Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-630/2025 18.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxx 1996-cı ildə Ağdaş rayonu, Qarağan Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonu, Qarağan Şıxlar kəndində yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 30 noyabr 2025-ci il tarixdə, saat 11:00 radələrində Ağdaş rayonu, Qarağan Şıxlar kəndində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan xəsarət yetirməklə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 16 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün həmin tarixdə qərar qəbul edilərək aidiyyatı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X3 bildirdi ki, 30 noyabr 2025-ci il tarixdə, saat 11 radələrində X4 anası Zərərçəkmiş şəxs ilə birlikdə övladlarını görmək üçün Ağdaş rayonu, Qarağan Şıxlar kəndində Şəxs yaşadığı evə getmişlər. Həmin vaxt tərəflər arasında Şəxs yaşadığı evin həyətində mübahisə və dava-dalaş baş vermiş, mübahisə zamanı X4 əli ilə Şəxs boğaz nahiyəsindən, Şəxs isə əli ilə Zərərçəkmiş şəxs sol əlindən vuraraq sağlamlığa zərər vurmayan xəsarətlər yetirmələri müəyyən edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs oğlu İsmayıl İbrahimovla birlikdə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. Ağdaş rayon X9 Bölməsində aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs ekspertizadan keçirilmiş və dərəcəsi təyin edilməyən xəsarətlər alması müəyyən edilmişdir. Sabirli X6 Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X4 onun keçmiş əridir. Məhkəmə qətnaməsinə əsasən uşaqlar onunla yaşayır və İsmayıl onları həftədə bir dəfə bazar günləri görə bilər. İsmayıl İbrahimov 30 noyabr 2025-ci il tarixdə təxminən saat 11 radələrində uşaqları görmək üçün onun yaşadığı ata evinə gəlmişdir. Böyük qızı atası İsmayılla getmək istəməmiş, ancaq kiçik oğlu getmək istədiyini bildirdiyi üçün İsmayıl oğlunu götürüb taksiyə mindirmişdir. Bu zaman İsmayılın anası Narınc taksidən düşüb onun ünvanına nalayiq sözlər deyərək üzərinə gəlmiş, o da Narınca çıxıb getməsini və problem yaratmamasını bildirmişdir. Həmin vaxt anası Qənirə də yanında olmuşdur. Bu zaman azyaşlı oğlu ağlamağa başladığından oğlunu avtomobildən götürmək istəyən zaman İsmayıl üzərinə gəlib əli onun boğazından tutub sıxmış, o da atasını çağırmışdır. Atası gəlib onları aralaşdırmış və uşağı götürüb ana və atası ilə evə keçmişdir. İsmayıl da arxalarınca gələrək onlara nalayiq sözlər dediyi üçün onu qapıdan çıxarıb qapını bağlamıdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməmiş, lakin Narınc onun üstünə hücum edən zaman başına bir dəfə sillə ilə vurmuş və özündən kənarlaşdırmaq məqsədi ilə Narıncı itələmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun keçmiş gəlinidir. Şəxs ilə oğlu İsmayıl İbrahimov arasında olan nikah pozulmuş və məhkəmə qətnaməsinə əsasən uşaqlar, yəni nəvələri anasının yanında saxlanılmış və həftənin bazar günləri İsmayıl övladları ilə görüşür. Buna görə də 30 noyabr 2025-ci il tarixdə təxminən saat 11 radələrində İsmayıl övladlarını görmək üçün onunla birlikdə X12 rayonu, Qarağan Şıxlar kəndindəki yaşadığı ünvana getmişlər. İsmayıl həyətə daxil olub övladlarını çağırmış, böyük qızı onunla getmək istəməsə də, kiçik oğlu getmək istədiyini bildirmişdir. İsmayıl oğlunu götürüb taksiyə mindirmiş, bu zaman qayınanası evdən çıxıb 102 xidmətinə zəng edəcəyini uşağı oğurladığını demişdir. Daha sonra aralarında mübahisə yaranmış, bu zaman Aybəniz onun üzərinə hücum etmişdir. Aybəniz əli ilə onu vuran zaman xəsarət almışdır. İsmayıl onları aralaşdıran zaman qayınatası Habil evdən çıxıb onun üzərinə gəlmiş, İsmayıla yaxınlaşıb əlləri ilə İsmayılın boyun nahiyəsindən vurmuşdur. Daha sonra Habil həyətdəki vint açanı əlinə götürüb İsmayılı hədələməyə başlamış, onları həyətdən qovmuşdur. Bundan sonra o oğlu İsmayılla birlikdə oradan çıxıb taksiyə oturaraq şikayət etmək üçün polis şöbəsinə getmişlər. Məhkəmə iclasında Şahid izahatında göstərdi ki, 29 noyabr 2025-ci il tarixdə həmkəndlisi İsmayıl İbrahimov ona zəng edərək, uşaqlarını görmək üçün qayınatasıgilə gedəcəyini, onları aparmasını xahiş etmişdir. 30 noyabr 2025-ci il tarixdə saat təxminən 10 radələrində idarə etdiyi avtomobil ilə İsmayıl və anası Narıncı Ağdaş rayonu, Qarağan Şıxlar kəndinə İsmayılın keçmiş qayınatası Habil Ələkbərovun yaşadığı evə aparmışdır. İsmayıl anası Narınc ilə avtomobildən düşüb həyətə daxil olmuş, o isə avtomobildə gözləmişdir. İsmayıl kiçik oğlunu evdən götürüb avtomobilə qoyduqdan sonra qızını da gətirmək üçün həyətə daxil olmuşdur. Bir müddət sonra həyətdən səs-küy gəlməsini eşidib avtomobildən düşüb həyətə girən zaman İsmayıl və anası Narıncın Aybəniz və Qənirə ilə mübahisə etmələrini görmüşdür. İsmayılı sakitləşdirib onu həyətdən çölə çıxarmış, lakin İsmayıl yenidən həyətə daxil olmuşdur. Bu zaman Habil Ələkbərov evdən çıxıb onların yanına gəlmiş, onların arasında yenidən mübahisə baş vermişdir. Bundan sonra İsmayılı və Narıncı həyətdən çıxarıb avtomobilə əyləşdirmiş və gətirib polis şöbəsinin qarşısına düşürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin məsul növbətçisi Elvin İbrahimovun tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportun surətindən görünür ki, 30 noyabr 2025-ci il tarixdə Ağdaş rayonu, Qarağan Şıxlar kənd sakini X5 DİN 102 xidmətinə zəng edərək, qeyd olunan ünvanda qayınatası Habil tərəfindən özünün, arvadı və qaynanası tərəfindən isə anası Narıncın döyülməsini bildirmişdir. Məhkəmə tibbi-ekspertizasının 01 dekabr 2025-ci il tarixli, 565 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – sol əlin üst səthinin İ daraq sümüyü proyeksiyası üzrə olan qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti 30 noyabr 2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. Ağdaş rayon X9 Bölməsinin təhqiqatçısı X2 09 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarının surətindən görünür ki, 30 noyabr 2025-ci il tarixdə Ağdaş rayonu, Qarağan Şıxlar kəndində yaşayan Zərərçəkmiş şəxs Ağdaş rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış materialda Zərərçəkmiş şəxs keçmiş gəlini Şəxs tərəfindən döyülməsi müəyyən olunmuş, ona görə də Şəxs barəsində toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X15 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında” 10 dekabr 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X9 Şöbəsinin təhqiqatçısı X2 qərarının əsasında inzibati iş üzrə icraat başlanılmışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Şəxs Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin və şahidin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edib Şəxs ilə barışdığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs da məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq hesab edir ki, o, Şəxs ilə barışdığından, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 05 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 55 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs ilə barışdığından, İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Sabirli X6 məsuliyyətdən azad edilsin və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 55 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(014)-630/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-630/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver