir. Ağdaş rayon X7 Bölməsində aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs ekspertizadan keçirilmiş və dərəcəsi təyin edilməyən xəsarətlər alması müəyyən edilmişdir. Vahabov X4 Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vahabov X4 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, 14 dekabr 2024-cü il tarixdə saat 18 radələrində işdən evə gəldiyində arvadı Ləmanın evdə olmadığını görmüş və ona Ləmanın atası evinə getdiyini bildirmişlər. O da Ləmana zəng edərək xəstə olduğunu, evə gələrək yemək hazırlamalı olduğunu bildirmiş, Ləman isə ona atası gəldikdən sonra evə gələcəyini və yeməyi anasının hazırlayacağını bildirmişdir. Bir neçə saat keçməsinə baxmayaraq Ləmanın evə gəlmədiyini görüb yenidən Ləmana zəng etmiş və Ləmana zəng çatmamışdır. Bundan sonra Ləmanın bibisinə zəng etmiş və onların birlikdə Mingəçevir şəhərinə getdiklərini öyrənmişdir. Ləmanın icazəsiz getməyinə əsasəbləşdiyi üçün geri qayıtmamasını söyləmiş və Ləmanın harada qalması barədə məlumatı olmamışdır. Həmin günün sabahı Ləman evə gəldikdə onun icazəsiz getməsi səbəbindən aralarında mübahisə yaranmış və mübahisə zamanı o, Ləmandan otaqdan çıxmasını tələb etmişdir. Ləman da otaqdan çıxaraq atasına zəng etmiş və atası gəlib Ləmanı apararkən ona “səni nə olur olsun tutduracağam” demişdir. O da Ləmandan hansı əsasla onu tutduracağını soruşmuşdur. Bundan sonra Ləman atası ilə evdən çıxıb getmişdir. X10 zəng edilərək Polis Şöbəsinə çağırılmış və şöbədə ona arvadını döyməsi barədə şikayət olunduğu bildirilmişdir. Ləman onun övladlarının anasıdır və o, Ləmanı döyməmişdir. Məhkəmə iclasında Şəxs sualları cavablandıraraq bildirdi ki, mübahisə zamanı o, Ləmanı vurmamış, lakin əsəbi olduğundan onun qolundan tutub sıxmışdır. Hazırda Ləmanla barışmışdır. Bir daha belə hallar baş verməyəcəkdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 14 dekabr 2024-cü il tarixdə əri və qayınanasından icazə aldığı üçün atası evinə getmişdir. Həmin günü şənbə günü olduğundan uşaqları da özü ilə aparmışdır. Atasıgildə olarkən əri Elvin ona zəng edərək evə gəlməsini tələb etmiş, o da atasını gözlədiyini və atası gəldikdə dərhal gələcəyini bildirmişdir. Həmin gün Bakı şəhərində yaşayan bibisi də qonaq gələcəyi üçün bibisini də görüb atası gəldikdən sonra evə gələcəkdi. Lakin atası gec gəldiyindən Elvinlə danışarkən Elvin ona qala biləcəyini bildirmişdir. O, ailə üzvləri və bibisi ilə birlikdə Mingəçevir şəhərində yaşayan bacısıgilə qonaq getmişdir. Elvin yenə ona zəng etdikdə o, Mingəçevir şəhərində olduğunu bildirmiş, Elvində bundan əsəbləşərək ona söyüşlər söyməyə başlamışdır. Aralarında mübahisə yarandığından Elvinə qapını bağlamamasını və atası gəldiyində evə gələcəyini bildirmiş, Elvin isə yenidən ona söyüşlər söyərək təhqir etmişdir. Anası Elvinin əsəbi olduğunu görüb evə sabah getməsini söyləmiş, o da anası ilə razılaşmışdır. Səhər saat 10 radələrində evə gəldiyində qapını döymuş, lakin qapı açılmamışdır. Yenidən atası evinə geri qayıtmış və təkrar saat 11 radələrində gələrək qapını döydükdə qayınanası qapını açmışdır. O, qaynanasına Elvinin ona insanların eşidəcəyi tonda söyüşlər söydüyünü bildirmiş, bundan sonra aralarında mübahisə olmuşdur. Elvin də mübahisə zəminində onu mətbəxdə vurmuş, daha sonra digər otağa apararaq vurmağa davam etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs sualları cavablandıraraq bildirdi ki, o, icazə alaraq atası evinə getmiş və Mingəçevir şəhərində qalmamışdır. Axşam evə gəlmiş, Elvindən qapını açmasını istəmiş, Elvin isə qapını açmadığından atası evinə geri qayıtmışdır. Elvin ailəsinə qarşı diqqətsiz olduğundan aralarında tez-tez mübahisələr baş vermişdir. Elvin onu döyən zaman yanlarında qayınanasından başqa heç kim olmamışdır. Məhkəmə iclasında Şahid izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. 14 dekabr 2024-cü il tarixdə o, işdə olarkən bacıları və qızı onlara qonaq gəlmişdir. Ailə üzvləri Mingəçevir şəhərində yaşayan qızıgilə qonaq getmişlər. O da evə gəldikdə Ləman onu da Mingəçevir şəhərinə bacısıgilə aoparmasını xahiş etmiş, o da Ləmandan ərindən icazə alıb-almamasını soruşmuş, Ləman isə qayınanasından icazə aldığını bildirmişdir. Onlar Mingəçevir şəhərində olarkən qızı ilə Elvin arasında mübahisə baş verdiyinin, Elvinin qızını söyərək təhqir etməsinin şahidi olmuşdur. Bundan sonra onlar gələrək Ləmanı evlərinə aparmışlar, lakin Elvin qapını açmadığından geri qayıtmışlar. O da səhər işdə olacağını, evə anası ilə getməsini söyləmişdir. Səhər işdə olarkan qızı ona zəng edərək Elvinin onu döydüyünü və gəlib onu aparmasını bildirmişdir. Elvinlə qızı arasında tez tez mübahisələr olurdu. Belə ki, Elvin mütəmadi olaraq söyüşlər söyür, ailəsini təhqir edir və ailəsinə laqeyd yanaşırdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin məsul növbətçisi Rahib Abdullayev tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportun surətindən görünür ki, 15 dekabr 2024-cü il tarixdə Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkimi X12 rayon Polis Şöbəsinə zəng edərək, Ağdaş şəhəri, Karvan Yolu küçəsində yaşayan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yumşaq toxumaların əziyi, sol bud, sol əlin arxa hissəsinin yumşaq toxumalarının əziyi xəsarətləri ilə Ağdaş rayon mərkəzi xəsətəxanasına müraciət etməsi barədə məlumat vermişdir. Ağdaş rayon X7 Şöbəsinin rəisi Rəşid Musayev tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 16 dekabr 2024-cü il tarixli raportun surətindən görünür ki, Ağdaş şəhəri, Karvan Yolu küçəsində yaşayan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yumşaq toxumaların əziyi, sol bud, sol əlin arxa hissəsinin yumşaq toxumalarının əziyi xəsarəti diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. Məhkəmə tibbi-ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 647 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – sol mil bilək oynağının üst səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti 15 dekabr 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. Ağdaş rayon X7 Bölməsinin təhqiqatçısı X2 19 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarının surətindən görünür ki, 16 dekabr 2024-cü il tarixdə Ağdaş şəhəri, Karvan Yolu küçəsində yaşayan Zərərçəkmiş şəxs Ağdaş rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış materialda Zərərçəkmiş şəxs əri Şəxs tərəfindən döyülməsi müəyyən olunmuş, ona görə də Şəxs barəsində toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X8 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında 19 dekabr 2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından onların barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X7 Şöbəsinin təhqiqatçısı X2 qərarının əsasında inzibati iş üzrə icraat başlanılmışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Şəxs Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirilməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin və şahidin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edib Şəxsla barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs da məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq hesab edir ki, o, Şəxsla barışdığından, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 04 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs Vahabova X5 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs ilə barışdığından, İnzibati Xətalar Məcəlləsinin 39.1ci maddəsinə əsasən Vahabov X4 məsuliyyətdən azad edilsin və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(014)-617/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-617/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver