Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-632/2025 26.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1964-cü ildə Ağdaş rayonu, Movdut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində Ağdaş rayon Qaradeyin kənd ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 01 ədəd İJ markalı, təklülə, 16 kalibrli, K43273 nömrəli ov tüfəngini saxlamış və daşımışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə Ağdaş rayon X4 Təhlükəszilik Bölməsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində 15 dekabr 2025-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş rayon X4 Təhlükəszilik Bölməsinin sahə rəisi X5 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində Ağdaş rayon Qaradeyin kənd ərazisində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 01 ədəd İJ markalı, təklülə, 16 kalibrli, K43273 nömrəli ov tüfəngini saxlamış və daşımışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, KA43273 nömrəli ov silahı atasından ona yadigar qalmışdır. Silahın sənədi olmamış, silah istifadəyə yararsızdır və o həmin silahın saxlanıllmasının qanunsuz olduğunu bilməmişdir. Həmin silah ov silahından və o, indiyə kimi istifadə etməmişdir. Yaşadığı kənd ərazisində çoxlu sayda vəhşi heyvanlar olur, onlar heyvanlara hücum edirlər. Meşəlik və çöl ərazidən heyvanlarını gətirməyə gedəndə ov silahını da üzərində götürür ki, vəhşi heyvanlardan özünü qoruya bilsin. xx.xx.2025-ci il tarixdə günorta saatlarında heyvanları otlaq sahəsinə ötürüb geri qayıdan zaman ov silahı da üzərində olmuşdur. Bu zaman yolda gələndə polis əməkdaşı onu görüb yaxınlaşaraq özünü təqdim edib silahın sənədlərinin olub-olmadığını soruşmuş, o, silahın sənədlərinin olmadığını, silahın atasından qaldığını demişdir. Polis əməkdaşı qanunları pozduğunu deyərək izahatının alınması üçün onu Ağdaş rayon Polis şöbəsinə dəvət etmişdir. İş materiallarında olan 24 noyabr 2025-ci il tarixli, 25/1704 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd K-43273 nömrəli silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1957-ci ildə istehsal olunmuş, 16 kalibrli İJK modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmləri üzərində kustar üsulla sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan Ağdaş rayon X3 bölməsinin müstəntiqi Nail Məhəmmədlinin 27 noyabr 2025-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ağdaş rayon X4 Təhlükəsizlik Bölməsinə göndərilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan 23 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, 23 oktyabr 2025-ci il tarixdə baxış keçirilməsi haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutula məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə tənbehi tətbiq edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs məxsus Ağdaş rayon Polis Şöbəsində saxlanılan edilmiş 01 ədəd K-43273 nömrəli silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1957-ci ildə istehsal olunmuş, 16 kalibrli İJK modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngi dövlət nəfinə müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 ədəd K-43273 nömrəli silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1957-ci ildə istehsal olunmuş, 16 kalibrli İJK modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-632/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-632/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver