Məhkəmə qərarları › İş №3(014)-618/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-618/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-618/2024 26.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X8, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxx 1982-ci ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 25 dekabr 2024-cü il tarixdə Ağdaş rayonu, yuxarı Ləki kəndində əməliyyataxtarış tədbiri keçirən polis əməkdaşlarının işinə mane olub, onların qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 26 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün həmin tarixdə qərar qəbul edilərək aidiyyatı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis Şöbəsinin X1 polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X8 bildirdi ki, 25 dekabr 2024cü il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan X5 yaşadığı evdə X3 əməliyyat müəvvəkili Şahid2 və Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilən zaman Şəxs ucadan qışqıraraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə maneəçilik törətmiş, polis əməkdaşları həmin şəxsdən sakit olmasını, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə maneəçilik törətməməsini xahiş etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq öz əməllərini davam etmişdir. Bundan sonra həmin şəxs Ağdaş rayon Polis Şöbəsinə gətirilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, 25 dekabr 2024-cü il il yaşadığı həyətdə əkin işləri ilə məşğul olarkən təxminən 10-12 nəfər polis əməkdaşları onların həyətinə icazəsiz daxil olub, onun qolunu geri qatlayaraq evə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt anasının vəziyəti qorxudan pisləşmişdir. Polislərin baxış keçirməsinə səbəb isə oğlunun partlayıcı vasitəni dəmir turbanın içərisində partlatması və həmin hadisənin videosunu çəkərək Tik-Tok sosial şəbəsində paylaması olmuşdur. Onun tərəfindən polis əməkdaşlarına heç bir maneəçilik törədilməmiş və ya onların qanuni tələblərinə tabesizlik göstərməmişdir. Polis əməkdaşları onların evinə daxil olmaq istəyən zaman anasını itələyib yıxmışlar, anası da qorxduğu üçün etiraz etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əlişah oğlu izahatında göstərdi ki, 25 dekabr 2024-cü il tarixdə partlayıcı maddələr saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağdaş rayon X13 Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid1 iştirakı ilə X5 yaşadığı ünvanda əməliyyat-axtarış tədbirləri keçirilən zaman Elman Kərimovun qardaşı Şəxs ucadan qışqıraraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə maneəçilik törətməyə başlamışdır. Həmin şəxsdən sakit olmasını, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə maneəçilik törətməməsini xahiş etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq öz əməllərini davam etdiyi üçün həmin şəxsi rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermiş və bu barədə rəhbərliyə raportla məlumat vermişlər. Məhkəmə iclasında Şahid2 sualları cavablandıraraq bildirdi ki, onlar tədbir üçün həmin həyətə daxil olduqda partlayıcı maddələr saxladığı üçün əməliyyat tədbiri keçirməli olduqlarını bildirmişlər. Lakin Şəxs onlara müqavimət göstərərək tədbirin keçirilməsinə icazə verməməyə çalışır və ucadan qışqıraraq səs-küy salırdı. Heç bir polis əməkdaşı Şəxs anasını itələməmişdir. Onların keçirdikləri əməliyyat-axtarış tədbirləri müvafiq qərar əsasında qanuni olmuşdur. Məhkəmə iclasında Şahid1 Şahid2 izahatına oxşar izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin X3 əməliyyat müvəkkili Şahid2 tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 25 dekabr 2024-cü il tarixli raportdan görünür ki, 25 dekabr 2024-cü il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla yaşayan X5 yaşadığı ünvanda, eləcədə özünə məxsus olan “Mercedes” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilində partlayıcı maddələr saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağdaş rayon X13 Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid1 iştirakı ilə X5 yaşadığı ünvanda əməliyyat-axtarış tədbirləri keçirilən zaman sonuncunun qardaşı Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan Şəxs ucadan qışqıraraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə maneəçilik törətməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsdən sakit olmasını, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə maneəçilik törətməməsini xahiş etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq öz əməllərini davam etdiyi üçün həmin şəxsi rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 25 dekabr 2024-cü il tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli, 239 nömrəli əmrinə əsasən rayon X7 Hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Şəxs himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmamış övladı var. Eyni zamanda digər məhkəmə işlərinə baxış keçirilmiş və Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Ağdaş rayonu, Yuxarı Ləki kəndində səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə, iş materiallarına istinad edib himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladının olmasını 32.2-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutula məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında hər hansı bir inzibati xəta törətmədiyini bildirsə də onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə şahidlərin izahatları və işdə olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında özünü müdafiə etmək və inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə öz müstəsna hüququndan istifadə edərək hər hansı bir inzibati xəta hadisəsi törətməməsi kimi izahat vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini və məsuliyyəti yüngülləşdirən halları, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə alaraq, hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar