Məhkəmə qərarları › İş №3(014)-651/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-651/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-651/2023 06.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1981-ci ildə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hazırda fərdi fəaliyyətlə məşğul olan, Ağdaş rayonu Dəhnəxəlil kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 19 oktyabr 2023-cü il tarixdə Ağdaş rayon Dəhnəxəlil kəndində çayxanadaToğrul, Seymur və Aslan adlı şəxslərlə 1 manatdan mərc edib domino (qumar) oynayaraq qumar oyununda iştirak etmişlər. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsini nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Ağdaş rayonu Dəhnəxəlil kəndində ailəsi ilə birlikdə yaşayır. 19 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Ağdaş rayonu, Dəhnəxəlil kəndində çayxanada olan zaman Seymur və Aslan ilə birlikdə çay içib, domino oynamağa başlamışlar. Mərc etmişlər ki, uduzan çayın pulunu vermiş olacaq. Belə ki, 1 manat çaynik pulun kənara qoymuşlar, ümümilikdə 4 manat ortalıqda pul olmuşdur. Bundan sonra polis əməkdaşları çayxanaya gələrək, qumar oynadıqlarını aşkar edib onları Ağdaş Rayon Polis Şöbəsinə dəvət etmişlər. Hazırda törətdiyi əməldən peşmandır, ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 19 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Ağdaş rayonu Dəhnəxəlil kəndində xidmətdə olarkən Sübhan adlı şəxsin işlətdiyi çayxananın yanında ucadan səs-küy gəldiyini, bir qrup şəxsin ünvansız nalayiq ifadələr işlətdiklərini görmüşdür. Nalayiq söyüşlər olan otağa daxil olduqda içəridə olan stolların birində 4 nəfər şəxsin bir masa arxasında əyləşərək pul müqabilində domino oynadıqlarını görmüşdür. Dərhal həmin şəxsə yaxınlaşıb özünü təqdim edib və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələblərini pozduğunu bildirərək, oyunda istifadə etdikləri pul və domino daşlarını maddi subut kimi götürmüşdür. Bundan sonra onlar həmin şəxsləri polis şöbəsinə dəvət edərək Ağdaş rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, o,19 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı Ağdaş rayonu Dəhnəxəlil kəndində Sübhan adlı şəxsin işlətdiyi çayxanada kəndçiləri Aslan, Kamran, Toğrulla birlikdə çay pulundan, yəni 1 manata 101 domino oynu oynayırdılar. Həmin oyunda kim qazansa 1 manat çay pulu verməliydi. Oynadıqları zaman polis işçiləri içəri daxil olub, stoldan domino daşlarını və 4 manat pulu götürərək onları polis şöbəsinə gətirmişlər. İş materiallarında olan “Əşyaların və sənədlərin götürülməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 19 oktyabr 2023-cü il tarixdə saat 21:00 radələrində Ağdaş rayonu Dəhnəxəlil kəndində Sübhan adlı şəxsin işlətdiyi çayxanada üç nəfər şəxsin domino oynadıqlarını aşkar edərək maddi sübut qismində 4 ədəd bir manatlıq pul əskinazı, 28 ədəd domino götürülmüşdür. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olan 4 ədəd bir manatlıq pul əskinazı və 28 ədəd domino X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında işdə müsadirə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar