Məhkəmə qərarları › İş №3(014)-645/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-645/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-645/2023 17.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi hakimi Sultanov X6 rayonu YPX-nin xx.xx.2023-cü il tarixli X8 ******* saylı protokolun və xx.xx.2023-cü il tarixli TP ******* saylı X8 qərarın ləğv edilməsi tələbinə dair X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 rayonu YPX-nin xx.xx.2023-cü il tarixli X8 ******* saylı protokolun və xx.xx.2023-cü il tarixli TP ******* saylı X8 qərarın ləğv edilməsi tələbinə dair şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X8 iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, Ağdaş rayonu YPX-nin xx.xx.2023-cü il tarixli X8 ******* saylı protokolun və xx.xx.2023-cü il tarixli TP ******* saylı X8 qərarın ləğv edilməsi tələbinə dair X4 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-in 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. X8 iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. X8 iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində X8 iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Şikayətdən və ona əlavə edilən sənədlərdən görünür ki, X4 mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərardan şikayəti xx.xx.2023-cü il tarixdə vermiş, bu zaman o, qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığı halda, bunun üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair vəsatət verməmişdir. Hansı ki, bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş həmin tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, X2 hazırkı şikayəti geri qaytarılmalı, təkrarən şikayət verərkən mübahisələndirdiyi qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxdığı halda, bunun üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ X3 izah edilməlidir. Bundan başqa, X4 X8 protokolu da mübahisələndirməyinə baxmayaraq, İnzibati Xətalar Məcəlləsində X8 protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X8 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Ağdaş rayonu YPX-nin xx.xx.2023-cü il tarixli X8 ******* saylı protokolun və xx.xx.2023-cü il tarixli TP ******* saylı X8 qərarın ləğv edilməsi tələbinə dair verdiyi şikayəti və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad elan edildiyi vaxtdan qanuni qüvvəyə minir və ondan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar