Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-631/2025 18.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X8, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X3 polis sahə rəisi X4, Zərərçəkmiş şəxs, Müdafiəçi - Ağdaş rayon vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Ağdaş rayonunun Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonunun Ərəb kəndində yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 30 noyabr 2025-ci il tarixdə, saat 11:00 radələrində Ağdaş rayonu, Qarağan Şıxlar kəndində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı evin həyətində aralarında yaranmış mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan xəsarət yetirməklə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 16 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün həmin tarixdə qərar qəbul edilərək aidiyyatı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X3 polis sahə rəisi X9 bildirdi ki, Şəxs 30 noyabr 2025-ci il tarixdə, saat 11:00 radələrində Ağdaş rayonu, Qarağan Şıxlar kəndində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı evin həyətində aralarında yaranmış mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Məhkəmə qətnaməsinə əsasən uşaqlar onunla yaşayır və onları həftədə bir dəfə bazar günləri görə bilər. O, 30 noyabr 2025-ci il tarixdə təxminən saat 11 radələrində uşaqları görmək üçün Aybənizin ata evinə getmişdir. Böyük qızı onunla getmək istəməmiş, ancaq kiçik oğlu getmək istədiyini bildirdiyi üçün oğlunu götürüb taksiyə mindirmişdir. Bu zaman anası Narın taksidən düşüb Aybənizlə mübahisə etdi, onları ayırmaq üçün aralarına girdi və aybənizin sinəsindən itələmişdir.Daha sona uşağı götürüb oradan uzaqlaşmışdır. Hazırda aybənizdən üzr istəmiş, onunla barışmış, barəsində olan icraata xitm verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun keçmiş əridir. X10 isə keçmiş qaynanasıdır. Onunla Şəxs arasında olan nikah pozulmuş və məhkəmə qətnaməsinə əsasən uşaqlar, onun yanında saxlanılmış və həftənin bazar günləri İsmayıl övladlarını görməlidir. Buna görə də 30 noyabr 2025-ci il tarixdə təxminən saat 11 radələrində İsmayıl övladlarını görmək üçün anası ilə birlikdə onun atasının Ağdaş rayonu, Qarağan Şıxlar kəndindəki yaşadığı ünvana getmişlər. İsmayıl həyətə daxil olub övladlarını çağırmış, böyük qızı onunla getmək istəməsə də, kiçik oğlu getmək istədiyini bildirmişdir. İsmayıl oğlunu götürüb taksiyə mindirmiş, bu zaman qayınanası Narınc taksidən düşüb nalayıq söyüşlər söyərək üzərinə gəldi. Oğlu avtomobildə ağlamağa başladı onu avtomobildən götürüb sakitləşdirmək istəyən zaman İsmayıl əli ilə onu boğaz nahiyəsindən sıxmış, bu zaman o, atasını köməyə çağırmış, atası onları aralaşdırdı, o, oğlunu götürüb həyətə daxil oldu. İsmayıl arxalarınca nalayiq ifadələr işlədib onları təhqir etdi. Hal-hazırda İsmayılla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İsmayılın barəsində icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə tibbi-ekspertizasının 01 dekabr 2025-ci il tarixli, 565 nömrəli rəyindən görünür ki, X5 bədənində olan xəsarət – sol əlin üst səthinin İ daraq sümüyü proyeksiyası üzrə olan qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti 30 noyabr 2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. Məhkəmə tibbi-ekspertizasının 01 dekabr 2025-ci il tarixli, 566 nömrəli rəyindən görünür ki, Şəxs Namiq oğlunun bədənində hər hansı xəsarət aşkar olunmadı. Məhkəmə tibbi-ekspertizasının 02 dekabr 2025-ci il tarixli, 570 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – boynun orta 1/3-nin sağ və sol nahiyəsinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddəti 30 noyabr 2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Ağdaş rayon X14 Bölməsinin təhqiqatçısı X6 09 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarının surətindən görünür ki, 30 noyabr 2025-ci il tarixdə Ağdaş rayonu, Qarağan Şıxlar kəndində yaşayan Şəxsnın Ağdaş rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış materialda Narınc İbrahimovanın keçmiş gəlini Şəxs tərəfindən döyülməsi müəyyən olunmuş, ona görə də Şəxs barəsində toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X18 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında” 10 dekabr 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından onların barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X14 Şöbəsinin təhqiqatçısı X6 qərarının əsasında inzibati iş üzrə icraat başlanılmışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Şəxs Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirilməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin hidin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edib Şəxs ilə barışdığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs da məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq hesab edir ki, o, Şəxs ilə barışdığından, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 06 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 66 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs Sabirli X12 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs ilə barışdığından, İnzibati Xətalar Məcəlləsinin 39.1ci maddəsinə əsasən Şəxs inzibati məsuliyyətdən azad edilsin və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 66 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-631/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-631/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver