Məhkəmə qərarları › İş №3(014)-636/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-636/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-636/2022 17.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Bərdə rayonunun Bük meşəliyində yerləşən aqrobağın Ağdaş rayon ərazisində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X4 26 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bərdə şəhər Q.B.Zakir küçəsində Su idarəsinin qonaq evində yaşayır. Bərdə X5 Mərkəzində meşə mühafizə mühəndisi əvəzi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Bərdə X5 Mərkəzinin direktoru Qalib Həsənovun tapşırığı əsasında o və digər iş yoldaşları Şahid, Babaşov Tofiq, Ağayev Aydınla birlikdə Bərdə rayon Bük meşəbəyli ərazisinə getmişlər. O və digər iş yoldaşları həmin əraziyə çatan zaman Zərərçəkmiş şəxsun meşə əkinlərinin suvarılması üçün meşə ərazisində olan su arxının ona məxsus olmasını bildirərək, meşə əkinlərinin suvarılması üçün su verməyəcəyini demişdir. Zərərçəkmiş şəxs daha sonra suvarma üçün olan su nasosunun borusunu sökərək nasosun su vurmasına mane olmuşdur. O və digər iş yoldaşları Zərərçəkmiş şəxs su borularını sökməsinə mane olmağa çalışan zaman Rəşad əlində olan əl ağacı ilə onun sol ayaq nahiyəsinə bir dəfə zərbə vurmuş, o da özünü müdafiə etmək üçün Rəşadın sinə nahiyəsindən geri itələyərək Rəşadı özündən kənarlaşdırmışdır. Sonra isə hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs yaşadığı evə gedərək əmisi Məhəmməd və adını bilmədiyi iki 2 oğlu ilə birlikdə ümumilikdə 6 nəfər və hər birinin əlində ağac parçası olmaqla onun və iş yoldaşlarının üzərinə gəlmişlər. Həmin şəxslər onu və digər iş yoldaşlarını söyüb təhqir etmişlər. Daha sonra isə həmin 6 nəfər şəxs Babaşov Tofiqə Bərdə X5 Mərkəzinin işçilərini Bük meşəbəyliyinə sonuncunun gətirməsini deyərək sonuncunu öldürməklə hədələmişlər. Sonra isə həmin şəxslər oradan çıxıb getmişlər. Şəxs həmçinin aralarında baş vermiş mübahisənin yalnız onunla Zərərçəkmiş şəxs arasında olmasını, mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan ağacla onun sol ayaq nahiyəsinə zərbə vurmasını, həmin vaxt onunda Zərərçəkmiş şəxs sinə nahiyəsindən geri itələməsini, lakin Zərərçəkmiş şəxs yumruq, təpik və ağacla döyməməsini, sonuncunun onun barəsində dediklərinin şər-böhtan xarakterli sözlər olmasını demişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Bərdə rayonunun Bük meşəliyində yerləşən aqrobağın Ağdaş rayon ərazisində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, o, Tərtər rayonunun Evoğlular kəndində yaşayır. O, 1986-cı ildən Bərdə X5 Mərkəzində müxtəlif vəzifələrdə xidmət etmiş, 2018-ci ildən isə Bərdə X5 Mərkəzində baş mühəndis vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Bərdə X5 Mərkəzinin direktoru Qalib Həsənovun tapşırığı əsasında o və digər iş yoldaşları Babaşov Tofiq, Ağayev Aydın və Şəxslə birlikdə Bərdə rayon Bük meşəbəyliyi ərazisində Kür çayı üzərində yerləşdirilmiş SNP 50-80 su dartan nasosu işə salıb meşə əkinlərinin sulamaq üçün əraziyə getmişlər. O və iş yoldaşları həmin su nasosuna yaxınlaşdıqda su nasosunun su ötürücü borularının sökülərək kənara atılmasının şahidi olmuşlar. Bu vaxt Zərərçəkmiş şəxs da həmin su motorunun olduğu yerə gəlmişdir. Rəşaddan su nasosunun su ötürücü borularının kimin tərəfindən sökülməsini soruşduqda Zərərçəkmiş şəxs su ötürücü boruları onun tərəfindən sökülməsini, meşə əkinlərinin suvarılması üçün meşə ərazisində olan su arxının ona mənsub olmasını, onun icazəsi olmadan heç kimin həmin arxdan istifadə edə bilməyəcəyini demişdir. O və digər iş yoldaşları Zərərçəkmiş şəxs su arxının meşə təsərrüfatı fondunun nəznində olmasını izah etsələr də, Zərərçəkmiş şəxs yenə də öz qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra o və digər iş yoldaşları su dartan nasosu işə salmış, su arxına su buraxmışlar. Daha sonra isə Zərərçəkmiş şəxs meşə əkinlərini suvarmalarına şərait yaratmasını xahiş etmişlər. Bu zaman Zərərçəkmiş şəxs onun və digər iş yoldaşların və Bərdə X5 Mərkəzinin rəhbərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əvvəlcədən əlində olan əl ağacı ilə Şəxs topuq nahiyəsinə bir zərbə vurmuş, Şəxs həmin vaxt özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs sinə nahiyəsindən geri itələmişdir. Zərərçəkmiş şəxs təkrar Müşfiqin üzərinə gedən zaman o, Rəşadla Müşfiqi sakitləşdirməyə çalışmış və Rəşadla Müşfiqi bir-birindən uzaqlaşdırmaq üçün Rəşadın qolundan tutaraq kənara çəkmişdir. Lakin o, mübahisə vaxtı Zərərçəkmiş şəxs əllərini tutub saxlamamış və Şəxs sonuncunu döyməsinə şərait yaratmamışdır. Daha sonra Zərərçəkmiş şəxs avtomobilə əyləşərək meşə ərazisində qeyri-qanuni məskunlaşdığı sığınacağa getmiş və bir qədər sonra əmisi Məhəmməd və adını bilmədiyi iki 2 oğlu ilə birlikdə ümumilikdə 6 nəfər və hər birinin əlində ağac parçası olmaqla onun və digər iş yoldaşlarının üzərinə hücuma gəlmişlər. Lakin o, Zərərçəkmiş şəxs əmisi Məhəmmədi uzun illərdir tanıdığı üçün onların qarşısına keçərək baş verə biləcək mübahisənin qarşısını almış və onlar sakitləşərək geri qayıtmışlar. Yaranmış mübahisə yalnız Zərərçəkmiş şəxs ilə Şəxs arasında olmuşdur. Mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs yumruq, təpik və ağacla döyməmişdir. Zərərçəkmiş şəxs onun barəsində dediyi sözlər şər-böhtandır. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-X9 X2 xx.xx.2022-ci il tarixli, 554 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – üst dodağın sol nahiyəsinin diş səthinin qançırı, üzün sol almacıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ sarğının yuxarı bayır kvadratının qançırı, küt alət təsirindən törənmiş törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət oİduğundan dərəcələri təyin edilmir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar