Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-650/2025 29.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-in sahə rəisi X4, Müdafiəçi Ağdaş rayon Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Ağdaş rayonun, Kotavan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Kotavan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 02 dekabr 2025-ci il tarixdə, saat 14 radələrində Ağdaş rayonu Kotavan kəndində yaşadıqları evin həyətində arvadı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı dərəcəsi müəyyən edilməyən xəsarət yetirərək İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X6 12 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 29 dekabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-in sahə rəisi X7 izahatında Şəxs 02 dekabr 2025-ci il tarixdə, saat 14 radələrində Ağdaş rayonu Kotavan kəndində yaşadıqları evin həyətində arvadı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı dərəcəsi müəyyən edilməyən xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X6 12 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul etməklə toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 29 dekabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Ağdaş rayonu Nehrəxəlil kəndində yaşayır, 02 dekabr 2025-ci il tarixdə, saat 07 radələrində Ağdaş rayonu Kotavan kəndində, yaşadıqları evə gələrək yoldaşı ilə aralarında mübahisə etmişlər, həmin vaxt arvadı evdə yerləşən sobanın kənarında od maşasını götürüb onu vurmaq istədikdə o, özünü müdafiə etmək məqsədi ilə arvadını itələmiş bu zaman həmin od maşası arvadının üz nahiyəsinə dəymişdir. Himayəsində iki azyaşlı uşağı və İ qrup əlil olan qardaşı var, ona qulluğa görə müavinət alır. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 02 dekabr 2025-ci il tarixdə, saat 14 radələrində həyat yoldaşı Ağdaş rayonu, Kotavan kəndində yaşadıqları evə içkili gələrək aralarında mübahisə yaşanmış, həmin mübahisə zamanı yoldaşı yumruq ilə onun üz nahiyəsindən vurmuşdur. Daha sonra o, atasına zəng edərək döyülməsi barədə məlumat vermiş, atası gələrək onu öz evinə aparmışdır. Həyat yoldaşı ilə barışmaq istəmir və ondan şikayətçidir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat aşkar olunmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb ekspertiza və X9 tərəfindən verilmiş 03 dekabr 2025-ci il tarixli 571 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – alt dodağın selikli qişasının sıyrıq və qançirları, sağ saidin yuxarı 1/3-nin ön səthinin qançırı, sağ saidin saşağı 1/3-nin ön səthinin, sağ əlin üst səthinin sıyrıqları, küt alət təsirindən törənmiş törənmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İşin materiallarında olan 12 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Saatlı rayonu, Yeni Novruzlu kəndində qeydiyyatda olmaqla, yaşayan X2 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Ağdaş rayonu Kotavan kəndində qeydiyyatda olmaqla, yaşayan Zərərçəkmiş şəxs Ağdaş RPŞ-yə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin İTB-yə göndərilmişdir. İş materiallarında olan portaldan əldə olunmuş məlumatdan görünür ki, Şəxs İ qrup əlilə qulluğa görə müavinət alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Eyni Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 29 dekabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin məhkəməyə verdiyi izahatı, ekspert rəyi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs Zərərçəkmiş şəxs vurmadığını bildirməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində İ qrup əlil olan qardaşının olmasını və ona qulluq etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə onun hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili X5 həyata keçirmişdir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 2 (iki) iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 22 (iyirmi iki) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 22 (iyirmi iki) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-650/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-650/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver