Məhkəmə qərarları › İş №3(014)-638/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-638/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-638/2025 19.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X2, Müdafiəçi Ağdaş rayon vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Ağdaş rayonu, Qolqatı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, Ağdaş rayonu, Qolqəti kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Gəncə rayonlararası narkoloji dispanserinin xx.xx.2025-ci il tarixli 2002 nömrəli rəyinə əsasən epizodik olaraq narkotik vasitə olan heroindən istifadə edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbini pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 bildirdi ki, Şəxs Gəncə rayonlararası narkoloji dispanserin xx.xx.2025-ci il tarixli 2002 nömrəli rəyinə əsasən epizodik olaraq narkotik vasitə olan heroindən istifadə edir, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 6 ay bundan qabaq narkotik vasitə olan marixuana istifadə etməyə başlamışdır. Bundan sonra heç bir narkotik vasitə istifadə etməmiş və o, heroin adlı narkotik vasitəni tanımamışdır. Gəncə şəhəri Narkoloji Dispanserdə müayinədən keçərkən sidik analizində yaşıl xətt aşkar olunmuş, lakin sonra onu otaqdan çıxartdılar, geri qayıdarkən qırmızı xətt işarəsi görmüşdür. Polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirirək onu polis şöbəsinə aparmışlar. Mingəçevirdə aktı oxumadan qol çəkmişdir. Əməlindən peşmandır. Bir daha belə halın təkrarlanmayacağına söz verərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin İTB-nin raportu icraatına daxil olmuşdur. Həmin raporta əsasən o, Şəxs yaşadığı ünvana yaxınlaşaraq özünü təqdim etmiş, icraatına daxil olan raporta əsasən onu rayon polis şöbəsinə dəvət etmişdir. Həmin vaxt Şəxs narkotik vasitə istifadə etməsindən şübhələnmişdir. Bununla bağlı Ağdaş rayon Polis şöbəsinə raportla müraciət etmişdir. Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserdə yoxlanılmışdır və rəyə əsasən sidiyindən heroin (OPİ) aşkarlanmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 19 dekabr 2025-ci il tarixli, 2002 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan 19 dekabr 2025-ci il tarixli, 5315/2025 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Ağdaş rayon Qolqəti kənd sakini xx.xx.1990-cı il təvəllüdlü Şəxs sidiyində OPİ (heroin) aşkar edilmiş, THC (marixuana) və AMP (amfetamin) aşkar edilməmişdir. İşin materiallarında olan inzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 18 dekabr 2025-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmalıdır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların isə olmadığı nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Belə ki, İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 18 dekabr 2025-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 18 dekabr 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Qərarın icrası inzibati həbsə dair hissədə Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar