Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-63/2024 02.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş şəhəri, Ə.ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində ucadan qışqırıb səsküy salmış, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində mərkəzi bazar deyilən yerdə idarə etdiyi “Mercedes-Benz” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “VAZ 2115” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt maşından enərək əsəbi olduğundan yüksək səslə danışaraq səs-küy salmışdır. Ona yaxınlaşan polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da o polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişdirlər. Əməlindən peşmandır. Ona həbslə əlaqəli olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində ucadan qışqırıb səs-küy salmış, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X5 izahatında bildirdi ki, 01,02.2024-cü il tarixdə saat 17 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində PPXB-nin polis nəfəri, polis serjantı X4 ilə birlikdə xidmətdə olan zaman Mərkəzi bazar adlanan yerdə “Mersedes-Benz” markalı “99FJ369” dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 2115 markalı” **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi törətdiyini görmüşlər. Dərhal həmin avtomobillərə yaxınlaşmışlar. Bu zaman “Mersedes-Benz” markalı, 99FJ369 dövlət qeydiyyat nişanlı avtomobildən tanımadığı şəxs yerə düşərək digər avtomobilin sürücüsü ilə mübahisə etməyə başlamışdır. “Vaz 2115” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onunla mübahisə edib ucadan qışqırıb səs-küy salan şəxsdən sakit olmasını xahiş etmiş, həmin vaxt onlar yaxınlaşıb özlərini təqdim edib səs-küy salan sürücüdən sakit olmasını, ictimai qaydanı pozmamağı, ətrafda insanların olmasını və nizam intizamlı olmaq lazım olduğunu bildirərək, yol nəqliyyat hadisəsi olduğu üçün DYP-nin YPX-nin əməkdaşlarına məlumat verdiklərini bildirmişdirlər. Lakin, “Mersedes- Benz” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yenə də səs-küy salmağa davam edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. DYP-nin YPX-nin əməkdaşları hadisə yerinə gələnə kimi onlar səs-küy salan sürücünü sakitləşdirmək istəmişlər, lakin o, buna məhəl qoymamışdır. Bir müddət sonra DYP-nin YPX-nin əməkdaşları hadisə yerinə gəldilər. Onlar sürücülərə özlərini təqdim edib hadisənin necə baş verməsi barədə məlumat almaq istəsələr də, “Mersedes-Benz” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü öz qanunsuz əməllərinə davam edərək ictimai yerdə ünvansız küçə söyüşləri işlədib həm onların həm də YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onların dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq o, öz qanunsuz əməllərini davam etdirdiyi üçün həmin şəxsi RPŞ-yə gətirmişlər. Növbətçi hissədə ictimai qaydanı pozub qanuni tələblərinə qəsdən tabe olmayan sürücünün Ağdaş şəhəri, Ə.ünvan 1 ünvanında yaşayan xx.xx.1988-ci il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X1 özündən əvvəl ifadə vermiş X2 izahatına oxşar izahat verdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və şahidlərin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının dörddə üçü həddində, yəni 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-63/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-63/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver