Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-624/2023 06.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1i ünvanında yaşayan Şəxs yaşadığı evin həyətyanı sahəsinə xx.xx.2023-cü il tarixdə saat 13:18-də baxış keçirilmiş, baxış zamanı Fərhad Məmədovun həyətyanı sahəsindən 01 ədəd yerə əkilmiş və uzunluğu 243 sm olan narkotik tərkibli bitkiyə bənzər bitki aşkar edilmiş və X15 Sertifikatlaşdırma Laboratoriyasının baş aqronomu X10 rəy verərək bitkiyə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Aşkar olunmuş bitki qablaşdırılaraq götürülmüşdür. Ağdaş Ağdaş rayon X7 Bölməsinin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən 27 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, qurudulmuş marixuananın istifadəçisidir. Özünün istifadə etməyi üçün, 2023-cü ilin aprel ayında yaşadığı evin həyətində yerləşən tövlənin arxa hissəsinə 01 ədəd çətənə bitkisinin toxumunu əkmiş, daha sonra həmin toxuma qulluq etməyə başlamış, su və gübrə vermiş, yəni ki, həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərməyə başlamışdır. Artıq məhsul götürmək vaxtı gəlib çatmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdə olarkən qapı döyülmüş və gedib qapını açarkən qapını döyən şəxslərin polis əməkdaşlarının olmalarını görmüşdür. Həmin polis əməkdaşları əllərində olan evinə, evinin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı olan qərarı göstərmişlər. Özü də onlara yaşadığı evə və evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Daha sonra polis əməkdaşları ona evində və həyətyanı sahəsində narkotik tərkibli bitkilərin olub-olmaması barədə sual vermişlər və o, da onlara etdiyi əməli etiraf edərək yaşadığı evin həyətyanı sahəsində olan tövlənin arxa hissəsinə 01 ədəd narkotik tərkibli çətənə bitkisinin olmasını etiraf etmişdir. Daha sonra polis əməkdaşlarına çətənə bitkisinin yerini göstərmişdir. Polis əməkdaşları həmin çətənə bitkisini kökündən çıxartdılar və ölçdülər. Həmin bitkinin uzunlu 2,43 sm idi. Daha sonra polis əməkdaşları həmin 01 ədəd çətənə bitkisini sintetik kisəyə qablaşdırdılar, üzərinə möhür vurdular. Həmin kisənin üzərinə hamısı imza etdilər. Daha sonra polis əməkdaşları onun yaşadığı evi də axtardılar, lakin yaşadığı evdən əhəmiyyət kəsb edən heç bir şey aşkar olunmamışdır. Həmin aşkar olunmuş çətənə bitkisini özü istifadə etmək üçün əkmişdir. Heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X6 izahatında bildirdi ki ünvan 1i ünvanında Şəxs yaşadığı evin həyətyanı sahəsindən çətənə bitkisi aşkar edilmiş və həmin çətənə bitkisinə Şəxs tərəfindən aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir Ağdaş rayon X7 Bölməsinin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən 27 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Buna görə də hadisə araşdırılaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 08 sentyabr 2023-cü il tarixli, 17/677 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “X2 həyətyanı sahəsindən aşkar olunmuş oğlu Şəxs əkib becərdiyi 01 ədəd bitki kolu....” yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki, 01 (bir) ədəd, uzunluğu 243 sm, yaş vəziyyətdə təmiz çəkisi – 12 kq 980,0 qram olan bitki nümünəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. X12 07 sentyabr 2023-cü il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. İş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 01 (bir) ədəd, uzunluğu 243 sm, yaş vəziyyətdə təmiz çəkisi – 12 kq 979,9 qram narkotik tərkibli çətənə bitkisi məhv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Hazırkı iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 01 (bir) ədəd, uzunluğu 243 sm, yaş vəziyyətdə təmiz çəkisi – 12 kq 979,9 qram narkotik tərkibli çətənə bitkisi məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-624/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-624/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver