Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-622/2023 18.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş orqan Ağdaş rayon İcra hakimiyyətinin nümayəndəsi X5 iştirakları ilə Ağdaş rayon İcra Hakimiyyətinin 29 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra Hakimiyyətinin İnzibati Komissiyasının sədri X10 tərəfindən tərtib edilmiş 29 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar əsasında X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 800 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X4 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 şəhəri, Nəriman Nərimanov küçəsi 13A nömrəli evdə yaşayır. Himayəsində yaşlı və xəstə anası, iki azyaşlı uşaqları, arvadı və “İİ Vətən Müharibəsi” iştirakçısı, Müharibə Veteranı olan qardaşı var. Onlara özü baxır. Atası öldükdən sonra ondan qalan torpaq sahəsini əkib becərə bilmədiyi üçün sataraq, ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0,0242 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki xidmət sahəsində ibarət ümumi sahəsi 83,70 kv.m olan qeyri yaşayış binası almışdır. (17 saylı Yevlax Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli çıxarışı). Həmin torpaq sahəsini qanuna müvafiq bütün rüsumları ödədikdən və müvafiq qurumlardan, hətta fəaliyyətə başlamaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində Lisenziya almışdır. Bundan sonra fəaliyyətinə başlamışdır. Həmin obyektin (qeyri yaşayış binası) qarşısında, yəni onun mülkiyyətində olan torpaq sahəsində günəş şüalarından və yağışdan qorunmaq üçün Talvar (örtük) tikdirmişdir (foroşəkillər). Bundan sonra Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən onuyn barəsində Ağdaş RPŞ-nə şikayətlər olunmuşdur. Ağdaş RPŞ-də barəsində araşdırma aparılmışdır. O, PŞ-nə gələrək orada polislərə bildirmişdir ki, Talvar (örtük) üçün heç bir icazə sənədi almamalıdır, bunu Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsidə təsdiqləyir, həmin Talvar tam qanunidir, Ağdaş rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsi ondan qanunsuz olaraq sənəd istəyir. Daha sonra Ağdaş rayon İcra Hakimiyyətindən xx.xx.2023-cü il tarixdə ona məktub gəlmişdir ki, 800 manat cərimə olunub, lakin cərimə olunmağına əsas olan sənədləri ona təqdim etməmişlər. Ağdaş rayon İcra Hakimiyyətinə rəsmi müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə ona qərarı göndərmişlər. Qərarla tanış olan zaman ona məlum olmuşdur ki, barəsində ədalətli qərar qəbul edilməmiş, onun iştirakı təmin edilməmiş və işin faktiki halları araşdırılmamışdır. Hesab edir ki, barəsində Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş qərar onun hüquqlarının pozulması ilə həyata keçrilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bundan başqa Ağdaş rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsi qanunsuz əməllərini davam etdirərək, qərəzli olaraq ondn yenidən Ağdaş RPŞ-nə şikayətlər edərək, ona CM-nin 188-ci maddəsi ilə cinayət işi açdırmaq istəmişlər. Buna da nail olmadıqda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə şikayət etmişlər. xx.xx.2023-cü il tarixdə həmin əraziyə Yusif Yusifov, Ağdaş şəhər bələdiyyəsinin müavini gələrək baxış keçirmişlər. Bütün sənədləri onlara təqdim etmişdir. Bundan sonra akt tərtib edərək getmişlər. X12 Nazirliyinə şikayətlər etmişlər. Göründüyü kimi, Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilmir, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik prinsiplərinə əməl edilmir. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malik olmasına, bu hüquqların və azadlıqların pozulmasına yol verilməməsinə məsuliyyət daşıdıqları halda buna əməl etmirlər. Hətta onun Təqsirsizlik prezumpsiyası prinsipi hüququna, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə təqsirsiz hesab edilməsinə baxmayaraq, qəsdən və qərəzli olaraq barəmdə qərar qəbul edilir. Buna görə də Ağdaş rayon İcra Hakimiyyətinin 29 avqust 2023-cü il tarixli MN NQ ******* saylı qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Ağdaş rayon İcra Hakimiyyətinin nümayəndəsi X11 şikayətə etiraz etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası ərazisində tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin Məcəlləsinin normativlərinə uyğun olaraq aparılır. Fərhad İsmayılov tikinti işlərinə başlayarkən ona tikinti işinin dayandırılması və layihə təqdim etməsi bildirilmiş, o, isə tikinti işlərini dayandırmamışdır. Sonradan onlar müvafiq orqanlara müraciət etmişlər və polis əməkdaşları ilə həmin ünvana gedərək tikinti işlərinin dayandırılmasını tələb etsələr də, F.İsmayılov tikinti işlərini dayandırmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tələblərini pozduğundan onun barəsində İnzibati Xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında 29 avqust 2023-cü il tarixli qərardad əsasında F.İsmayılova inzibati cərimə tənbeh növü təyin edilmiş və 800 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı tədqiq edilmiş Əmlak Məısələləri 22 sentyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısı Ağdaş şəhər ərazisində M.İsayev küçəsində X4 (Mövcud avtoyuma sexinin qarşısında talvar tikintisi) işlərinin dayandırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 5-32-1/2-736/2023 saylı, 18 avqust 2023-cü il tarixdə ünvanlanmış məktuba əsasən əraziyə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, X2 adına 0,0242 ha torpaq sahəsi sahibkarlıq məqsədiylə xüsusi mülkiyyətə verilmişdir. X4 talvar tikintisini özünə məxsus olan 0,0242 ha torpaq sahəsində inşa etmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş şəhəri, Müşfiq İsayev küçəsi 73-də yerləşən 0,0242 yaşayış məntəqələinin torpaqları X2 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Məhkəmə iclası zamanı tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən X3 ünvanlanmış məktubdan görünür ki, Ağdaş rayon Polis şöbəsinin təhqiqat qrupu tərəfindən 16 avqust 2023-cü il tarixdə qəbul edilmiş qərar əsasında polis şöbəsinin İTB-nin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Ağdaş rayon İcra hakimiyyətinə göndərilmişdir. Məsələ ilə əlaqədar tərəflərindən F.İsmayılov komissiyaya dəvət olunaraq qeyd olunanlar barədə ona məlumatlar verilmiş və etirazının olduğu halda şikayət vermək hüququ izah edilmişdir. 29 avqust 2023-cü il tarixdə daxil olmuş sənədlər əsasında İXM-in 395.1-ci maddəsinə əsasən F.İsmayılova 800 (səkkiz yüz) manat cərimə tətbiq edilməsinə dair qərardad qəbul edilmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş qərarın surətindən görünür ki, Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X6 16 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə X2 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş İnzibati xəta haqqında 18 avqust 2023-cü il tarixli, MN № ******* saylı ptorokolun surətindən görünür ki, X1 şəhəri M.İsayev küçəsi ünvanında qanunsuz olaraq tikinti-quraşdırma işləri aparmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclası zamanı tədqiq edilmiş İnzibati tənbeh vermə haqqında 29 avqust 2023cü il tarixli, MN № ******* saylı qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tələblərini pozduğuna görə 800 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, X4 tərəfindən inşa edilmiş Talvar özbaşına inşa olunaraq vətəndaşların üzərinə düşən öhdəliklərə tərəflərindən məhəl qoyulmamış və nəticədə quraşdırılmış talar özbaşına tikili kimi dəyərləndirilmiş tikinti layihəsinin təsdiqlənməsinə imtina verilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 14.3-cü maddəsinə əsasən Şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsinə əsasən Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, X4 tikintiyə başlamazdan əvvəl müvadiq icra hakimiyyəti orqanına məlumat verməmiş, buna görə də onun apardığı tikinti işlərinin məlumatlandırma icraatına aid olub-olmamasını, icazənin tələb olunub-olunmamasını, olduğu təqdirdə tikiləcək tikintinin məqsədəmüvafiq olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Beləliklə də X2 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra Hakimiyyətinin 29 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-622/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-622/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver