Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-64/2022 07.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Ağdaş şəhəri M.İsayev küçəsi 2/19 saylı evdə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etd: Şəxs 24 yanvar 2022-ci il tarixdə saat 23:19 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən playstation çay evində pul ilə kart vasitəsi ilə qumar oynamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis leytenantı X3 izah etdi ki, 24 yanvar 2022-ci il tarixdə saat 23:19 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən playstation çay evinə daxil olarkən Ağdaş rayon sakinləri Şəxs, X4 və X2 pul ilə kart vasitəsi ilə qumar oynadıqları aşkar edilmişdir. Buna görə də Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol Şəxs tərəfindən imza edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 24 yanvar 2022-ci il tarixdə saat 23:19 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən playstation çay evində tanışları və X5 ilə birlikdə pul ilə kart vasitəsi ilə qumar oynadığını, əməlindən səmimi olaraq peşmançılıq çəkdiyini, bir daha belə əməllərə yol verməyəcəyini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Аzərbаycаn Rеspublikаsı İХM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Аzərbаycаn Rеspublikаsı İХM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən 16 (on altı) manat pul və 36 ədəd oyun ləvazimatı olan oyun kartı dövlət nəfinə müsadirə edilməklə inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat inzibati cərimə edilsin. İş üzrə maddi sübut - qumara qoyulmuş 16 (on altı) manat pul vəsaiti və 36 ədəd oyun ləvazimatı olan oyun kartı dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk və 02 ədəd fotoşəkil işi materiallarında saxlanılsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-64/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-64/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver