Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-649/2023 06.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Ağdaş rayonu, Dəhnə kəndində yerləşən çayçıda Kamran və Aslan adlı şəxslərlə 1 manatdan mərc edərək domino (qumar) oyununda iştirak etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Ağdaş rayonu, Dəhnə kəndində ailəsi ilə birlikdə yaşadığını, xx.xx.2023-cü il tarixdə həmin kənddə yolun kənarında yerləşən çayçıda həmkəndliləri Kamran Həmidovla və Aslan Hacıyevlə birlikdə çay içdiklərini, domino oynadıqlarını, oyunda uduzan şəxsin 1 manatdan çay pulunu verdiyini, çayın pulunun 4 manat olduğunu, çayçının onlara çayın pulunu kənara qoymalarını söylədiyini, həmin vaxt polis əməkdaşlarının içəri daxil olduqlarını və onlara qumar oynadıqlarını bildirdiklərini,onlarında polis əməkdaşlarına domino oynadıqlarını bildirmişdirlər. Domino oyununun qumar olduğunu bilmədiyini bilməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarında olan inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin manqa komandiri X2 yazdığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 1ində Ağdaş rayon Polis şöbəsinin Post Ppatrul Xidməti Bölməsinin polis nəfəri, polis baş serjantı Səməd Mustafayevlə birlikdə xidmətdə olduqları zaman gecə reydi keçirilərkən Sübhan adlı şəxsin işlətdiyi çayçısının yanında ucadan səs-küy eşitmişlər. Bir qrup şəxsin ünvansız nalayiq ifadələr işlətdiyini eşidib onlara yaxınlaşaraq ictimai yerdə ucadan nalayiq söyüşlər olan otağa daxil olmuşlar. Həmin vaxt içəridə olan stolların birində dörd nəfər şəxsin bir masa arxasında əyləşərək pul müqabilində domino oynadıqlarını görmüşlər. Dərhal həmin şəxslərə yaxınlaşaraq onlara özlərini təqdim etmişlər və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələblərini pozduqlarını tərəflərindən oyunda istifadə etdikləri pul və domino daşlarını maddi sübut kimi götürmüşlər. Onlara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozduqlarını izah etmişlər. Bundan sonra onlar həmin şəxsləri polis şöbəsinə dəvət edərək Ağdaş rayon Polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişdirlər. Növbətçi hissədə həmin şəxslərin ünvan 1 sakinləri xx.xx.1974-cü il təvəllüdlü Şəxs, xx.xx.1997-ci il təvəllüdlü X6, xx.xx.1987-ci il təvəllüdlü X4 və xx.xx.1981-ci il təvəllüdlü X1 olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinsin, iş üzrə maddi sübut olan Ağdaş Rayon Məhkəməsində saxlanılan 28 (iyirmi səkkiz) ədəd domino daşı və 4 (dörd) manat pul müsadirə edilməklə ona 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut 28 ədəd domino daşı məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-649/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-649/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver