Məhkəmə qərarları › İş №3(014)-637/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-637/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-637/2022 23.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Bərdə rayonunun Bük meşəliyində yerləşən aqrobağın Ağdaş rayon ərazisində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X6 26 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində özünə məxsus Bərdə rayonu Bük meşəbəyliyində yerləşən aqrobağa getmişdir. Aqrobağda olan ağacları suvarmaq üçün su motorunu Sadiq və Aydın adlı şəxslərlə təmir edən zaman oraya X10 X2, Tohin, Şikar, Yaşar və adlarını bilmədiyi işçiləri gəlmişlər. Şikar və Müşfiq adlı şəxslər həmin ərazidə qazdırdığı arxdan istifadə etmək istədiklərini, məcburi olaraq su arxında su motorunu yerləşdirdiklərini bildirmişlər. Bunun üstündə onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Şikar, Müşfiq və Tohin adlı şəxlər onu təhqir etməyə başlamışlar. Müşfiq adlı şəxs yumruqla onun sifət nahiyəsindən vurmuş, onun endirdiyi zərbədən yerə yıxılmışdır. Sonra Müşfiq ağac parçasını götürərək onun bel nahiyəsindən vurmağa başlamış, Şikar və Tohin adlı şəxslər isə təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuşlar. Ayağa qalxaraq Ağdaş rayon ərazisində yerləşən meşə ərazisinə keçmiş və Müşfiq arxasınca gələrək yumruqla sinə nahiyəsindən vurmuşdur. Həmin vaxt tanışı Aydın və Bərdə Regional X5 işçisi Elşən adlı şəxs Müşfiq adlı şəxsə yaxınlaşaraq Müşfiqi ondan aralaşdırmışlar. Müşfiq yenidən ona yaxınlaşaraq əlləri ilə boğaz nahiyəsindən tutaraq öldürməklə hədələmişdir. Bundan sonra özünə məxsus mobil telefonla Azərbaycan Respublikası DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə müraciət etmişdir. Mübahisə 30-40 dəqiqə davam etmiş, dava-dalaş zamanı onları vurmamış, onlara heç bir xəsarət yetirməmişdir. Dava-dalaş zamanı onlar nalayiq ifadələr işlədərək, onu təhqir etmişlər. Bərdə Regional X5 işçiləri Şikar, Müşfiq və Tohin adlı şəxslər ilə aralarındakı mübahisə və dava-dalaş zamanı orada özündən, Şikar, Müşfiq və Tohin adlı şəxslərdən başqa Bərdə Regional X5 adlarını bilmədiyi iki nəfər şəxsi və iki nəfər meşə gözətçiləri, Sadiq, Aydın, Yaşar və digər adını bilmədiyi iki nəfər şəxslər olmuşlar. Yaranmış səs-küyə heç kim gəlməmişdir. Onun günahı yoxdur. X9 X5 işçilərinin ona qarşı etdikləri cinayətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Bərdə rayonunun Bük meşəliyində yerləşən aqrobağın Ağdaş rayon ərazisində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-X11 X3 xx.xx.2022-ci il tarixli, 696 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sol baldır nahiyəsinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət oİduğundan dərəcələri təyin edilmir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün izahatı və işin materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar