Məhkəmə qərarları › İş №3(014)-651/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-651/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-651/2025 30.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxılmağa hazırlanmasına məhkəmə iclаsındаn kənаr prоsessuаl qаydаdа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 442-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.5.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən onun yaşadığı və olduğu yerin ünvanı göstərilir. Şəxs barəsində tərtib edilmiş protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, yəni Şəxs yaşadığı və olduğu yerin ünvanı protokolda öz əksini tapmamışdır. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 100.5.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. 26 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs 26 dekabr 2025-ci il tarixdə saat 15 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində özünə məxsus VAZ-2107 markalı avtomobilin arxa yük yerinin qapısını açaraq müxtəlif cür protexniki vasitələrin satışını həyata keçirməsi göstərilsə də, VAZ-2107 markalı avtomobilin Şəxs məxsus olmasını təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, avtomobilin qeydiyyat nişanı və həmin avtomobildən aşkar edilmiş, iş üçün sübut əhəmiyyəti olan protexniki vasitənin sayı, növü və markası barədə məlumatlar protokolda öz əksini tapmamışdır. Bunlardan başqa, məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində özünə məxsus VAZ-2107 markalı avtomobilin arxa yük yerində protexniki vasitələrin satışını həyata keçirməsi ilə bağlı 26 dekabr 2025-ci il tarixdə akt tərtib edilmiş və həmin akta bu faktı təsdiq edən iki ədəd fotoşəkil əlavə edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan fasiləsiz videoçəkiliş aparılmaqla keçirilə bilər. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 94.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir. Həmin Məcəlləsinin 94.4-1-ci maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. Lakin inzibati işin materiallarında Şəxs məxsus VAZ-2107 markalı avtomobilin istər arxa yük yerinə baxış keçirilərkən zaman, istərsə də aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan protexniki vasitələrin götürülməsi zamanı inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən videoçəkilişi əks etdirən məlumat daşıyıcısı protokola əlavə edilmədiyindən, qeyd edilən videoçəkilişin aparılıbaparılmamasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə, yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, hazırki vəziyyətdə Şəxs barəsində olan 26 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq tamamlamaq mümkün deyil və buna görə də inzibati xəta haqqında protokol, həmçinin ona edilmiş sənədlər geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş 26 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Ağdaş rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar