Məhkəmə qərarları › İş №3(014)-648/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-648/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-648/2022 21.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Ağdaş rayonunun Binələr kəndində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 09 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun əridir. 3 ildir ki, ailə qurmuşlar. Birgə nikahlarından 1 azyaşlı övladları anadan olmuşdur. Münasibətləri pis olduğuna görə boşanmaq qərarına gəlmişlər. Əhməd boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Özü də gedib Bərdə şəhərində atası evində yaşayır. xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Binələr kəndində qohumlarının toy məclisində iştirak etmək üçün Ağdaşa gəlmiş, gəlməmişdən əvvəl də Əhmədə zəng edib ona məxsus paltarları gətirməsini söyləmişdir. Əhməd ona məxsus paltarları gətirmiş, o, özü də gedib Əhməddən paltarlarını götürmüşdür. Sonra Əhməd ona zəng edərək uşağı görmək istədiyini, uşağı gətirməsini söyləmişdir. Əhmədə məhkəmə uşağı görmək üçün vaxt təyin edəndən sonra gəlib uşağı evdə görməsini söyləmişdir. Əhməd telefonda ona nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Əhməd onun olduğu toy həyətinə, arxa qapıya gəlmişdir. Əhməd orada da ona nalayiq ifadələr söyləmiş və ona yaxınlaşıb əlləri ilə onun baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Sonra onun qolundan bərk tutub onu divara vurmuşdur. Bundan sonra onu yıxıb yerlə sürümüş, həmin vaxt orada olan qardaşı Firdovsi gəlib müdaxilə etmiş və Əhmədi ondan aralaşdırmışdır. Əhməd uşağı aparmaq istəmiş, lakin Əhmədə bunu etməyə imkan verməmişlər. Sonra Əhməd oradan getmişdir. Aralarındakı olan mübahisə vaxtı orada onlardan başqa qardaşı Firdovsi olmuşdur. Hadisə zamanı Əhmədin əllərindən tutsa da, ona xəsarət yetirməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun arvadıdır. 2019-cu ildə ailə qurmuşlar. Birgə nikahlarından 1 azyaşlı övladları anadan olmuşdur. Münasibətləri pis olduğuna görə boşanma qərarına gəlmişlər. Ona görə də, Ağdaş Rayon Məhkəməsinə müraciət etmişlər. Aynişan hal-hazırda Bərdə rayonunda atası evində yaşayır. xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Binələr kəndində qohumlarının toy məclisi olmuş, toya dəvət olunmuşdur. Aynişan da həmin toyda iştirak etmişdir. Bundan bir müddət əvvəl Aynişan ona evdə olan ona aid paltarları, ayaqqabını gətirməsini söyləmiş, ona görə toya gedəndə Aynişanın paltarlarını və ayaqqabısını aparmışdır. Bundan əlavə azyaşlı qızına da təzə ayaqqabı almış, aparıb Aynişanın paltarlarını özünə vermiş, eyni vaxtda Aynişana uşağı gətirib ona göstərməsini, neçə vaxtdı uşağını görmədiyini söyləmişdir. Aynişan əvvəlcə etiraz etməmişdir. Sonra uşağı ona göstərmək istəməmişdir. Aynişana bura uşağı görmək üçün gəlməsini, həm də uşağına ayaqqabı aldığını, ona görə qızını gətirməsini söyləmişdir. Uzun söz-söhbətdən sonra Aynişan uşağı gətirməyə razılıq vermiş, bir müddətdən sonra Aynişan onun qızını gətirmiş, lakin Aynişan qızını ona vermək istəməmiş və ona qızını onun qucağında görməsini söyləmişdir. Aynişana qızını ona verməsini, qızı üçün darıxdığını, onu qucaqlayıb öpmək istədiyini söyləmiş, Aynişan qızını ona vermək istəmədikdə qızını zorla Aynişanın qucağından almışdır. Həmin vaxt Aynişan qızını ondan almaq istəyəndə dırnağı ilə onun çiyin nahiyəsinə xəsarət yetirmişdir. Sonra Aynişan qızını onun əlindən alıb onun barəsində şikayət edəcəyini söyləmişdir. Bundan sonra oradan uzaqlaşıb getmişdir. Mübahisə vaxtı Şəxs döyməmiş və ona heç bir xəsarət yetirməmiş, Aynişan uşağı ona vermək istəmədiyinə görə uşağı zorla onun qucağından alanda onun qolundan bərk tutub sıxmışdır. Ola bilsin həmin vaxt Aynişan xəsarət almışdır. Aynişan da uşağı onun qucağından alarkən dırnağı ilə onun çiyin nahiyəsinə xəsarət yetirmişdir. Aralarındakı mübahisə vaxtı orada onlardan başqa Aynişanın ailə üzvləri olmuşdur. Hazırda barışmamışlar və Aynişan barəsində qanunii tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Ağdaş rayonunun Binələr kəndində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar