Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-648/2025 29.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra rəisi X4, Müdafiəçi Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Ağdaş şəhəri Y.Nəbiyev küçəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonunun Şəmsəbad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Şəxs Ağdaş Rayon Məhkəməsinin e-2(014)-401/2019 saylı, xx.xx.2019-ci il tarixli icra vərəqəsinə əsasən 3530 manat borcu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra rəisi X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borclu Şəxs Ağdaş Rayon Məhkəməsinin e-2(014)-401/2019 saylı, xx.xx.2019-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X3 xeyrinə 3500 manat borca görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3530 manat (üç min beş yüz otuz) manat pul tutulması qət edilmişdir. Ona dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır. Borclu axtarış nəticəsində şöbəyə gəlmişdir. İcra sənədi üzrə borcu üzürsüz səbəbdən borcunu ödəməmişdir. Borclu Şəxs borcundan hal-hazırda 150 manat ödəyəcəyini bildirmişdir. Borclunun əmək haqqı məlumatı elektron sistemində göstərilməsinə baxmayaraq, icra sənədi icra edilmədən geri qayıtmışdır. Borclu Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmışdır. X1 dəfələrlə borcluya güzəşt edərək ərizə ilə müraciət edib, işin icraatına xitam verilib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, o, icra məmurunun çağırışlarından xəbəri olmamış, cəmi 6 ay ödəniş etmiş, daha sonra tələbkar Rusiyaya getmişdir. Borclu Şəxs hal-hazırda 150 manat ödəniş edə biləcəyini, daha sonra isə həmin borcu hissə-hissə odəyəcəyini bildirmişdir. Borcu tamamilə ödəyə bilmir, vaxt verilsə də heç bir nəticəsi olmayacaq. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, indiyə qədər ona poçt vasitəsi ona müəyyən məbləğdə ödənişlər olunub, lakin 670 manat pul ödənilib, qalıq borcun tam ödənilməsini tələb edir. Borclu onu çox incidir, pulunu vermir, bunun nəticəsində onun canı xəstəlik tapmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-401/2019 saylı 10 aprel 2019-cu icra vərəqəsindən görünür ki, Şəxs X3 xeyrinə 3500 manat pul borca görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3530 (üç min beş yüz otuz) manat pul tutulması qət edilmişdir.. İş materiallarında olan 30 may 2019-cu il tarixli “İcraata başlama haqqında” qərardan görünür ki, 30 may 2019-cu il tarixdə icraata başlanılmışdır. İş materiallarında olan 30 may 2019-cu il tarixli № 84655/2019 saylı “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan 01 oktyabr 2019-cu il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 10 oktyabr 2019-cu il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 gün (on beş gün) müddətə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli bildirişdən görünür ki, Şəxs həmin tarixdə borcun ödənilməsi barədə bildiriş göndərmişdir. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 18 iyul 2020-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2020-ci tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün (on gün) müddətə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, 07 yanvar 2021-ci il tarixdə Şəxs xəbərdarlıq edilmişdir. İş materiallarında olan 08 dekabr 2025-ci il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən təqdim olunmuş qəbzlərdən görünür ki, xx.xx.2019cu ildə 150 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 100 manat Zərərçəkmiş şəxs ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2019-ci il tarixli icra vərəqəsinə əsasən 3530 manat borc hesablansa da, borclu həmin borcdan müxtəlif tarixlərdə 720 manat ödəniş etmiş, 2810 manat borc qalmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən axtarış nəticəsində gətirildiyini, iki dəfə tənbeh olunmasına baxmayaraq həmin tənbehlərdən heç bir nəticə çıxarmadığını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs etmənin əvvəli 29 dekabr 2025ci il tarixdən saat 18:50-dən hesablanmalıdır. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 2 (iki) iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 22 (iyirmi iki) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 29 dekabr 2025-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 22 (iyirmi iki) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-648/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-648/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver